Dünya müsəlmanlarının müqəddəs Ramazan ayı Azərbaycanda aprel ayının 25-də başlayıb. On bir ayın sultanı adlandırılan ay İd-əl-Fitr bayramı ilə yekunlaşır. O, Ramazan ayının son günü qürubdan sonra başlayır və üç gün davam edir.
Bayramdan bir gün öncə isə hər müsəlman öz evindən ailə üzvlərinin sayına görə fitrə zəkatı çıxarmalıdır. Teoloq Hacı Adil Hüseynoğlu Sputnik Azərbaycan-a fitrənin necə çıxarılmalı olduğunu izah edib.
“Hər adam başına fitrə zəkatı ən azı üç kilo buğdanın mövcud qiymətinə bərabər olmalıdır, bu isə 1.50 manat edir və onun verilmə vaxtı da bayram namazını qılana qədərdir”, - deyə teoloq bildirib.
Buna baxmayaraq, teoloqlar iddia edir ki, özləri maddi cəhətdən çətin vəziyyətdə olan ailələr fitrə zəkatından azad edilir.
Ramazan bayramı adətən məscidlərdə bayram namazı ilə qeyd edilir, amma ölkədə karantin rejimi ilə bağlı olaraq məscidlər bu il bağlı olacaq.