Qazaxın Kosalar kəndində yaşayan İlqar Mustafayevin ailəsi üçün iftar süfrəsi çox özəl bir hadisədir. Onlar müxtəlif təamlar hazırlayır, masanı tərtib edir, axşam namazlarını qıldıqdan sonra isə bütün ailə ilə birgə oruclarını açmağa hazırlaşırlar.
Demək olar ki, ailənin hər bir üzvü günün on altı saatı ərzində oruc tutur – gün ərzində yemək və sudan imtina edir. Hər bir müsəlman üçün isə iftar xüsusilə özəl bir hadisədir – bu, həm də bu xüsusi anı ailə ilə bölüşdürmək imkanıdır.
Ramazan ayı nəfsi, iradəni, əxlaqı tərbiyədə mühüm rol oynayır. Eyni zamanda bu müqəddəs ay müsəlmanların birlik və həmrəylik ayı hesab edilir. Buna görə də hər axşam bütün ailə üzvlərini, bütün qonşu və dostları da dəvət etmək adətdəndir.
Bu il Azərbaycanda müqəddəs Ramazan ayı aprelin 25-də başlayıb. Bayram isə may ayının 24-də qeyd ediləcək. Allah orucunuzu qəbul etsin!