CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Maskalar məsuliyyətsiz şəkildə atılarsa...

© Sputnik / Zulfiyya Guluyevaİstifadə edilmiş qoruyucu maska
İstifadə edilmiş qoruyucu maska  - Sputnik Azərbaycan
Abunə olmaq
Ətraf mühitə dezinfeksiya məhlulun buraxılmasının az da olsa, neqativ təsiri var. Lakin ən əsası insan təhlükəsizliyi və sağlamlığıdır.

BAKI, 21 may — Sputnik. "Biz artıq Səhiyyə Nazirliyi ilə birgə müxtəlif sahillərdən su nümunələri götürmüşük. Ehtimal edirəm ki, bu nəticələr iyunun 1-də açıqlanacaq".

İstifadə edilmiş qoruyucu maska  - Sputnik Azərbaycan
CƏMİYYƏT
Ayağımızın altındakı koronavirus təhlükəsi - Əvvəl qorudular, indi yoluxdururlar

Sputnik Azərbaycan-ın xəbərinə görə bu barədə Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev bu gün Nazirlər Kabinetinin Operativ Qərargahı tərəfindən jurnalistlər üçün təşkil olunan mətbuat konfransında deyib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəhbəri Hikmət Əlizadə isə görülən dezinfeksiya işlərinin ətraf mühitə təsirindən də danışıb: "Ətraf mühitə dezinfeksiya məhlulun buraxılmasının az da olsa, neqativ təsiri var. Lakin bizim üçün ən əsas insan təhlükəsizliyi və sağlamlığıdır. Amma onu da qeyd edim ki, bu maddələrin tərkibində xlor azdır".

O utilizasiya ilə bağlı suala da aydınlıq gətirib: "Bu tullantılar yandırıldıqda onun təhlükəsizliyi təbii ki, sıfıra enir. Əhali başa düşməlidiri ki, tamamilə yüz faiz olaraq bütün əhalinin testdən keçirilməsi heç bir ölkədə reallaşmayıb. Bu səbəbdən hər bir şəxs öz məsuliyyətini dərk etməlidir. Çünki həmin şəxs özü də yoluxucu ola bilər. Bu səbəbdən maskalar da xüsusi qaydada atılmalıdır. Bu maskaların masa üzərinə qoyulması düzgün deyil. Bu tullantılar torpağa, suya atılsa, illərlə, 10 illərlə çürümə prosesi gedəcək ki, bu da ətraf mühitə ziyan vuracaq".

Xəbər lenti
0