CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Koronavirus onları da "vurdu": "İstənilən qiymətə satmağa hazırıq"

© Sputnik / Ilham MustafayevAnbarlarda qalan üzümlər
Anbarlarda qalan üzümlər - Sputnik Azərbaycan
Abunə olmaq
"Bunları pula çevirmək mümkün olmasa, yeni mövsümdə müflisləşməylə üz-üzə qalacağıq. Bütün işlərimizi kreditlə gördüyümüzdən borcumuz artır, gəlir isə əldə edə bilmirik"

İlham Mustafayev, Sputnik Azərbaycan

BAKI, 19 may — Sputnik. Koronavirus pandemiyası iqtisadiyyatın bir çox sahələrində öz təsirini göstərməkdədir. Bunlardan biri də üzümçülük - daha dəqiqi, üzüm satışı ilə bağlıdır.  

Sputnik Azərbaycan xəbər verir ki, Tovuz rayonunun Aşağı və Dondar Quşçu kəndlərindən olan fermerlər payızda dərərək anbarlarda saxladıqları və mart-aprel aylarında satmağı planlaşdırdıqları onlarla ton üzümü sata bilməyiblər. Əziyyətlə toplanan məhsul soyuducu anbarlarda qalaraq tədricən xarab olur. Bu barədə danışan sahibkarlar məhsullarını sata bilmədiklərindən yeni mövsüm işlərinə başlaya bilmədiklərini deyirlər.

Rayonun Aşağı Quşçu kənd sakini Firuz Məmmədov hazırda 25 ton üzümünün anbarda qaldığını və maya dəyərindən iki dəfə aşağı qiymətə də sata bilmədiyindən gileylənib: “Anbarlara yığılan malı əsasən mart-aprel aylarında satışa çıxarırıq. Yazda satmağımızın əsas səbəbi oradan götürdüyümüz vəsaiti yeni mövsümdə bağların becərməsinə xərcləməyimizdir. Lakin mart ayının 5-dən, xüsusi karantin rejimi tətbiq edildikdən, sonra əsas alıcılıq obyektləri olan toy-yas mərasimləri qadağan edildi. Həmçinin bazarlar da bağlandığından alıcı kütləsi də azaldı. Nəticədə tonlarla üzüm anbarda qaldı”.

© Sputnik / Ilham MustafayevFiruz Məmmədov
Koronavirus onları da vurdu: İstənilən qiymətə satmağa hazırıq - Sputnik Azərbaycan
Firuz Məmmədov

F.Məmmədov 1 kq üzümün maya dəyərinin 1-1,2 manat arası olsa da, hazırda 50-60 qəpiyə satmaq üçün alıcı tapa bilmədiklərini söyləyib.

Dondar Quşçu kəndində yaşayan sahibkar Cəlil Yusifov isə payızda tədarük etdiyi 120 ton üzümdən 12 tonunun hazırda anbarlarda qaldığını bildirib.

© Sputnik / Ilham Mustafayev
Cəlil Yusifov - Sputnik Azərbaycan
1/6
© Sputnik / Ilham Mustafayev
Anbarlarda qalan üzümlər - Sputnik Azərbaycan
2/6
© Sputnik / Ilham Mustafayev
Anbarlarda qalan üzümlər - Sputnik Azərbaycan
3/6
© Sputnik / Ilham Mustafayev
Anbarlarda qalan üzümlər - Sputnik Azərbaycan
4/6
© Sputnik / Ilham Mustafayev
Anbarlarda qalan üzümlər - Sputnik Azərbaycan
5/6
© Sputnik / Ilham Mustafayev
Anbarlarda qalan üzümlər - Sputnik Azərbaycan
6/6
1/6
2/6
3/6
4/6
5/6
6/6

“Tovuz rayonunda bir neçə kənd var ki, orada əsas təsərrüfat sahəsi üzümçülüklə bağlıdır. Onlarla sahibkar var ki, 15-20 ton arası üzümü qalıb anbarlarda. Bunları pula çevirmək mümkün olmasa, yeni mövsümdə müflisləşməylə üz-üzə qalacağıq. Bütün işlərimizi kreditlə gördüyümüzdən borcumuz artır, gəlir isə əldə edə bilmirik”, - deyə C.Yusifov vəziyyəti izah edib.

Sahibkarlar vəziyyətdən çıxmaq üçün dövlət tərəfindən güzəştli kredit ayrılmasını istəyirlər. Bu barədə danışan sahibkar Kamil Hüseynov 30 tondan artıq üzümünün anbarlarda qaldığını və bunun ciddi ziyanla nəticələndiyini bildirib: “İstənilən qiymətə satmağa hazırıq. Təki pula çevirə bilək ki, bu il məhsulumuzu becərə bilək. Ötən il 2 manata satılan məhsulu indi 60 qəpiyə alan yoxdur. İndən belə yeni meyvələr çıxdığından üzümün də bazarda alıcısı olmayacaq. Bu vəziyyətdən çıxmaq üçün istərdik bizə güzəştli kreditlər ayrılsın ki, həm borclarımızı ödəyək, həm yeni mövsümün hazıqlıqlarına başlaya bilək”.

© Sputnik / Ilham MustafayevKamil Hüseynov
Koronavirus onları da vurdu: İstənilən qiymətə satmağa hazırıq - Sputnik Azərbaycan
Kamil Hüseynov

Sahibkarlar müdaxilə edilməzsə, yüzədək fermerin müflisləşmə həddinə düşəcəyinin qaçılmaz olduğunu bildiriblər.

Xəbər lenti
0