Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Üçüncü türk: Onu "Barselona" ilə bağlayırlar

© AP Photo / Rui VieiraЧаглар Сёюнджю, фото из архива
Чаглар Сёюнджю, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
"Mançester Siti"nin də transfer siyahısında olan Çağlar Söyüncü ötən mövsüm 35 oyunun hamısında əsas heyətin əvəzolunmaz futbolçusu olub.

BAKI, 20 may — Sputnik. Türkiyənin gənc futbolçusu Çağlar Söyüncü "Barselona" klubuna transfer oluna bilər. Sputnik Azərbaycan xəbər verir ki, hazırda İngiltərə təmsilçisi "Leyçester Siti"nin şərəfini qoruyan mərkəz müdafiəçi üçün mənsub olduğu klub 55 milyon avro qiymət qoyub.

Штаб-квартира УЕФА в Ньоне, фото из архива - Sputnik Azərbaycan
İDMAN
UEFA Azərbaycan futbolunu üzərinə götürüb – Klublarımıza növbəti yardım

Keçid reallaşarsa Çağlar Söyüncü "Barselona"da çıxış edəcək sayca üçüncü futbolçu olacaq. Buna kimi Rüştü Rəncbər və Arda Turan "Barsa"nın şərəfini qoruyublar. Futbolçunun meneceri Mustafa Doğru yayılan xəbərlərin həqiqətə uyğun olduğunu açıqlayıb. Kataloniya klubuna transfer baş tutacağı təqdirdə Ç. Söyüncü Jerar Pikenin mövqeyində oynayacaq. Menecerin sözlərinə görə, "Barselona" Söyüncünü "Altınordu" klubunda çıxış etdiyi dövrdən izləyir: "Bu transfer həmin vaxtda baş tuta bilərdi. Amma qərara aldıq ki, futbolçu ilk 11-də çıxış edəcək klubda oyunasa daha məqsədəuyğun olar. Bu səbəbdən Almaniyanın "Frayburq" klubunun təklifini qəbul etdik".

Menecer həmçinin bildirib ki, təyin olunan məbləği Premyer liqa klublarından "Liverpul", Fransa liqasından isə "PSJ" ödəmək gücündədir.

Qeyd edək ki, "Mançester Siti"nin də transfer siyahısında olan Çağlar Söyüncü ötən mövsüm 35 oyunun hamısında əsas heyətin əvəzolunmaz futbolçusu olub.

Xəbər lenti
0