CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Akademik borcu olmayan tələbələrə xoş xəbər

© AFP 2024 / Jerome FavreСтуденты во время сдачи экзамена
Студенты во время сдачи экзамена - Sputnik Azərbaycan
Abunə olmaq
"Əgər tələbə tədris planını tamamlayıbsa və akademik borcu yoxdursa, attestasiyadan keçmiş sayılacaq"

BAKI, 20 may — Sputnik. "Nazirlər Kabinetinin qərarına əsasən, əgər tələbə tədris planını tamamlayıbsa və akademik borcu yoxdursa, attestasiyadan keçmiş sayılacaq".

İmtahan, ariv şəkli - Sputnik Azərbaycan
ELM
Təhsillə bağlı yeni qərar - abituriyentlər nəyə ümid etsinlər?

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Təhsil Nazirliyinin sektor müdiri Yaşar Ömərov Nazirlər Kabinetinin "Koronavirus (COVID-19) pandemiyasının ölkənin təhsil müəssisələrində təhsil prosesinə mənfi təsirinin aradan qaldırılması ilə bağlı bəzi tədbirlər barədə" qərarı ilə bağlı sualları cavablandırarkən deyib.

Onun sözlərinə görə, attestasiya tələbələrin ümumi orta müvəffəqiyyət göstəricisinə əsasən aparılacaq: “Bəzi ixtisaslarda buraxılış işinin müdafiəsi var ki, tələbə buraxılış işini universitetə təqdim etməlidir. Əgər tələbə buraxılış işini təqdim edib və ona təklif olunan ümumi orta müvəffəqiyyət göstəricisi onu qane etmirsə, onun hüququdur ki, universitetə müraciət etsin. Bundan sonra tələbə qiymətini yaxşılaşdırmaq üçün buraxılış işini müdafiə edə biləcək”.

Xəbər lenti
0