CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Təhsillə bağlı yeni qərar - abituriyentlər nəyə ümid etsinlər?

© Sputnik / Evgeniy Epanchintsev / Mediabanka keçidİmtahan, ariv şəkli
İmtahan, ariv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Qəbul imtahanını rus dilində verən abituriyentlər Azərbaycan dili (dövlət dili kimi) fənnindən ayrıca test imtahanı verirdilər

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 19 may — Sputnik. Koronavirus (COVID-19) pandemiyasının ölkənin təhsil müəssisələrində təhsil prosesinə mənfi təsirinin aradan qaldırılması ilə bağlı bəzi tədbirlər barədə qərar qəbul edilib.

Sputnik Azərbaycan xəbər verir ki, qərar Baş Nazir Əli Əsədov tərəfindən imzalanıb.

Yeni qərarla nə kimi dəyişikliklər olacaq?

Sənəddə imza, arxiv şəkli - Sputnik Azərbaycan
ELM
Baş Nazir təhsillə bağlı yeni qərar imzaladı

Sputnik Azərbaycan bu mövzuda təhsil eksperti Kamran Əsədovla danışıb.

O bildirib ki, yeni qərara görə, ali təhsil müəssisələrinin IV kursunda və kolleclərin son kursunda oxuyan və Ümumi Orta Müvəffəqiyyət Göstəricisi 51 baldan yuxarı olan tələbələr yekun dövlət imtahanından azaddırlar. Bundan başqa, yenilik buraxılış imtahanları ilə bağlıdır. Belə ki, 11-ci sinif şagirdləri üçün təqdim edilən buraxılış imtahanlarında test tapşırıqlarının sayı 85-dən 90-a qaldırıldı. Belə ki, buna qədər Azərbaycan dili 30, xarici dil 30 riyaziyyat 25 test tapşırığı idi. İndi riyaziyyatdan da test tapşırıqlarının sayı 30 oldu. Hər fənn üzrə 100 bal, ümumi isə 300 bal toplamaq imkanı verilir.

Onun sözlərinə görə, təqaüdlər ilə bağlı dəyişiklik edilib: "Belə ki, buna qədər tələbə əgər semestrdə kəsri olurdusa, o, təqaüd almaq imkanını itirirdi. İndi isə növbəti semestr başlayana qədər əgər kəsri bağlayarsa, o, təqaüd almaqda davam edəcək".

K.Əsədov həmçinin əlavə edib ki, ən ciddi yenilik isə semestr imtahanları ilə bağlı universitetlərin elmi şuralarına Təhsil Nazirliyi ilə razılaşdırmaqla qərar qəbul etmək səlahiyyətinin verilməsidir. Artıq yay semestr imtahanlarını keçirmək qaydasını müəyyənləşdirməyi universitetlərin elmi şuraları müəyyən edəcəklər.

"Qəbul imtahanını rus dilində verən abituriyentlər Azərbaycan dili (dövlət dili kimi) fənnindən ayrıca test imtahanı verirdilər. İmtahanda abituriyentlərə Azərbaycan dili (dövlət dili kimi) fənnindən sualları cavablamağa 1 saat 30 dəqiqə vaxt verilirdi, indi 45 dəqiqə veriləcək", - deyə o bildirib.

Xəbər lenti
0