Nigar İsgəndərova, Sputnik Azərbaycan
BAKI, 19 may — Sputnik. Ötən ilin sonlarından etibarən Azərbaycanda analoqu olmayan Yüksəliş müsabiqəsinə start verildi. Qısa müddətdə qeydiyyatdan keçən iştirakçıların sayı 12 minə yaxın oldu. Uğurlu şəxlsərdən ibarət kadr bankının yaradılmasını hədəfləyən "Yüksəliş" müsabiqəsində qalib olanlar üçün sonda fərdi inkişaf məqsədi ilə 20 min AZN-lik qrant təqdim olunacaq. Müsabiqənin 20 finalçısı idarəçilər üçün ən yaxşı proqramlar çərçivəsində bacarıqlarını artırmağa kömək edəcək qrantlar qazanacaqlar. Bundan başqa, qaliblər fərdi inkişaf proqramı və təlimlərdə iştirak etmək hüququ qazanacaq və 1 il ərzində böyük şirkətlərin top-menecerləri, ictimai xadimlər və dövlət qurumlarının rəhbərləri tərəfindən karyera məsləhətləri alacaq, eyni zamanda Azərbaycanın aparıcı idarəçiləri ilə tanış olmaq şansı qazanacaqlar. Qaliblər kadr ehtiyatı üzrə ölkənin ən yüksək hazırlıq proqramına qoşula biləcəklər. Yalnız Azərbaycan Repsublikasının vətəndaşları üçün nəzərdə tutulan müsabiqədə ali təhsilli, mülkiyyət formasından asılı olmayaraq ən azı 2 il idarəçilik təcrübəsi olanlar iştirak edirlər. Onlayn və əyani olmaqla 6 mərhələdən ibarət olan "Yüksəliş" müsabiqəsinin hazırda video müsahibə mərhələsi keçirilir. Sputnik Azərbaycan olaraq "Yüksəliş"də olaraq bu mərhələdə iştirakçılar tərəfindən göndərilən iştirakçılaırn öznütəqdimatdan ibarət olan və özləri tərəfindən hazırlanan videomüsahibələrinin necə analiz olunması prosesini izlədik.
Video müsahibələrin qiymətləndirilmsəi mərhələsində iştirak edən, Dövlət İmtahan Mərkəzinin psixoloqu Nigar Rəsulova Sputnik Azərbaycan-a açıqlamasında deyir ki, bu qiymətləndirmə prosesi qrup şəklində keçirilir: "Qiymətləndirmədə əsas amillərdən biri iştirakçının nitq qabiliyyəti, özünü səlis şəkildə təqdim etməsidir. Digər meyar şəxsin intlektual səviyyəsi, dünya görüşü, məqsəd-hədəfləri və fərdi xüsusiyyətləridir. Şəxsin liderlik, rəhbərlik xüsusiyyətləri, iş təcrübəsi də çox önəmlidir".
Qısa və səlis şəkildə özüntəqdimat üçün 3 dəqiqə vaxt verilir: "Öncədən hər bir iştirakçıya özüntəqdimat üçün 5 sual verilir. Videomüsahibə zamanı isə iştirakçı 5 sualdan 3-nü seçərək onu cavablandırır və bunun bizə video material şəkildə çəkib, hazırlayaraq yollayır. Bəziləri deyir ki, bu 3 dəqiqə azdır. Amma elə iştirakçılar da var ki, daha qısa zamanda özlərini səlis şəkildə təqdim edə bilirlər".
Digər həmsöhbətimiz, Dövlət İmtahan Mərkəzinin sektor müdiri Pərviz Kazımov da müsabiqənin əyani mərhələsində nəticələrin qiymətləndirilməsində iştirak edir. O, yarımfinal və final mərhələsinin məzmununun formalaşdırlmaısında da iştirak edəcək: "İlkin mərhələdə 9 min 775 nəfər iştirak hüququ qazanmışdı. 9 min 775 nəfərdən 7 mindən çox iştirakçı onlayn mərhələdə davamlı olaraq iştirak ediblər. 976 nəfər onlayn mərhələni bitirərək əyani mərhələyə keçid şansı qazanıb. Hazırda isə müsabiqədə 936 nəfər iştirak edir. Yəni, 976 iştirakçıdan yalnız 939-u müsabiqəyə videomüsahibə hazırlayaraq göndərib".
P.Kazımov deyir ki, əyani mərhələdə daha çox rəhbərlik və liderliklə bağlı xüsusiyyətlər qiymətləndirilir:
"Testlər elə tərtib olunacaq ki, biz real iş vəziyyətlərində bu şəxslərin mühakimə yürütmə qabiliyyətlərini yoxlaya biləcəyik. Testlərin məzmunu real iş vəziyyətinə uyğun tərtib olunacaq və buarada müəyyən, yaranmış konfliktli vəziyyətlrlə bağlı suallar olacaq. Vəziyyətdən çıxış yolları üçün varinatlar təklif olunacaq. Buna sosial intellekt də demək olar".
DİM rəsmisinin sözlərinə görə, növbəti mərhələlərdə həmçinin onlayn məntiq bloklarının təkrarı olacaq və burada şərt qoyulacaq ki, şəxs ilkin mərhələdə bu testlərdən yığdığı balın 70 faizini toplamış olsun: "Bununla biz bir daha əmin olacağıq ki, ilkin mərhələdə testləri onlar özləri edib, yoxsa yox. Bu şəxslər bu testləri bizim yanımızda edəcəklər".
Sonrakı mərhələdə sosial intellekt testinin daha mürəkkəb variantı olacaq. İnsanların şəxsiyyətini müəyyən edən testlər də olacaq. Bu testlərlə şəxsin nə dərəcədə real lider olub-olmadığı, hansı istiqamətdə irəliləyə biləcəyi analiz ediləcək.
Növbəti mərhələlərdə də testlərin bir hissəsi avtomatik qiymətləndirilsə də, bəzi testlər olacaq ki, bu zaman əllə nəsə çəkməyə, yazmağa zərurət olacaq və bu cür testlər də DİM və "Yüksəliş"in mütəxəssisləri tərəfindən yoxlanılacaq. Yarımfinal və final mərhələsində ən azı 30 testin olması gözlənilir. P.Kazımov bildirir ki, bu zaman masaların ətrafında oyunlar keçiriləcək və təxminən hər masanın ətrafında 10-12 nəfərlik qrup olacaq: "Bu zaman qruplar arasında müəyyən müzakirələr təşkil olunacaq və onlaırn başlarının üstündə ekspertlər olacaq. Hər oyunun da öz meyarları olacaq. bir oyunda şəxsin aktivliyi, digərində necə qərar verməsi, başqalrının dinləyə bilmə və digər bacarıqları da yoxlanılacaq. Bu meyarlara görə ballar yığılacaq, qiymətləndirmə aparılacaq.
"Yüksəliş" müsabiqəsinin əməkdaşı Nərgiz Rzazadə isə testlərin tərtibatından danışıb: "Yüksəliş" müsabiqəsinin ilk mərhələsinin sualları əsasən Dövlət İmtahan Mərkəzinin test bankından götürülüb. Lakin dünya görüşünü formalaşdıran testlər isə yenicə tərtib olunub. Əyani mərhələnin testlərinin hazırlanmasında isə 3 nəfər iştirak edib. Testlər hazırlandıqdan sonra bir neçə mərhələdə sınaqdan keçirilib. DİM, "Yüksəliş"in işçiləri və yüksək rütbəli dövlət orqanlarında işləyələr bu testlərdən keçirilib".
"Yüksəliş"in İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Aliyə Əliyeva isə müsabiqəyə daha çox hansı yaş təbəqəsi arasında olan maraqdan danışır: "Bu müsabiqəyə qatılanlar arasında yaşı 30-40 olanlar daha çox üstünlük təşkil edir. Lakin onların arasında çox gənc və nisbətən yaşlı hesab edilənlər də var. Müsabiqəyə qatılanlar arasında yaşı 21-23 olan iştirakçılar da olub. Bu şəxslər arasında gənc olmalarına baxmayaraq kifayət qədər dolğun təcrübəyə malik olanlar da olub".
"Bildiyiniz kimi "Yüksəliş" müsabiqəsi gənclərlə yanaşı nisbətən yaşlı hesab edilən təbəqəni də özünə cəlb edə bildi. Onların arasında 51 yaşında olanlar da var. Hansı ki, bu şəxslər yaşca daha gənc olanları geridə qoyaraq növbəti mərhələyə keçiblər. Onlar hədəf olaraq deyirlər ki, biz dövlətin yaratdığı bu fürsətdən istifadə edərək özlərini yoxlamaq istəyirlər. İştirakçılar arasında elələri var ki, deyir ki, maddi imkanım yoxdur, bu müsabiqədə qalib olaraq təhsilimi də yekunlaşdırmaq istəyirəm", - deyə A.Əliyeva əlavə edib.
Bundan başqa, pandemiya ərəfəsində zamanın daha gözəl dəyərləndirilməsi üçün də "Yüksəliş" tərəfindən iştirakçılar üçün müxtəlif vebinarlar təşkil olunur.
Qeyd edək ki, "Yüksəliş"dən 20-yə yaxın mütəxəssis bu müsabiqənin keçirilməsində, təşkilində yaxından iştirak edir. Ümumilikdə isə, DİM-in mütəxəssisləri ilə birgə müsabiqənin mextəlif mərhələlərinin hazırlanma prosesində iştirak edənlərin sayı 40-a yaxındır. Müsabiqə üçün sistemin, mərhələlərin, testlərin hazırlanması üçün ümumlikdə 100-ə yaxın kadr birgə əmək sərf edib. Artıq müsabiqənin ikinci mərhələsidir. Əyani mərhələ bitdikdən sonra isə yarımfinal və final olacaq.
Qeyd edək ki, bu müsabiqəyə müraciət edənlər arasında xaricdə yaşayan azərbaycanlılar da var.