Aliyə Əliyeva: “Əyani mərhələdən öncə video-müsahibələr olacaq”
“Yüksəliş” müsabiqəsinin onlayn mərhələsinin hər iki imtahanı uğurla başa çatıb. Bu barədə müsabiqədən məlumat verilib.
“Yüksəliş” İctimai Birliyinin ictimaiyyətlə əlaqələr üzrə şöbə rəhbəri Aliyə Əliyeva Sputnik Azərbaycan-a deyir ki, növbəti mərhələyə 976 nəfər buraxılıb: “Əyani mərhələdən öncə video-müsahibələr olacaq. Əyani mərhələnin birinci turunda yoxlama imtahanı keçiriləcək. Müsabiqəyə marağı yüksək qiymətləndiririk. Sonda 20-ə yaxın qalib nəzərdə tutulub. Bu 20 qalibin müəyyənləşməsi üçün müsabiqənin 976 nəfərlə davam etməsi uğurlu nəticədir”.
Aliyə Əliyevanın fikirlərinə audiofaylda qulaq asa bilərsiniz