BAKI, 19 may — Sputnik. "Borussiya" futbolçusu Erlinq Holanda yüksək qiymət qoyub. Sputnik Azərbaycan "AS" nəşrinə istinadən xəbər verir ki, Dortmund klubu "Real" da daxil olmaqla, bir çox klubun maraqlandığı norveçli hücumçunu komandada saxlamaq üçün bu addımı atıb. "Borussiya" 19 yaşlı oyunçu üçün ən azı 120 milyon avroluq təklif gələcəyi təqdirdə onu satacaq. Bundesliqa klubu Holandı bu qış 43 milyon avroya alıb. Onun "Borussiya" ilə müqaviləsi 2024-cü ilin yayında başa çatır.
Qeyd edək ki, 26 oyundan sonra "Borussiya" 54 xalla turnir cədvəlində 2-ci yerdədir. Erlinq Holand 9 oyuna rəqib qapılarına 10 qol vurmağı bacarıb.