SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Tərəfdaşımız 500 günlük böhranı aşdı: yeni hökumətin Azərbaycana münasibəti necə olacaq?

© AP Photo / Ariel SchalitИзраильский сторонник премьер-министра Биньямина Нетаньяху во время акции протеста перед Верховным судом Израиля в Иерусалиме, фото из архива
Израильский сторонник премьер-министра Биньямина Нетаньяху во время акции протеста перед Верховным судом Израиля в Иерусалиме, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Bu hökumətdə ən böyük problem iki liderin bir-birinə inanmaması ilə bağlıdır. Lakin görünür, hər iki lider narazılıqlara baxmayaraq hökuməti qurmağa nail oldular

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 18 may — Sputnik. İsraildə, nəhayət ki, üç parlament seçkisindən sonra yaşanan hökumət böhranı aşıldı və mayın 17-də milli birlik hökuməti quruldu. Beş yüz gündən çox bir-birinə rəqib olan Likud partiyası və Kahol – Lavan partiyasının liderləri Benyamin Netanyahu və Benni Qantz birgə hökumətin qurulmasına dair razılığa gəldilər. Razılığa əsasən, yeni qurulacaq hökumətə ilk 18 ay ərzində Benyamin Netanyahu, növbəti 18 ayda isə Benni Qantz rəhbərlik edəcək.

Lakin yeni qurulacaq hökumətin özünün bu müddətin sonuna qədər fəaliyyət göstərməməsi ehtimalı var. Belə ki, İsrail tarixində nadir hallarda qurulan hökumətlər öz səlahiyyətlərini tam olaraq baş vura bilirlər. Ona görə də bir müddət sonra İsraildə yenidən növbədənkənar parlament seçkilərinin keçirilməsi variantı da istisna olunmur.

Rəsmi Tel-Əviv ölkəmizin önəmli tərəfdaşlarından olduğundan bu ölkədə baş verən siyasi proseslər Azərbaycanda da diqqətlə izlənilir. Sputnik Azərbaycan məsələ ilə bağlı beynəlxalq münasibətlər üzrə tanınmış israilli ekspert Arye Qutla həmsöhbət olub.

© Photo : Courtesy of Arye GutArye Qut
Tərəfdaşımız 500 günlük böhranı aşdı: yeni hökumətin Azərbaycana münasibəti necə olacaq? - Sputnik Azərbaycan
Arye Qut

Arye Qut vurğulayıb ki, son bir ildə İsrail cəmiyyəti olduqca ağır dövr yaşayıb: "Parlament demokratiyasının nəticəsi olaraq, üç ağır və provokativ seçki kampaniyasından sonra nə indiki baş nazir, nə də siyasi səhnəyə yeni gəlmiş general Benni Qantz hökumət qura bildilər. Eyni zamanda dünya pandemiya ilə rastlaşdı və bu zərbə İsrail cəmiyyətinə də çox təsir etdi. Təsəvvür edin ki, koronavirus dövründən öncə İsraildə işsizlərin sayı 40.000 təşkil edirdisə, koronavirusdan sonra bu işsizlərin sayı 1.150.000 insana çatdı və İsraildə olan stabil iqtisadiyyata real zərbə vurdu.

Bu vəziyyətdə üçüncü seçkidən sonra birlik hökumətinə böyük ehtiyac var idi. Seçkidən öncə Qantz Netanyahu ilə bir hökumətdə oturmaqdan belə çəkinirdi, fəqət ümumi vəziyyət və Netnyahunun Qantza çağırışları elə vəziyyətə gətirdi ki, "Kahol-Lavan" partiyası parçalandı və iki sabiq qərargah rəisləri - Benni Qantz və Qabi Aşkenazi - yeni hökumətin qurulmasına razılıq verdilər".

Посол Израиля в Азербайджане Джордж Дик - Sputnik Azərbaycan
SİYASƏT
Azərbaycan tərəfi qərar verən kimi biz hazır olacağıq - İsrail səfiri

Beynəlxalq münasibətlər üzrə ekspert vurğulayıb ki, yaranmış durumdan da, siyası baxımdan da bu məsələdə ən böyük qələbəni İsrailin Baş Naziri və İsrail siyasətinin ən güclü siyası qatarı sayılan Benyamin Netanyahu əldə edib: "İsraildən olan ekspertlər son zamanlar baş verənləri Netanyahunun siyasi səhnədən getməsi kimi dəyərləndirirdilər. Lakin Bibi (Netanyahu – red.) getmədi, özünün həm daxili, həm beynəlxalq imicini gücləndirərək yenidən, artıq 5-ci dəfə İsrailin baş naziri oldu. Bu gün yeni hökuməti tənqid edən qüvvələr qeyd edirlər ki, o, ən böyük - 34 nazirdən ibarət hökumət olacaq. Düz 18 aydan sonra Qantz Netanyahunu əvəz edib, baş nazir olacaq. Bu hökumətdə ən böyük problem iki liderin bir-birinə inanmaması ilə bağlıdır. Lakin görünür, hər iki lider narazılıqlara baxmayaraq hökuməti qurmağa nail oldu".

Arye Qut qeyd edib ki, İsrailin tarixində hökumətin tam olaraq 4 il fəaliyyət göstərməsinə dair nümunələr olduqca azdır: "Netanyahu artıq 14 ilə yaxındır ki, İsrail kimi asan olmayan dövləti idarə edir. Netanyahunun İsrailin milli təhlükəsizlik sahəsində özünün strategiyası və şəxsi baxışları mövcuddur. Netanyahu ilə müqayisə etsək, Qantz İsrail ordusundan başqa heç bir qurumu idarə etməyib və onun üçün siyasi rəhbərlikdə iştirak etmək özü yeni bir missiyadır".

Ekspert, həmçinin İsraildə qurulan yeni hökumətin xüsusilə Yaxın Şərq regionu, bu regionda yerləşən ölkələrə dair yürüdəcəyi xarici siyasət barədə də danışıb: "İndiki beynəlxalq münasibətlər formatında İsrailin xarici siyasət prinsiplərini iki mühüm spektr çərçivəsində qeyd edə bilərik. Birincisi, İsrail geosiyasi təhlükəsizliyinə zəmanət yolları axtaran və bu kontekstdə öz milli gücünü problemin həllində əsas götürən dövlət kimi aktiv xarici siyasət yürütməyə məhkumdur. Bu kontekstdə nisbi təcrid şəraitində İsrail Dövləti əsasən ABŞ və Avropa İttifaqı başda olmaqla Çin və Rusiya kimi regional aktorlarla birlikdə regional təhlükəsizliyinə zəmanət yolları axtarır. Qeyd edək ki, Netanyahu həm Trampla, həm Putinlə şəxsi etibarlı siyasi kanal yaratmağa nail olub. Bu, real faktdır ki, bu gün İsrailin Baş Nazirini həm Moskvada, həm Vaşinqtonda ən yüksək səviyyədə qəbul edirlər və ehtiyac olanda bu iki lider İsrailin Baş Nazirindən real vasitəçi kimi istifadə edir. Fəqət istənilən halda İsrail öz milli təhlükəsizliyini təminat altına almaq üçün region dövlətləri ilə əlaqələrini intensiv olaraq inkişaf etdirmək siyasətində praqmatik təcrübəyə əsaslanır. Faktiki olaraq İsrail Türkiyə, Misir, İordaniya və son dövrlərdə qeyri-rəsmi olaraq Səudiyyə Ərəbistanı, Qətər, Oman, BƏƏ və bir sıra Fars Körfəzi bölgəsində yerləşən ərəb dövlətləri ilə məxfi şəkildə əlaqələr yaradır və onların inkişaf etdirilməsi haqqında düşünür".

İsraildə yeni hökumətin Cənubi Qafqaz ölkələrinə münasibəti barədə danışarkən Arye Qut vurğulayıb ki, İsraildə hökumətlər və baş nazirlər dəyişə bilər, fəqət İsrailin Cənubi Qafqaz regionuna olan münasibət və xarici siyasət strategiyası dəyişməz olaraq qalır: "Hazırda İsrail dövləti ilə Azərbaycan Respublikası arasında qarşılıqlı etimada əsaslanan tərəfdaşlıq və əməkdaşlıq münasibətləri dünyanın əksər ölkələri üçün ideal modeldir. Bu ölkələr və onların xalqları ən çətin vaxtlarda bir-birinin yanında olub və mühüm məsələlərdə həmişə bir-birini dəstəkləyiblər. Bu, real faktdır ki, Avrasiya ərazisində heç bir ölkə İsrail ilə Azərbaycan Respublikası qədər sıx və səmimi münasibət saxlamır və inkişaf etdirmir. Bu iki ölkə arasındakı münasibətlər, xüsusən, ona görə yaxşı mənada təəccüb doğurur ki, Azərbaycan əhalisinin əksəriyyəti müsəlmandır. İsrail Azərbaycana və Azərbaycan da İsrailə həmişə böyük diqqət və səmimi münasibət bəsləyib".

Деревня в Физулинском районе - Sputnik Azərbaycan
SİYASƏT
Səfir: "İsrail Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir"

Ekspert xatırladıb ki, İsrail ilə Azərbaycan arasında çox geniş iqtisadi-ticari əlaqələr mövcuddur: "Bu iqtisadi əlaqələr təkcə tarixi münasibətlərdən qaynaqlanmır. Eyni zamanda İsrail üçün Azərbaycanın strateji və iqtisadi önəmindən qaynaqlanır. Azərbaycan ilə İsrail arasında olan münasibətlərin ən başlıca sahəsi, heç şübhəsiz ki, iqtisadi-ticari sahədir. Azərbaycan geniş həcmə malik neft və qaz yataqlarının olduğu Xəzər hövzəsində yerləşir. Bu da Azərbaycanı İsrail üçün olduqca strateji əhəmiyyətli edir. Digər tərəfdən məsələyə baxsaq, İsrail də çox güclü sənaye, kənd təsərrüfatı, səhiyyə, yüksək texnologiya, texniki avadanlıqlar və hərbi sursatlar sahəsində dünyanın inkişaf etmiş və qabaqcıl ölkələrindəndir. Bunlar da Azərbaycan üçün olduqca əhəmiyyətli hesab olunur.

İsrail dövləti 28 il öncə Cənubi Qafqazda öz strateji seçimini edib: Azərbaycanı özünə dost və tərəfdaş ölkə seçib. Birmənalı şəkildə deyə bilərəm ki, bu, ən düzgün seçim olub. Biz, İsraildə olan 80.000-ə yaxın Azərbaycan kökənli insanlar, ölkələrimizin strateji tərəfdaşlığı faktına görə fəxr edirik.

İsrailin strateji tərəfdaşı olan Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənovun üç il öncə İsrailə ilk rəsmi səfəri göstərdi ki, iki dövlət arasında bir sıra istiqamətlər üzrə siyasi-diplomatik dialoq və ikitərəfli əməkdaşlıq ən yüksək etimad səviyyəsindədir və ikitərəfli münasibətlərdə yeni tarixi səhifə açdı. 2016-cı ilin aprel döyüşləri Azərbaycanın əsl dostunun və düşməninin kim olduğunu göstərdi. Azərbaycanla İsrail arasında hərbi-texniki əlaqələr yüksək səviyyədədir və bu əlaqələr bundan sonra da davam edəcək. Aydındır ki, bu səfər zamanı iki müttəfiq ölkənin münasibətlərini möhkəmləndirmək istiqamətində atılan strateji addımları işğalçı Ermənistana ağır geosiyasi zərbə kimi də qiymətləndirmək olar.

İsrail-Azərbaycan hərbi əməkdaşlığının Ermənistan tərəfindən tənqid edilməsi mövzusuna toxunaraq onu qeyd etmək istərdim ki, Azərbaycan və İsrail öz dostlarını və tərəfdaşlarını üçüncü ölkələrin mövqeyindən asılı olmayaraq özləri seçir, hərbi-texniki sahədə strateji əməkdaşlığın və tərəfdaşlığın səviyyəsini özləri müəyyən edir".

Arye Qut vurğulayıb ki, Azərbaycan Cənubi Qafqazın şəksiz lideri, regionda cərəyan edən geosiyasi və geoiqtisadi proseslərin real lokomotividir: "Azərbaycan regionun lider dövləti kimi özünü tam təsdiq edib. Cənubi Qafqazda heç bir geosiyasi və geoiqtisadi layihə Azərbaycanın iştirakı olmadan həyata keçirilə bilməz. Bu xarici siyasi strategiyada Azərbaycan Prezidenti İlham Əliyev çox böyük və qiymətli rol oynayır. O, həm düzgün strategiya qurur, həm də geosiyasətə yaxşı bələddir və öz ölkəsinin milli mənafelərini çox gözəl müdafiə edir.

Azərbaycan dünya və region dövlətlərindən asılı olmayan müstəqil və çoxvektorlu xarici siyasət həyata keçirir. İsrail və onun xalqı Azərbaycana və Prezident İlham Əliyevə böyük hörmət və ehtiramla yanaşır. Belə bir faktı vurğulamağa dəyər ki, İsrail Azərbaycanın ərazi bütövlüyünü fəal dəstəkləyir və Ermənistanın təcavüzkar əməllərini pisləyir. 28 ildir, Ermənistanın işğalı altında olan Dağlıq Qarabağın və onun ətrafındakı 7 rayonun qaytarılması məsələsində İsrail real və həqiqi tərəfdaş kimi Azərbaycana dəstəyini nümayiş etdirib".

Xəbər lenti
0