Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan
BAKI, 24 yanvar - Sputnik. "İsrail bugünkü dünyada inkişaf edən güclü ölkələrdən biridir. İnnovasiya, texnologiya və tibbi, aqrar, su təchizatı sahələrində dünyada lider ölkədir. Ona görə bir çox ölkələr İsraildə nümayəndəlik açmaq istəyir".
Sputnik Azərbaycan bildirir ki, bunu İsrailin Azərbaycandakı səfiri Corc Dik bildirib.
Səfir qeyd edib ki, İsrail bu ölkədə səfirlik açmaq istəyən hər bir dövləti dəstəkləyir: "Biz inanırıq ki, Azərbaycan da İsraildə səfirlik açmaq qərarı verəcək. Bu ilk növbədə Azərbaycan tərəfinin, hökumətinin verməli olduğu bir qərardır. Azərbaycan tərəfi hazır olduqda və belə bir qərar verdikdə biz onu dəstəkləməyə hazır olacağıq. Mən düşünürəm ki, İsraildə Azərbaycan səfirliyinin açılması hər iki ölkənin münasibətlərinin daha da möhkəmlənməsinə təkan verə bilər".