BAKI, 18 may — Sputnik. Cənubi Koreya futbol klubu "Seul" ev oyunları zamanı maraqlı addım atıb. Sputnik Azərbaycan xəbər verir ki, stadionun tribunalarına manekenlər qoyulub. Hadisə ötən gün "Kvançju" futbol klubuna qarşı keçirilən oyun zamanı qeydə alınıb. Koronavirus pandemiyası ilə əlaqədar oyunlar azarkeşsiz keçirilib. "Dalcom" şirkəti bununla bağlı kluba tribunaların manekenlərlə doldurulması məqsədi ilə təklif irəli sürüb. "Seul" klubu bu təklifi qəbul edərək həmin şirkətdən 30 ədəd maneken sifariş verib. Komandanın rəhbərliyi bir müddət sonra azarkeşlərdən üzr istəyib. Belə ki, onlar həmin şirkətin seks kuklaları istehsal etdiyindən xəbərsiz olduqlarını vurğulayıblar.
— Jinseong Kim (@kimjinseong12) May 17, 2020
Qeyd edək ki, Cənubi Koreya çempionatı pandemiya ilə əlaqədar olaraq dayandırılmışdı. 8 may tarixindən oyunlar yenidən keçirilməyə başlayıb. Hazırda "Seul" klubu turnir cədvəlində 6-cı yerdə qərarlaşıb.