İran-ABŞ gərginliyi artır: Tehran rəsmi xəbərdarlıq etdi

© Photo : AZƏRTACМинистр иностранных дел Ирана Мохаммад Джавад Зариф
Министр иностранных дел Ирана Мохаммад Джавад Зариф - Sputnik Azərbaycan
Abunə olmaq
İran XİN-nin yaydığı bəyanatda bildirilir ki, xarici siyasət idarəsinin rəhbəri ABŞ-ın qanunsuz, təhlükəli və provokasiya xarakteri daşıyan hədələrini dəniz quldurluğu adlandıraraq, bunun region üçün təhlükə yaradığını bildirib

BAKI, 17 may — Sputnik. İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif BMT Baş katibi Antoniu Quterreşə müraciət edərək bildirib ki, İran Venesuelaya yanacaq daşıyan tankerlərinin ABŞ tərəfindən təqib ediləcəyi təqdirdə cavab verəcək.

Yanan gəmi - Sputnik Azərbaycan
İran səhvən öz gəmisini raketlə vurdu: “Konarak” batdı

Sputnik Azərbaycan-ın RİA Novosti-yə istinadla məlumatına görə, İran XİN-nin yaydığı bəyanatda vurğulanır ki, xarici siyasət idarəsinin rəhbəri ABŞ-ın qanunsuz, təhlükəli və provokasiya xarakteri daşıyan hədələrini dəniz quldurluğu adlandıraraq, bunun region üçün təhlükə yaradığını bildirib: “Zərif həmçinin xatırladıb ki, İran bu təhlükələrə qarşı istənilən tədbir görmək hüququna malikdir, ABŞ isə qanunsuz fəaliyyətə görə cavabdehlik daşıyır”.  

Qeyd edən ki, bundan əvvəl İranın Xarici İşlər Nazirliyi rəhbərinin müavini Abbas Araqçı İslam respublikasında ABŞ-ın maraqlarını təqdim edən İsveçrə səfirini nazirliyə çağırıb və rəsmi Vaşinqtona Venesuelaya gedən İran tankerlərinin təqib olunması ilə bağlı xəbərdarlıq edib.

Xəbər lenti
0