İran səhvən öz gəmisini raketlə vurdu: “Konarak” batdı

© AP PhotoYanan gəmi
Yanan gəmi - Sputnik Azərbaycan
Abunə olmaq
Hadisə Oman körfəzində baş verib. “Jamaran” hərbi gəmisindən buraxılan gəmi əleyhinə raket “Konarak” köməkçi gəmisini vurub.

BAKI, 11 may — Sputnik. İran Hərbi Dəniz Qüvvələrinin “Jamaran” freqatı hərbi təlimdə iştirak edən digər hərbi gəmini səhvən atəşə tutub.

İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərif - Sputnik Azərbaycan
İranlı nazir Trampa yol göstərdi

Sputnik AzərbaycanRİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə “Tasnim” xəbər agentliyinin siyasi şöbəsinin müdiri Mehdi Bəxtiyari “Twitter” səhifəsində yazıb.

Hadisə Oman körfəzində baş verib. “Jamaran” hərbi gəmisindən buraxılan gəmi əleyhinə raket “Konarak” köməkçi gəmisini vurub.

Gəmidə baş verən partlayışda onlarla insan yaralanıb, azı iki nəfər ölüb. Hadisə nəticəsində “Konarak”ın batdığı iddia edilir.

Hələ ki, İran ordusu məlumata rəsmi münasibət bildirməyib.

Qeyd edək ki, “Jamaran” adlı freqat 2010-cu ildə İran Hərbi Dəniz Qüvvələrinin Fars körfəzindəki donanmasının tərkibinə daxil edilib. Freqat hava, dəniz və yerüstü hədəfləri müşahidə etmək üçün radiolokasiya sistemləri, habelə müasir elektron mübarizə vasitələri ilə təchiz olunub.

Xəbər lenti
0