Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Futbol yoxdur, “Qəbələ” isə rekorda imza atır

© Sputnik / Murad OrujovФутбольный матч "Габала" - "Сент-Этьен" в Баку
Футбольный матч Габала - Сент-Этьен в Баку - Sputnik Azərbaycan
Abunə olmaq
Son 5 avrokubok mövsümünün nəticələri əsasında tərtib olunan siyahıda "qırmızı-qaralar" 7,500 xala malikdir və 148-ci pillədə qərarlaşıb.

BAKI, 17 may — Sputnik. “Qəbələ” komandası UEFA reytinqində rekord göstəriciyə imza atıb. 

Sputnik Azərbaycan klubun rəsmi saytına istinadən xəbər verir ki, "qırmızı-qaralar" 148-ci pillədə qərarlaşıb. 

Пустые сидения на стадионе, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Azərbaycanda futbol olmayacaq – Operativ Qərargah qərar verdi

Son 5 avrokubok mövsümünün nəticələri əsasında tərtib olunan siyahıda əyalət təmsilçisi 7,500 xala malikdir. Komanda 2015/2016 və 2016/2017 mövsümlərinin hərəsində 2,000 xal, 2017/2018 və 2018/2019 mövsümlərinin hər birində isə 1,000 xal qazanıb. Koronavirus pandemiyası üzündən dayandırılan cari mövsümdə çıxışını başa vuran “Qəbələ” aktivinə daha 1,500 xal əlavə edib. Bununla da "qırmızı-qaralar" əmsalını 7,500-ə çatdırıb.

“Qəbələ” cari mövsümədək heç vaxt 148-ci mövqedə qərarlaşmayıb.

Siyahıya avrokuboklarda debüt etdiyi 2014/2015 mövsümündə daxil edilən “qırmızı-qaralar” debütdə 358-ci yerdə qərarlaşıb. Növbəti il 253-cü, sonradan 185-ci olan “Qəbələ” hər dəfə xal hesabını artırıb.

2017-ci ilin yayından klub reytinqinin hesablama metodu dəyişdirilib. Nəticədə həm xallar azalıb, həm də geriləmə qeydə alınıb. Həmin vaxt mövsümü 191-ci sırada tamamlayan “Qəbələ” ötən yay 173-cü yerə qədər yüksəlib. Bu, klub tarixinin rekordu idi ki, cari mövsümdə həmin göstərici 25 pillə də yaxşılaşdırılıb.

“Qəbələ” UEFA reytinqində

2014/2015 – 2,750 (358-ci yer)

2015/2016 – 5,225 (253-cü yer)

2016/2017 - 7,800 (185-ci yer)

2017/2018 - 5,250 (191-ci yer)

2018/2019 - 6,250 (173-cü yer)

2019/2020 – 7,500 (148-ci yer)

Xəbər lenti
0