CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Vaxt da çoxdan yetişib, vədə də, amma tərpəniş hələ də yoxdur – Uduzan da hamımızıq

© Photo : AZALПассажиры в одном из залов Международного аэропорта Гейдар Алиев в Баку
Пассажиры в одном из залов Международного аэропорта Гейдар Алиев в Баку - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycandan da xeyli sayda turist xaricdə istirahət üçün sərhədlərin açılmasını gözləyir. Onların arasında hətta çamadanını yığıb sərhədlərin açılmasını səbirsizliklə gözləyənlər də var.

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 17 may — Sputnik. Hazırda koronovirus pandemiyası ilə əlaqədar xarici ölkələrə uçuşlar dayandırılsa da, artıq turizmin inkişaf etdiyi bəzi dövlətlər hava reyslərinin bərpası istiqamətində işlərə başlayıb. Məlumatlara görə, Gürcüstan hava bazarında təmsil olunan 38 şirkətdən 18-i ilə uçuşları bərpa etmək üçün razılıq əldə edib.

Пассажир с багажом в аэропорту, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
Turizm şirkətlərini yeni sürpriz gözləyir – Köhnə qaydanın bərpası kimə ziyan vuracaq?

Gürcüstanın İqtisadiyyat naziri Natia Turnava deyib ki, bir sıra aviaşirkətlərlə aparılan danışıqlar artıq nəticə verib. Aviaşirkətlər arasında “Wizzair”, “Ryanair”, “Türk Hava Yolları”, İsrail Hava Yolları və “Qatar Airways” şirkətləri də var. O bildirib ki, uçuşlardan əvvəl dövlətlərlə diplomatik kanallar vasitəsilə dəhliz yaradılmalıdır: “Mən deyərdim ki, biz turizm mövsümünün açılışına tam hazır olacağıq".

Qeyd edək ki, Gürcüstan hökuməti xarici turistlər üçün qapılarını 1 iyuldan etibarən açmağı planlaşdırıb.

Azərbaycan da hər il xaricdən xeyli sayda turist qəbul edən ölkələrdəndir. Biz bölgədə turizm sahəsində Gürcüstanla rəqabət aparan ölkə sayılırıq. Bəs görəsən, ölkəmiz bu turizm mövsümündə öz qapılarını xarici turistlərin üzünə aça biləcəkmi?

Bu suala cavab tapmazdan öncə qeyd edək ki, elə Azərbaycandan da xeyli sayda turist xaricdə istirahət üçün sərhədlərin açılmasını gözləyir. Onların arasında hətta çamadanını yığıb sərhədlərin açılmasını səbirsizliklə gözləyənlər olsa da, aviaşirkətlər “çamadan əhvalı”nda olanları çox da ümidlənməməyə səsləyir.

"Delta Travel" şirkətinin müdir köməkçisi Fəxri Məmmədli Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, hələlik xarici ölkələrlə uçuşların bərpa ediləcəyi barədə dəqiq fikir söyləmək mümkün deyil: “Biz özümüz də xaricə istirahətə getmək, başqa ölkələrdən Azərbaycana istirahətə gəlmək arzusunda olan insanlar kimi sərhədlərin açılmasını səbirsizliklə gözləyirik. Amma bu, bizim istəyimizlə baş tutan məsələ deyil. Dövlətlərarası razılaşma olarsa, uçuşlar bərpa olunacaq. Gürcüstan da, bildiyimiz qədər bu istiqamətdə danışıqlar aparır. Turizm mövsümünün başlanılmasına görə uçuşların Azərbaycanda da bərpa olunacağına biz də ümidliyik”.

Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının (ATAA) Ekspertlər Şurasının sədri Göydəniz Qəhrəmanov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Gürcüstanın gələn aydan sərhədləri açacağını və turistləri qəbul edən ilk ölkə olacağını indidən qəti şəkildə söyləmək mümkün deyil: “Bu elə bir prosesdir ki, bütün dövlətlər bir-birindən asılıdır. Hətta biz də bu barədə indidən qəti bir fikir söyləyə bilmərik. Düşünürəm ki, bu proses addım-addım başlayacaq. Yəni birdən-birə bütün ölkələrə uçuşların bərpa olunmasını gözləmək yersizdir. Bu proses bir neçə ay çəkəcək. Yay mövsümündə bütün sərhədlər açıq olmayacaq”.

Туристы в сувенирном магазине в Баку - Sputnik Azərbaycan
CƏMİYYƏT
Turizm sıfır nöqtəsinə düşüb: Ölkəyə gələnlərin sayı 92 faiz azalıb

G.Qəhrəmanov deyir ki, Azərbaycan Turizm Agentlikləri Assosiasiyası bir sıra aviadaşıyıcılarla yeni fəaliyyət planları və uçuşların bərpasını müzakirə edib: “Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının təşəbbüsü ilə Azərbaycan Hava Yolları və ölkəmizdə təmsil olunan beynəlxalq hava yolları şirkətlərinin nümayəndələri arasında “Pandemiya dövründən sonra aviadaşıyıcıların yeni fəaliyyət planları və uçuşların bərpası" mövzusunda onlayn müzakirələr keçirildi. Bu müzakirələrdə çıxış edən Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının İdarə Heyətinin sədri Rüfət Hacıyev turizm şirkətləri və turoperatorlar üçün beynəlxalq uçuşların tezliklə bərpa edilməsinin vacib məsələ olduğunu diqqətə çatdırıb. Bildirdi ki, beynəlxalq uçuşların dayandırılması turizm şirkətlərini çətin vəziyyətə salmaqla yanaşı böyük itkilərlə üzləşdirib. Şirkətin aviadaşımaların satış mərkəzinin rəisi Niyazi Həsənov Azərbaycan Hava Yollarının beynəlxalq uçuşları tam bərpa etməyə hazır olduğunu bildirib. O qeyd edib ki, hazırda qarşıda duran əsas məsələ dünyada pandemiyanın aradan qaldırılması və ölkələrin öz sərhədlərini uçuşlar üçün açıq elan etməsidir. O, bu maneələr aradan qaldırılmayana qədər beynəlxalq uçuşların dəqiq nə vaxt bərpa olunacağının proqnozlaşdırılmasının çətin olduğunu söyləyib”.

G.Qəhrəmanov deyir ki, yaranmış situasiyadan aviaşirkətlər də məmnun deyillər. Onlar pandemiya üzündən sərhədlərin bağlanmasına görə çox çətin günlər yaşayır: “Keçirdiyimiz onlayn görüşdə Sibir Hava Yollarının Azərbaycan üzrə rəsmi nümayəndəsi Arif Şahbazov da iştirak edirdi. O bildirdi ki, pandemiyadan sonra Novosibirsk-Bakı istiqamətinə ilk uçuş iyulun 10-da reallaşacaq. Hazırda şirkət çox çətin günlər yaşayır. Onun sözlərinə görə, indiki mərhələdə şirkət 101 hava gəmisindən yalnız 40-nı daxili uçuşlar olmaqla işə cəlb edib. O üzdən itkilər böyükdür. Bu müzakirələrdə iştirak edən “AirAstana” şirkətinin Azərbaycan üzrə rəsmi nümayəndəsi Deulet Yerkenule şirkətin 10 illik fəaliyyəti dövründə ilk dəfə olaraq belə çətin vəziyyətə düşdüklərini bildirdi. Onun dediyinə görə, Azərbaycan istiqamətinə ilk uçuş tarixi iyun ayının ortalarına nəzərdə tutulub. Deulet Yerkenule oktyabr ayına qədər Bakı-Nur Sultan reysinin də ləğv olunacağını qeyd etdi. Onun sözlərinə görə, aviaşirkət bu müddət ərzində yalnız Bakı-Almata reyslərini həyata keçirəcək. 

Boş qalan cənnət məkan - Sputnik Azərbaycan
CƏMİYYƏT
Turizmçilər karantindən sonraya hazırlaşır: yerli turistləri xaricə getməyə qoymayacaqlar
Özbəkistan Hava Yolları şirkətinin Azərbaycan üzrə rəsmi nümayəndəsi Hasan Mavlyanov şirkətin satışlara yalnız iyul ayından başlayacağını deyib. O, sərnişinlərin təhlükəsizliyi və sağlamlığı üçün bir sıra yeni tədbirlərin görüləcəyini bildirib. Aviaşirkət səlahiyyətlilərinin dediklərindən də belə anlaşılır ki, uçuşların bərpası barədə müəyyən tarixlər olsa da, indidən dəqiq məlumat vermək mümkün deyil. Çünki bu məsələ dövlətlərin öz sərhədlərini açmasından asılıdır”.

“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) prezidentinin ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Paşa Kəsəmənski isə Sputnik Azərbaycan-a bildirib ki, uçuşların bərpası AZAL-dan asılı olan məsələ deyil. Buna hökumət qərar verir.

Qeyd edək ki, Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirləri çərçivəsində əksər dövlətlər öz sərhədlərində giriş-çıxışa müvəqqəti olaraq məhdudiyyətin tətbiqi barədə qərar verərək beynəlxalq uçuşları təxirə salıb. COVID-19 pandemiyası ilə bağlı dünyadakı vəziyyət təhlil edilib və virusun ölkə ərazisində geniş yayılmasının qarşısının alınması məqsədilə yük daşımaları və çarter reysləri istisna olmaqla, Azərbaycan Respublikası ərazisinə yerüstü və hava yolu ilə giriş-çıxışa tətbiq olunan məhdudiyyət 31 may 2020-ci il tarixədək uzadılıb.

Xəbər lenti
0