CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Turizm şirkətlərini yeni sürpriz gözləyir – Köhnə qaydanın bərpası kimə ziyan vuracaq?

© REUTERS / Inquam Photos / Octav GaneaПассажир с багажом в аэропорту, фото из архива
Пассажир с багажом в аэропорту, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
"Bunu turizm sektoru ancaq böhrandan çıxdıqdan sonra etmək olar. Ona görə də lisenziya məsələsini yubatmaq lazımdır".

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 14 may — Sputnik. Turizm sektoru hazırda böhran dövrünü yaşasa da, bu sahədə fəaliyyət göstərən şirkətlərin yenidən lisenziyalaşdırılması məsələsi gündəmə gəlib. Azərbaycan Turizm Agentlikləri Assosiasiyası yaxın zamanlarda turizm şirkətlərinin lisenziyalaşdırılmasına başlamağı təklif edib.

Ситуация в связи с эпидемиологической обстановкой в Италии  - Sputnik Azərbaycan
Mövsüm başlamamış bitir – İtaliya turist qəbul etməyə bilər

Qurumun İdarə Heyətinin sədri Rüfət Hacıyev Sputnik Azərbaycan-a açıqlamasına bildirib ki, bu gün heç də bütün turizm şirkətləri tələb olunan keyfiyyət standartlarına cavab vermir: "Bu da turizm sənayesi üçün çox ciddi problemlərə yol açır. Son dövrlərdə Assosiasiyaya turizm şirkətlərinin fəaliyyəti ilə bağlı kifayət qədər şikayətlər daxil olurdu. Vətəndaşlar, turizm şirkətlərinin üzərinə götürdükləri öhdəliklər və xidmətləri yerinə yetirə bilmədikləri üçün narazılıq edirdilər. Bunun nəticəsində də ölkədə yalnız həmin turizm şirkətlərinin deyil, digər aparıcı turizm şirkətlərinin nüfuzu da ciddi zərbə görürdü və turizm şirkətlərinə qarşı böyük inamsızlıq yaranırdı. Assosiasiya olaraq hesab edirik ki, artıq turizm şirkətləri yenidən lisenziyalaşma prosesinə keçid etməlidir ki, bu proseslər müəyyən mənada tənzimlənsin. Qurumun əldə etdiyi məlumata görə, turizm haqqında qanunda da bununla bağlı müddəalar öz əksini tapıb".

Onun sözlərinə görə, Azərbaycan Turizm Agentlikləri Assosiasiyası yaxın zamanlarda yenidən lisenziyalaşma prosesinə başlamağa ehtiyac olduğunu düşünür: "Müəyyən keyfiyyət standartlarının tətbiqinə ehtiyac var. Hesab edirik ki, əgər ölkədə turizm agentliklərinin fəaliyyətində xidmət keyfiyyətlərini artırsaq, bu sahədə proseslər müəyyən qədər tənzimlənəcək".

Qeyd edək ki, 2015-ci ildə ölkə başcısının sərəncamı ilə xüsusi icazələr, yəni lisenziyalar ləğv edilib. Həmin dövrdə turizm şirkətləri də lisenziyasız fəaliyyət göstərməyə başladı. Halbuki, 2015-ci ilə qədər turizm şirkətləri lisenziya almaq üçün 5 min 500 manat məbləğində pul ödəyirdilər. Bu isə turizm sahəsində sahibkarlıq fəaliyyətini məhdudlaşdırırdı. Bəs görəsən, turizm sahəsində yenidən lisenziyaların bərpa edilməsi rəqabət mühitinə pis təsir etməyəcək ki?

Azərbaycan Turizm Agentlikləri Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, koronavirus pandemiyası dövründə turizm şirkətləri üzərində sərt nəzarət mexanizminin tətbiq edilməsi arzuolunan deyil: "İndi turizm şirkətlərinin çoxu bağlanmış kimidir. 

Туристы в сувенирном магазине в Баку - Sputnik Azərbaycan
CƏMİYYƏT
Turizm sıfır nöqtəsinə düşüb: Ölkəyə gələnlərin sayı 92 faiz azalıb
Bəziləri artıq karantin dövründə uçuşlar təxirə salındığı üçün işləmir. İndi biz düşünürük ki, necə edək bölgələrdə turizm obyektləri fəaliyyətini davam etdirsin, iş yerlərinin bir qismini qoruyub saxlaya bilək. Belə bir vaxtda turizm şirkətlərinin ancaq lisenziya əsasında işləməsini tələb etmək, bunu qanuna salmaq düşünürəm ki, düzgün addım olmaz. Bunu turizm sektoru ancaq böhrandan çıxdıqdan sonra etmək olar. Ona görə də, lisenziya məsələsini yubatmaq lazımdır".

M.Ağakərimov bildirir ki, əgər gələcəkdə turizm sahəsində lisenziyalar tətbiq edilərsə, bu ödənişli olmamamlıdır: "Siz bilirsiniz ki, 2015-ci ilə qədər turizm şirkətləri lisenziya almaq üçün 5 min manatdan artıq pul ödəyirdilər. Bu isə turizm sektorunda rəqabət mühitini azaldırdı. Bu sahədə fəaliyyət göstərmək istəyən hər bir sahibkar həmin məbləği ödəyə bilmirdi. Turizm sektorunda kiçik və orta sahibkarların fəaliyyətinə şərait yaratmaq üçün bu sahədə də lisenziya ləğv edildi. Bundan sonra turizm sahəsində fəaliyyət göstərən şirkətlərin sayı artmağa başladı. Düşünürəm ki, indi lisenziya üçün belə fantastik məbləğ müəyyənləşdirmək yenidən bu sahədə rəqabət mühitinə mənfi təsir edə bilər. Əgər turizm sahəsində də lisenziya bərpa edilərsə, cüzi bir məbləğ olmalıdır ki, bu sahədə sahibkarlıq fəaliyyətinə mənfi təsir etməsin. Lisenziya üçün simvolik ödəniş müəyyən edilə bilər. Beləcə, turizm sahəsində fəaliyyət göstərən şirkətlər üzərində məsuliyyəti və nəzarəti təmin etmək mümkündür".

"Delta Travel" şirkətinin müdir köməkçisi Fəxri Məmmədli Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, turizm sahəsində fəaliyyət göstərən şirkətlərin lisenziya əsasında fəaliyyəti onların da ürəyindəndir: "İndi turizm sahəsində bir özbaşınalıq hökm sürür. Evində əyləşən istənilən şəxs turizm şirkəti açıb fəaliyyət göstərir. Çünki turizm sahəsində fəaliyyət üçün heç bir əlavə tələb yoxdur. Ona görə də bu sahədə aldatma halları baş alıb gedir. Bu isə bu sahədə peşəkar fəaliyyət göstərən, ofisi, işçisi olan, təcrübəli turizm şirkətlərinin də reputasiyasına xələl gətirir. El dili ilə desək, "qurunun oduna yaş da yanır". Mən də onun tərəfdarıyam ki, turizm sahəsində lisenziya bərpa olunsun. Ola bilər ki, bunun üçün çox cüzi vəsait tələb olunsun. Amma lisenziya almaq üçün şərtlər olsun. Bu şərtlərə cavab verən turizm şirkətləri lisenziya alsın. Onların üzərinə məsuliyyət qoyulsun. Bu turizm sahəsində fəaliyyət göstərən şirkətlərə nəzarət imkanı da yaradacaq".

Dövlət Turizm Agentliyinin mətbuat katibi Kənan Quluzadə isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, “Turizm Haqqında” yeni qanun layihəsi hələlik Milli Məclisə təqdim edilməyib: “Bu layihə digər dövlət  qurumları ilə müzakirə mərhələsindədir. Qanunun fəlsəfəsində bu sahədə dövlət nəzarətinin aparılmasının effektivliyinin artırılması öz əksini tapıb. Amma o məhz lisenziya kimi öz əksini tapmayıb. Turizm sahəsində şirkətlər müəyyən meyarlara cavab verməlidirlər ki, öz müştəriləri ilə, tərəfdaşlarıiyla, dövlət qurumları ilə münasibətlərini məsuliyyətli qursunlar. Bu tənzimlənmə nizamlanma və nəzarət formasında ola bilər”.

Xəbər lenti
0