BAKI, 15 may — Sputnik. Azərbaycanın professional vokal sənətinin banisi, görkəmli opera müğənnisi Bülbülün (Murtuza Məmmədov) böyük oğlu, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun qardaşı Çingiz Məmmədov 82 yaşında dünyasını dəyişib.
Mədəniyyət Nazirliyinin mətbuat xidməti xəbəri Sputnik Azərbaycan-a təsdiqləyib. Lakin Nazirliyin mətbuat xidməti mərhumun harada və nə vaxt dəfn olunacağı barədə məlumatlara malik olmadığını qeyd edib.
Xatırladaq ki, Çingiz Bülbüloğlu 12 dekabr 1938-ci ildə Tiflisdə anadan olub. O, uzun illər bir sıra vəzifələrdə çalışıb. Bir neçə il əvvəl Milli Məclis Aparatında şöbə müdiri işləyib və oradan da təqaüdə yollanıb.
Hazırda Rusiyada olan Polad Bülbüloğlunun qardaşının dəfninə qatılıb-qatılmayacağı məlum deyil.