Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Dünya iqtisadiyyatında struktur böhranı və Azərbaycan: çağırışlar, perspektivlər

© Sputnik / Murad OrujovНа приморском бульваре в Баку
На приморском бульваре в Баку - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycanın daxili bazarının genişlənməsi, həm də pul kütləsinin artımı ilə investisiya axınlarının kəskin şəkildə artırılması üçün böyük potensialı var.

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 15 may — Sputnik. Bu gün Azərbaycan Dövlət İqtisadiyyat Universitetində "İqtisadi müzakirələr" mövzusunda onlayn seminar keçirilib. Sputnik Azərbaycan xəbər verir ki, "Zoom" platformasında professor Elşad Məmmədov mühazirə oxuyub.

"Dünya iqtisadiyyatında struktur böhran və Azərbaycan: çağırışlar, perspektivlər" adlı seminar dinləyəcilər tərəfindən böyük maraqla qarşılanıb.

Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti tərəfindən Əlilliyi olan şəxslərin hüquqları: Qanunvericilik və onun tətbiqi” mövzusunda seminar keçirilib - Sputnik Azərbaycan
Jurnalistlərə əlilliyi olan şəxslərin hüquqları mövzusunda seminar keçirilib

Seminar zamanı Elşad Məmmədov koronavirus pandemiyasının Azərbaycan da daxil olmaqla dünya ölkələrinə, qlobal iqtisadiyyata təsiri, yaranan fəsadlar, həmçinin böhrandan mümkün çıxış yollarından danışıb.

UNEC-in professoru Azərbaycan iqtisadiyyatında dayanıqlığın qorunması, digər tərəfdən isə qabaqlayıcı iqtisadi inkişafa keçilməsi üçün innovasiya tutumlu iqtisadiyyatın formalaşmasının olduqca önəmli olduğunu vurğulayıb: "Azərbaycanın daxili bazarının genişlənməsi, həm də pul kütləsinin artımı ilə investisiya axınlarının kəskin şəkildə artırılması üçün böyük potensialı var. Mühüm məqamlardan biri odur ki, Azərbaycana qonşu ölkələrdə, post-sovet məkanında bu potensial var. Bu isə o anlama gəlir ki, yaxın 20-25 ildə Azərbaycan, həmçinin bizim bütövlükdə təmsil olunduğumuz postsovet məkanı iqtisadi artım, pul-kütləsinin artımı, remonetizasiya nöqteyi nəzərindən böyük potensiala malikdir. Bunun üçün adekvat makroiqtisadi idarəetmə sistemi lazımdır".

Mühazirədən sonra Elşad Məmmədov dinləyicilərin pandemiya və postpandemiya dövründə qlobal iqtisadiyyatın durumu, həmçinin postpandemiya dövründə dünyada yaşanacaq trendlər, proseslər barədə suallarını cavablandırıb. Maraqla qarşılanan seminar ümumilikdə saat yarımdan çox çəkib.

Xəbər lenti
0