Jurnalistlərə əlilliyi olan şəxslərin hüquqları mövzusunda seminar keçirilib

© © Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin mətbuat xidmətiAlmaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti tərəfindən "Əlilliyi olan şəxslərin hüquqları: Qanunvericilik və onun tətbiqi” mövzusunda seminar keçirilib
Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti tərəfindən Əlilliyi olan şəxslərin hüquqları: Qanunvericilik və onun tətbiqi” mövzusunda seminar keçirilib - Sputnik Azərbaycan
Abunə olmaq
Qarşılıqlı fikir mübadiləsi şəraitində keçən seminarda jurnalistlər onları maraqlandıran suallara ətraflı cavab tapa biliblər

BAKI, 11 fevral - Sputnik. Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) tərəfindən "Cənubi Qafqazda Avropa standartlarına hüquqi yaxınlaşmanın dəstəklənməsi proqramı” çərçivəsində 9-10 fevral tarixində jurnalistlər üçün daha bir seminar təşkil olunub. Sputnik Azərbaycan xəbər verir ki, seminar "Əlilliyi olan şəxslərin hüquqları: Qanunvericilik və onun tətbiqi” mövzusunda olub. 

Şabran rayonundakı Qalaaltı sanatoriyasında keçirilən iki günlük seminarda ölkənin aparıcı media qurumlarının əməkdaşları iştirak ediblər. Seminarı Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri, vəkil Sahib Məmmədov aparıb.

© © Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin mətbuat xidmətiAlmaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti tərəfindən "Əlilliyi olan şəxslərin hüquqları: Qanunvericilik və onun tətbiqi” mövzusunda seminar keçirilib
Jurnalistlərə əlilliyi olan şəxslərin hüquqları mövzusunda seminar keçirilib - Sputnik Azərbaycan
Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti tərəfindən "Əlilliyi olan şəxslərin hüquqları: Qanunvericilik və onun tətbiqi” mövzusunda seminar keçirilib

Seminarın ilk günündə "GİZ”-in Azərbaycan üzrə nümayəndəsi Şakir Səfərbəyov açılış nitqi ilə çıxış edib. O, seminarın keçirilmə məqsədi, gözlənilən nəticələr və metodologiya ilə bağlı fikirlərini çatdırıb. Daha sonra vəkil Sahib Məmmədov seminarın mövzusunun aktullağı barədə məlumat verib.

Seminarın birinci günündə S.Məmmədov əlillik, beynəlxalq və milli normalarda əks olunan anlayışlar, əlilliyin dərki, etiket və davranış qaydaları, əlilliyi olan şəxslərin hüquqları haqqında BMT Konvensiyası və milli qanunvericilik, əlilliyi olan şəxslərin əmək bazarına çıxışı və məşğulluqlarının təmin olunması istiqamətində məlumatları diqqətə çatdırıb. Eyni zamanda təlimin mövzusuna aid sənədli film nümayiş olunub.

© © Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin mətbuat xidmətiAlmaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti tərəfindən "Əlilliyi olan şəxslərin hüquqları: Qanunvericilik və onun tətbiqi” mövzusunda seminar keçirilib
Jurnalistlərə əlilliyi olan şəxslərin hüquqları mövzusunda seminar keçirilib - Sputnik Azərbaycan
Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti tərəfindən "Əlilliyi olan şəxslərin hüquqları: Qanunvericilik və onun tətbiqi” mövzusunda seminar keçirilib

Seminarın ikinci günündə isə vəkil S.Məmmədov əlilliyi olan şəxslərin fundamental və sosial hüquqlarının təminatı, müyəssərlik və əlverişli mühit barədə iştirakçıları dolğun məlumatlandırıb.

Qarşılıqlı fikir mübadiləsi şəraitində keçən seminarda, həmçinin jurnalistlər onları maraqlandıran suallara da ətraflı cavab tapa biliblər. Seminarın sonunda iştirakçılar əlilliyi olan şəxslər, o cümlədən əlilliyi olan uşaqlar mövzusunda kiçik həcmli esselər hazırlayaraq təqdim ediblər. Bununla da seminar başa çatıb.

© © Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin mətbuat xidmətiAlmaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti tərəfindən "Əlilliyi olan şəxslərin hüquqları: Qanunvericilik və onun tətbiqi” mövzusunda seminar keçirilib
Jurnalistlərə əlilliyi olan şəxslərin hüquqları mövzusunda seminar keçirilib - Sputnik Azərbaycan
Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti tərəfindən "Əlilliyi olan şəxslərin hüquqları: Qanunvericilik və onun tətbiqi” mövzusunda seminar keçirilib

Qeyd edək ki, seminarda Sputnik Azərbaycan-ın da iki əməkdaşı iştirak edib.

Xəbər lenti
0