CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Qarabağ" Çempionlar Liqasından məhrum edilməyəcək

© © Facebook / Qarabağ FKФутболисты ФК "Карабах", фото из архива
Футболисты ФК Карабах, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Bu variant təsdiqlənsəydi, Azərbaycan kimi UEFA reytinqində aşağı pillələrdə qərarlaşan ölkələrin təmsilçiləri Çempionlar Liqasında olmayacaqdı

BAKI, 12 may — Sputnik. UEFA qurumun reytinqində 12-ci pillədən aşağı ölkələrin çempionlarının Çempionlar Liqasının qrup mərhələsinə buraxılmayacağı ilə bağlı yayılan iddialara münasibət bildirib.

Sputnik Azərbaycan xəbər verir ki, qurumdan "RİA Novosti"yə verilən məlumatda bu iddialar təkzib edilib. UEFA heç vaxt çempion olan komandaları təsnifat oyunları vasitəsilə Çempionlar Liqasının qrup mərhələsində iştirak hüququndan məhrum etmək barədə düşünmədiyini vurğulayıb.

Qeyd edək ki, dünən "The Times" nəşri hazırda turnirlər dayandırıldığı üçün gələn mövsüm sıx qrafik olacağını nəzərə alan UEFA-nın seçmə mərhələ oyunlarını azaltmağı, yaxud da tamamilə ləğv etməyi planlaşdırdığını yazmışdı. Digər versiyaya görə isə ÇL-in qrup mərhələsinə vəsiqə əldə edə bilməyən, UEFA reytinqdə yüksək pillələrdə olan 12 ölkənin çempionlarının bir oyundan ibarət pley-offda qarşılaşa biləcəyi vurğulanmışdı. Bu variant təsdiqlənsəydi, Azərbaycan kimi UEFA reytinqində aşağı pillələrdə qərarlaşan ölkələrin təmsilçiləri Çempionlar Liqasında olmayacaqdı.

Bildirək ki, Azərbaycan Premyer Liqasında karantinə qədər 20 oyuna 45 xal toplayan "Qarabağ" klubu ilk pillədə yer almışdı.

Xəbər lenti
0