İranda hərbi insident xəbəri təsdiq olundu: raket atəşi ilə 19 nəfər öldürülüb

© AFP 2024 / HO / Iranian Army officeФрегат ВМС Ирана, фото из архива
Фрегат ВМС Ирана, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
HDQ-nin yaydığı açıqlamada bildirilib ki, vermiş insident zamanı 19 nəfər həlak olub, 15 nəfər yaralanıb.

BAKI, 11 may — Sputnik. İranın Hərbi Dəniz Qüvvələri (HDQ) “Kənarək” gəmisinin təlim zamanı “Jamaran” eskadron-məhvedici döyüş gəmisi tərəfindən atılmış kruiz tipli raketlə səhvən vurulduğunu təsdiqləyib.

Yanan gəmi - Sputnik Azərbaycan
İran səhvən öz gəmisini raketlə vurdu: “Konarak” batdı

Sputnik Azərbaycan-ın xarici mətbuata istinadla məlumatına görə, HDQ-nin yaydığı açıqlamada bildirilib ki, vermiş insident zamanı 19 nəfər həlak olub, 15 nəfər yaralanıb.

Hadisənin başvermə səbəbləri araşdırılır.

İranşəhr şəhər Tibb Universitetin rektoru  bildirib ki, xəsarət alanlar İmam Əli adına xəstəxanaya çatdırılıb.

Xatırladaq ki, bundan əvvəl “Tasnim” xəbər agentliyinin siyasi şöbəsinin müdiri Mehdi Bəxtiyari “Twitter” səhifəsində insident barəsində yazmışdı. Onun məlumatına görə, hadisə Oman körfəzində baş verib. “Jamaran” hərbi gəmisindən buraxılan gəmi əleyhinə raket “Konarak” köməkçi gəmisini vurub.

Hadisə nəticəsində “Konarak”ın batdığı iddia edilir.

Xəbər lenti
0