İranlı nazir Trampa yol göstərdi

© REUTERS / Evgenia Novozheninaİran Xarici İşlər naziri Məhəmməd Cavad Zərif
İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərif - Sputnik Azərbaycan
Abunə olmaq
"Mənə inanın, biz heç bir amerikalı siyasətçidən məsləhət almırıq”, - Məhəmməd Cavad Zərif Twitter-də yazıb

BAKI, 19 aprel - Sputnik. İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərif ABŞ Prezidenti Donald Trampın təklif etdiyi ağciyərləri süni (ASH) havalandırma aparatlarına Tehranın ehtiyacı olmadığını bildirib.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, şənbə günü Tramp, əgər İran istəyərsə, Amerikanın ona yardım edərək ASH aparatları göndərə biləcəyini demişdi.

“İran özü bir neçə ay sonra ASH aparatlarını ixrac edəcək, prezident Tramp. Sizin indi edəcəyiniz yeganə iş başqa xalqların, xüsusən də mənim xalqımın işlərinə qarışmamaqdır. Mənə inanın, biz heç bir amerikalı siyasətçidən məsləhət almırıq”, - Zərif Twitter-də yazıb.

Xatırladaq ki, Zərif BMT-nin Baş Katibi Antoniu Quterreşə müraciət edərək İranın koronavirusla mübarizədə əsas maneəsi kimi ABŞ-ın ölkəsinə olan sankskiyalarını göstərmiş, onların ləğv edilməsini tələb etmişdi. İran həmçinin BVF-də 5 milyard dollar istəmişdi.

Martın ortalarında İranın Xarici İşlər naziri Twitter hesabında ölkəyə koronavirusla mübarizədə gərəkli olan vasitələrin adını açıqlamışdır.

Zərifin Səhiyyə Nazirliyinin təqdimatıyla açıqladığı 30 maddədən ibarət siyahıda İranın 172 milyon iki fərqli tipdə maskaya, 100 milyon birdəfəlik əlcəyə, 10 milyon fərdi müdafiə dəstinə (əlavə olaraq, cərrah əlcəkləri, üçqat maskalar, cərrah papaqları), eləcə də digər qoruyucu geyimə, 1000 ədəd ağciyərlərin süni havalandırılması aparatı, 3,2 milyon koronavirus testi və s.-ə ehtiyacı olduğu bildirilir. 

Xəbər lenti
0