CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ukraynada qəlpə, Almaniyada Forre ilə rastlaşdı: "Atamı o məktubum öldürdü" - FOTO

© Sputnik / Zulfiyya GuluyevaƏli Nəsirov
Əli Nəsirov - Sputnik Azərbaycan
Abunə olmaq
"Düz 8 il əsgərlikdə oldum. Onun beş ilə qədəri müharibədə, odun-alovun içərisində keçib. Geri qayıdanda artıq atam vəfat etmişdi. Mən müharibədə olanda atama məktub yazmışdım. Sən demə, atam o məktubu oxutduqdan sonra bağrı çartlayaraq ölüb"

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 10 may — Sputnik. Faşizm üzərində Qələbədən 75 il keçsə də, müharibənin acı xatirələri çoxlarının yaddaşından silinməyib. Azərbaycanda 9 May günü xeyli sayda insan həmin günlərə yenidən qayıdaraq, 1945-ci ilin yazını iftixar hissi ilə yad edir. Danılmaz faktdır ki, qələbənin qazanılmasında Azərbaycanın və azərbaycanlıların töhfəsi böyük olub. Müharibənin ilk günlərindən bir çox azərbaycanlı rəşadətli döyüşü ilə fərqlənməyi bacarmışdı. Elə Sputnik Azərbaycan-ın müsahibi, 99 yaşlı Nəsirov Əli Surxay oğlu da müharibənin sərt cəbhələrini yararaq qələbə sevincini yaşayanlardandır. Özü demişkən, müharibənin odlu-alovlu günlərində döyüşsə də, həlak olmadı. Yaşadı o günlərin şahidi kimi. Gözlər yaşla, sinə medalla dolu...

 Yusif Daşdəmirov - Sputnik Azərbaycan
CƏMİYYƏT
Ölümdən son anda qurtulan döyüşçü: “Zabitin gülləsi bitdi, dedi ki, qaç, canını qurtar”

Azərbaycanın ən yaşlı veteranlarından olan Əli Nəsirovun çöhrəsində müharibənin odu-alovu hələ də hiss olunur. Qocaman veteran müharibə illərində keçdiyi şərəfli döyüş yolunu belə xatırlayır: "1942-ci il iyulun 22-si idi. Məni İmişli rayonundan Bakıya gətirdilər. Onda mənin 21 yaşım vardı. Biləcəriyə apardılar bizi. Orada da qeydiyyat başa çatandan sonra çıxdıq Bakını gəzməyə. Axşam tərəfi komanda verildi. Hamımız yığışdıq Biləcəriyə. Atam mənə qəşəng kostyum almışdı. Cibimə də pul qoymuşdu. Həmin kostyumu da, pulu da alıb əynimizə əsgər mundiri geyindirdilər. Həmin axşam biz içərisinə saman tökülmüş qatarla düz Gürcüstana, Kutaisiyə yollandıq. Orada iki ay dərs keçərək, pulemyot, minaatan artilleriya, zenit silahlarından atəş açmağı öyrəndik. Onları mükəmməl öyrəndikdən sonra ekipaja komandir kimi yolladılar. Gəldiyimiz yolu geri qayıdaraq Mahaçqaladan keçməklə Mozdok vasitəsilə Kurska getdim. Həmin vaxt Sevastopolda, Ukraynada, Xarkovda, Kiyevdə qızğın döyüşlər gedirdi. Bir il yarım burada döyüşdüm. Maksim Qorkinin yaşadığı rayonda yarım il döyüşdə olmuşam.

© Sputnik / Zulfiyya GuluyevaƏli Nəsirov
Ukraynada qəlpə, Almaniyada Forre ilə rastlaşdı: Atamı o məktubum öldürdü - FOTO - Sputnik Azərbaycan
Əli Nəsirov

Ukraynada döyüşdə biz meşəlikdən çıxanda hava hücumuna məruz qaldıq. Düşmənin bu hücumunda xeyli sayda əsgər yaralandı. O döyüşdə ölənlər də çox oldu, sağ qalanlar isə qəlpənin təsirindən hərəsi bir tərəfə düşdü. Mən də qolumdan qəlpə yarası almışdım. Ona görə də 15 gün hərbi tibb məntəqəsində qaldıqdan sonra məni yenidən qaytardılar cəbhəyə. Amma orada aldığım yaranı mənim hərbi biletimə yazmadılar. Oradan da bizi göndərdilər Qara dənizin sahilinə. Qara dənizdən də 1943-cü ildə Stalinqrada keçdik. Volqoqrad qayıdana qədər 1943-cü ilədək qızğın döyüşlər gedirdi. Biz Stalinqraddan qayıtdıqa düşdük Belarusiyaya.

Minskin azad olunmasında mənim böyük əməyim olub. Orada döyüşdə fərqləndiyim üçün hər il mənə Belarusiyanın prezidenti Lukaşenko təbrik məktubu göndərir. Məni dəvət etmişdilər ki, gəl, Belarusda yaşa. Orada mənə hər cür təminat vəd edirdilər. Amma mən imtina etdim. Dedim ki, bura mənim Vətənimdir.
© Sputnik / Zulfiyya GuluyevaƏli Nəsirov
Ukraynada qəlpə, Almaniyada Forre ilə rastlaşdı: Atamı o məktubum öldürdü - FOTO - Sputnik Azərbaycan
Əli Nəsirov

Belarusiyada silah zavodunda bir müddət qaldıqdan sonra keçdik Almaniyanın ərazisinə. Berlində müharibə başa çatdı. Alayımız Almaniyanın Frankfurt şəhərində yerləşdi. Burada iki ilə yaxın qaldıq. 1942-ci ildə müharibəyə gedib 1948-ə qədər müharibədə olmuşam. Ondan sonra da istəyirdilər, bizi Yaponiyaya göndərsinlər. Amma elə həmin ərəfədə müharibə başa çatdı.

Mən 1949-cu ildə İmişliyə geri döndüm. Düz 8 il əsgərlikdə oldum. Onun beş ilə qədəri müharibədə, odun-alovun içərisində keçib. Geri qayıdanda artıq atam vəfat etmişdi. Mən müharibədə olanda atama məktub yazmışdım. Sən demə, atam o məktubu oxutduqdan sonra bağrı çatlayaraq ölüb. Müharibə xatirələrindən çox danışmaq olar. O günlərin hər səhifəsini vərəqləsəm, siz gərək aylarla məni dinləyəsiniz".

© Sputnik / Zulfiyya GuluyevaƏli Nəsirov
Ukraynada qəlpə, Almaniyada Forre ilə rastlaşdı: Atamı o məktubum öldürdü - FOTO - Sputnik Azərbaycan
Əli Nəsirov

Doxsan doqquz yaşlı Əli baba Almanayidakı sevgisini də unutmayıb. Forre adlı qızla tanışlıqdan gülümsəyərək danışan veteran alman qızlarının sevgidə də, dostluqda da səxavətli olduğunu söyləyir. Amma artıq o gündən 60 ildən çox müddət keçdiyini söyləyən Ə.Nəsirov hazırda ömür-gün yoldaşı Tubu xanımla birgə yaşayır.

Ə.Nəsirov deyir ki, o, İkinci Dünya Müharibəsində həmvətənləri kimi qəhrəmancasına iştirak edib. 100 yaşın kürəyini yerə vurmağa hazırlaşan Əli baba müharibənin od-alovunun onun gözünü qorxutmadığını söyləyir:

"Böyük Vətən Müharibəsində Azərbaycan oğulları şücaətlə döyüşdülər. Bizi müharibənin dəhşətləri, bombaların iki addımlığımızda partlaması qəti qorxutmurdu. Ölümü gözə alıb düşmənin üzərinə hücum edirdik. Bu gün də müharibə olsa, qorxmadan döyüşə gedərəm".
© Sputnik / Zulfiyya Guluyeva
Əli Nəsirovun mükafatı  - Sputnik Azərbaycan
1/3
Əli Nəsirovun mükafatı
© Sputnik / Zulfiyya Guluyeva
Əli Nəsirovun mükafatı  - Sputnik Azərbaycan
2/3
Əli Nəsirovun mükafatı
© Sputnik / Zulfiyya Guluyeva
Əli Nəsirovun mükafatı  - Sputnik Azərbaycan
3/3
Əli Nəsirovun mükafatı
1/3
Əli Nəsirovun mükafatı
2/3
Əli Nəsirovun mükafatı
3/3
Əli Nəsirovun mükafatı

Ə.Nəsirov veteranlara dövlət qayğısından da razılıqla danışır. Deyir ki, Prezident İlham Əliyevin hər il İkinci Dünya Müharibəsi veteranlarına maddi yardım ayırması, onların problemləri ilə maraqlanması onların yaşamaq həvəsini daha da artırır. Amma 99 yaşlı Ə. Nəsirovun bir arzusu hələ ki ürəyində qalıb. Deyir ki, müharibə dövründə fərqlənsə də, qəlpə yarası alsa da, bu, hərbi biletinə yazılmadığından o, Böyük Vətən Müharibəsi iştirakçıları üçün paylanılan avtomobildən ala bilməyib: "Oğlumun avtomobili olmadığından məni həkimə aparıb-gətirmək çox çətin olur. Halbuki İkinci Dünya Müharibəsində mən də digər həmvətənlərim kimi döyüşərək yara almışam. İnanıram ki, mənim bu arzumu da Prezidentimiz İlham Əliyev ürəyimdə qoymayacaq!"

Xəbər lenti
0