Hərbi şirkətlə müqavilə bağlayıb, prezidenti devirmək istədilər – Detallar

© REUTERS / Manaure QuinteroСпецназ на берегу в Венесуэле
Спецназ на берегу в Венесуэле  - Sputnik Azərbaycan
Abunə olmaq
Daha əvvəl özünü qanunsuz olaraq ölkənin prezidenti elan edən Xuan Quaydo "Silvercorp"-un əməliyyatına bağlılığını qəti şəkildə inkar etmişdi

BAKI, 8 may — Sputnik. Venesuela müxalifətinin nümayəndələri 2019-cu ilin oktyabrında ABŞ-ın özəl hərbi şirkəti "Silvercorp"-la 213 milyon dollar dəyərində müqavilə imzalayıb. Sputnik Azərbaycan "Washington Post"-a istinadən xəbər verir ki, özəl hərbi şirkət bu məbləğin müqabilində Venesuela ərazinə daxil olmalı və ölkə prezidenti Nikolas Maduronu devirməli imiş.

Tərəflər arasında müqavilənin sürətini orada göstərilən bəndlərdən birinin silinməsi şərtilə nəşrə müxalifətçilərin özləri veriblər.

Nikolas Maduro - Sputnik Azərbaycan
Venesuela hakimiyyəti müxalifətlə danışıqlara başlayıb

Qeyd edək ki, daha əvvəl özünü qanunsuz olaraq ölkənin prezidenti elan edən Xuan Quaydo "Silvercorp"-un əməliyyatına bağlılığını qəti şəkildə inkar etmişdi.

Qeyd edək ki, şirkət müqavilənin "Layihənin başlanğıc fazası" hissəsində "sifarişin" ilkin qiymətinin 212 900 000 dollar olduğunu bildirib, onun icra müddətinin isə 495 gün olduğunu qeyd edib.

"Sifarişçi" kimi müqaviləni Venesuelanın müxalifət parlamentinin deputatı Serxio Verqara imzalayıb. Müqavilədə Quaydonun imzası yoxdur. Lakin onun imzası müxalifət və "Silvercorp" özəl hərbi şirkəti ilə ümumi xidmətə dair 6 səhifəlik sənəddə var.

Xatırladaq ki, ötən ilin yanvarın 23-də Venesuelada müxalifət lideri, parlamentin sədri Xuan Quaydo özünü müvəqqəti prezident elan edib. Amerika qitəsindəki 34 ölkə onun prezidentliyini tanıyıb. Rusiya və daha bir neçə ölkə isə Maduronu dəstəklədiyini bildirib.

Fevralın 1-də Quaydo bəyan edib ki, Venesuelada hakimiyyət dəyişikliyi bu ölkənin ən böyük kreditorları olan Çin və Rusiyanın da xeyrinədir. Onun fikrincə, Bolivar Respublikasının qanuni prezidenti Nikolas Maduro heç kimin maraqlarını qoruya bilmək iqtidarında deyil.

Xəbər lenti
0