BAKI, 28 may - Sputnik. Venesuela hökuməti müxalifət nümayəndələri ilə ölkədəki böhranı həll etmək üçün hər hansı bir mövzunu müzakirə etməyə hazırdır.
"Report" xəbər verir ki, bu barədə bazar ertəsi prezident Nikolas Maduro bildirib.
Onun sözlərinə görə, səlahiyyətlilər müxalifətlə danışıqların mümkünlüyünü müzakirə etmək üçün Norveçə gediblər.
Maduro nümayəndə heyətinin tərkibini də açıqlayıb. Hazırda Rabitə və İnformasiya naziri Xorxe Rodriqez, Xarici İşlər naziri Xorxe Arreasa və Miranda əyalətinin valisi Hektor Rodriqez Norveçdədirlər.
Bir neçə gün əvvəl müxalifət lideri Xuan Quaydo Maduro ilə görüşdən imtina etmişdi.