Saxtakar əlillər, əslində onlar əlil deyilmiş - RƏQƏMLƏR

© © REUTERS/Christian HartmannЧеловек с ограниченными возможностями, фото из архива
Человек с ограниченными возможностями, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Onlar pul almaq üçün yalandan özlərini əlil də adlandırıblar, saxtakarlar isə onlara saxta əlillik kağızı verib

BAKI, 8 may — Sputnik. Son illərdə sosial sahədə aparılan bir sıra islahatlar, xüsusən müxtəlif kateqoriyalar üzrə əlilliyə görə təyin edilən sosial müavinətlərin məbləğinin artırılması, I dərəcə əlilliyi olan şəxslərə və sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi, müharibə səbəbi ilə əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün məbləğinin artırılması bu şəxslərin sosial müdafiəsini gücləndirməklə yanaşı, qanunsuz yolla əlilliyin əldə edilməsinə stimulları çoxaldıb. 

Əlil arabası, arxiv şəkli - Sputnik Azərbaycan
CƏMİYYƏT
ƏƏSMN: 374 əlil işlə təmin edilib
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ötən ilə dair hesabatında məlumat yer alıb.

Qeyd olunub ki, əlillik səbəbləri üçün əsas sayılan hərbi-həkim komissiyalarının verdiyi şəhadətnamə və qərarların kağız daşıyıcılarda olması saxta sənədlərin düzəldilməsi, sənədlərin mətnində saxtakarlıq edilməklə ağırlaşdırma görüntüsünün yaradılması kimi neqativ halların baş verməsinə şərait yaradıb. Bu kimi halların qarşısının alınması məqsədilə ƏƏSMN və aidiyyəti qurumlar tərəfindən aparılan araşdırmalar nəticəsində 3700 nəfərin əlillik təyinatı ləğv edilib, 117 nəfərin əlillik dərəcəsi aşağı salınıb və əlillik təyinatı ləğv edilmiş şəxslərə ödənilən aylıq pensiya, müavinət və təqaüdlər üzrə ödənişlər dayandırılıb, artıq ödənilmiş vəsaitin bərpası üzrə tədbir görülüb. Nəticədə dövlət büdcəsinin vəsaitinə 18 milyon manata yaxın qənaət edilib. Bu istiqamətdə monitorinqlər davam etdirilir.

Müəyyən edilmiş saxtakarlıq faktları üzrə toplanmış materiallar hüquqi qiymət verilməsi məqsədilə Azərbaycan Respublikasının Baş Prokurorluğuna təqdim edilib. Toplanmış material üzrə vəzifəli şəxslərin əməllərində vəzifə səlahiyyətlərindən sui-istifadə, vəzifə saxtakarlığı və etibardan sui-istifadə etmə və ya aldatma əlamətləri müəyyən edildiyindən bu faktlar üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4 (dələduzluq), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313 (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işləri başlanılıb. Problemin aradan qaldırılması və göstərilən halların təkrarlanmaması üçün qabaqlayıcı tədbirlərin görülməsi məqsədilə "Hərbi-həkim ekspertizası və tibbi şəhadətləndirmə reyestrinin yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin Fərmanı layihəsi hazırlanmış, aidiyyəti dövlət orqanları ilə razılaşdırılmış və Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edilmişdir. Fərman Layihəsi hərbi-həkim komissiyaları tərəfindən rəsmiləşdirilən sənədlərin vahid elektron reyestrinin yaradılmasını nəzərdə tutur ki, elektron reyestrin əlilliyin təyinatı ilə bağlı digər sistemlərə inteqrasiyası və kağız daşıyıcılardan tam imtina olunması nəticəsində bu sahədə mövcud olan subyektivlik, saxtakarlıq faktları aradan qaldırılacaq, əlilliyin təyinatında sosial ədalət və ünvanlılıq prinsipləri təmin ediləcəkdir.

Ежегодная медовая ярмарка в Баку - Sputnik Azərbaycan
Evdə ikən həm də saxta balın səhhətinizə vura biləcəyi ziyanlardan xəbərdar olun

"Əlil təşkilatları ittifaqı" Qeyri-hökumət təşkilatı cəlb olunmaqla "Bina və qurğuların layihələndirilməsində əlilliyi olan şəxslər üçün zəruri həyat və fəaliyyət şəraitinin yaradılması Qaydaları" layihəsi hazırlanıb ki, layihədə bina və qurğuların inşası, təmiri, yenidən qurulması, bərpası məqsədilə tikinti layihələrində müyəssərliyin təmin edilməsi ilə bağlı dünya standartlarına uyğun normalar və memarlıq-planlaşdırma həllərinin, elementlərinin və layihə tədbirlərinin şərtləri müəyyən edilib.

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti arasında metro infrastrukturun əlilliyi olan şəxslər üçün müyəssərliyinin təmin edilməsi məqsədilə əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanmışdır ki, bununla bağlı birgə "Müyəssər Metro" layihəsi icra edilir. "Müyəssər Metro" layihəsi əlilliyi olan şəxslərin metrodan rahat və maneəsiz istifadəsini nəzərdə tutur. Azərbaycan Respublikası BMT-nin "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Konvensiyasını ratifikasiya etməklə əlilliyi olan şəxslərə münasibətdə ayrı-seçkiliyə yol verilməməsi, əlilliyi olan şəxslərin xüsusiyyətlərinə hörmətlə yanaşılması, onların bəşəriyyətin bir hissəsi kimi qəbul olunması kimi öhdəlikləri ilə yanaşı, qanunvericilikdə əlilliyi olan şəxslərə münasibətdə şərəf və ləyaqəti alçaldıcı sözlərin ləğv edilməsi öhdəliyini də üzərinə götürüb. Bu səbəbdən qanunvericilik aktlarında istifadə edilən "qüsur" sözünün "pozuntu", "kəkələmə" sözünün "qeyri-iradi nitq pozuntusu", "kar" sözünün "eşitmə qabiliyyəti məhdud", "kor" sözünün "görmə qabiliyyəti məhdud", "lal" sözünün "nitq qabiliyyəti məhdud" sözləri ilə və s. əvəz edilməsi təklif olunur. Bununla bağlı hazırlanmış layihə razılaşdırılaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim olunacaq.

Əlilliyi olan şəxslər üçün turizm sahəsində müyəssərliyin təmin edilməsi, mehmanxana, ictimai-iaşə, əyləncə, sağlamlaşdırma, idman, tarixi-mədəniyyət və təbii qoruqlar, park və istirahət zonaları və digər təyinatlı obyektlərin infrastrukturunun əlilliyi olan şəxslərin müyəssərliyi üçün uyğunlaşdırılması məqsədilə ƏƏSMN tərəfindən hazırlanmış təkliflər Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinə təqdim olunmuş və bununla bağlı müvafiq işlər aparılır. 

Наручники, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
Saxta vəsiqə ilə karantin rejimini pozan şəxs saxlanılıb
AR ƏƏSMN tərəfindən işarət (jestika) dilinin dövlət tərəfindən rəsmi istifadə olunan dil kimi qəbul edilməsi üçün "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə layihə hazırlanaraq ilk növbədə Təhsil Nazirliyinə təqdim olunub ki, layihənin razılaşdırılması üzrə işlər davam etdirilir. Əlilliyi olan şəxslərin internet informasiya xidmətlərindən səmərəli şəkildə faydalanması və istifadəsi üçün bərabər şərtlərin və imkanların yaradılması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 yanvar tarixli 1 nömrəli qərarı ilə “Dövlət orqanlarının internet informasiya ehtiyatlarının yaradılmasına və idarə edilməsinə dair Tələblər”ə dəyişiklik edilmişdir ki, bu dəyişikliyə əsasən "WCAG (Web Content Accessibility Guideline) 2.1" (Veb Məzmunun Əlçatanlığına dair Təlimat) beynəlxalq standartının 4 əsas prinsipi (informasiyanın əlçatanlığı, idarə edilə bilən olması, anlaşılan olması, etibarlılığı) rəhbər götürülərək əlilliyi olan şəxslərin dövlət orqanlarının internet informasiya ehtiyatlarından istifadə imkanları genişləndiriləcəkdir. Bu məqsədlərə uyğun olaraq AR ƏƏSMN-in veb səhifəsinin əlilliyi olan şəxslər üçün müyəssər olmasının təmin edilməsi məqsədilə xüsusi texniki imkan yaradılıb.

Xəbər lenti
0