CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Saxta vəsiqə ilə karantin rejimini pozan şəxs saxlanılıb

© Sputnik / Murad OrujovНаручники, фото из архива
Наручники, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Üzərində gəzdirdiyi, həmin dövlət qurumunda mütəxəssis kimi işlədiyinə dair yazılar olan vəsiqəni polis əməkdaşlarına təqdim etdikdə isə vəsiqənin saxta olduğu müəyyən edilib

BAKI, 10 aprel — Sputnik. Masallıda dövlət qurumlarından birində mütəxəssis kimi işləməsi barədə saxta vəsiqə hazırlayaraq karantin qaydalarını pozmağa çalışan rayon sakini saxlanılıb.

Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata istinadla xəbər verir ki,  Masallı rayonunun Yeni Zuvand kənd sakini Elvin Muradov xüsusi karantin rejiminin tələblərinə əsasən şəhər ərazisində saxlanılan zaman o, Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarına Əmlak Məsələləri üzrə Dövlət Komitəsində işlədiyini bildirib. Üzərində gəzdirdiyi, həmin dövlət qurumunda mütəxəssis kimi işlədiyinə dair yazılar olan vəsiqəni polis əməkdaşlarına təqdim etdikdə isə vəsiqənin saxta olduğu müəyyən edilib.

Araşdırmalarla məlum olub ki, E.Muradov xüsusi karantin rejiminin qaydalarını pozmaq və rayon ərazisində sərbəst şəkildə hərəkət etmək üçün Əmlak Məsələləri üzrə Dövlət Komitəsində mütəxəssis işləməsi barədə yazılar olan saxta vəsiqə hazırlayıb.

Faktla bağlı Masallı RPŞ-də araşdırma aparılır.

 

 

Xəbər lenti
0