Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Qərb nəhayət ki, Rusiyanın "bütün cinayətlərini" ifşa etdi

© Sputnik / Vitaliy Timkiv / Mediabanka keçidУчения инженерно-саперных войск в Краснодарском крае
Учения инженерно-саперных войск в Краснодарском крае - Sputnik Azərbaycan
Abunə olmaq
"Rossiya Seqodnya" BİA-nın mütəxəssisləri 1945-ci ilin mayında Qərbin əhəmiyyətli nəşrlərində dərc olunmuş materialları, sonra isə SSRİ-nin müharibədəki roluna dair son 20 ildə eyni nəşrlərdə çap edilmiş məqalələri araşdırıblar. Fərq çox böyük olub.

BAKI, 6 may — Sputnik. Viktor Maraxovski. "Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyi (BİA) Rusiyanın Avropa xalqlarına qarşı "əsas müharibə cinayətlərini" nə zaman törətdiyinə dair suala cavab verib.

Ateniya döyüş gəmisi - Sputnik Azərbaycan
İkinci Dünya Müharibəsində batırılan ilk gəminin qalıqları tapıldı

İlk baxışdan sual özü qəribədir. Hər şey məlumdur: Avropada son böyük müharibə 1939-1945-ci illərdə baş verib və yəqin ki, SSRİ "bütün pis işləri" elə o vaxt törədib.

Amma yox.

1945-ci ilin mayında aparıcı Qərb mediasında Rusiyanın adının çəkildiyi məqalələri yenidən nəzərdən keçirsək, Sovet İttifaqının sivilizasiya qarşısında heç bir günahının olmadığını, əksinə, Qırmızı Orduya və rus əsgərinə ümumdünya hörmət, minnətdarlıq və heyranlığın şahidi olarıq.

"Rossiya Seqodnya" BİA-nın mütəxəssisləri 1945-ci ilin mayında Qərbin əhəmiyyətli nəşrlərində – "The Times" (Böyük Britaniya), "Le Monde" (Fransa) və "The New York Times" (ABŞ) – dərc olunmuş materialları, sonra isə SSRİ-nin müharibədəki roluna dair son 20 ildə eyni nəşrlərdə çap edilmiş məqalələri araşdırıblar.

Fərq çox böyük olub.

1945-ci ilin qəzetlərinə baxdıqda görəcəyik:

"Le Monde": "Böyük rusiyalı müttəfiqin töhfəsi əvəzsizdir: üç il ərzində Vermaxtın demək olar ki, bütün təzyiqlərinə dözən məhz Rusiya tərəfi olub."

9 may, "The Times", Uinston Çörçill: "Sabah döyüş meydanında bacarığı ilə ümumi qələbəyə əsas töhfələrdən birini vermiş rus yoldaşlarımıza xüsusi hörmət göstərəcəyik. ... həmin gün Qərb xalqları can itkisi və maddi dağıntı bahasına bütün Birləşmiş Millətlər Təşkilatının ən ağır yükünü öz üzərinə götürmüş məğlubedilməz müttəfiqə, Rusiyaya qürurla hörmətini ifadə edəcək".

Президент РФ Владимир Путин перед началом ежегодного послания президента РФ Федеральному Собранию. 15 января 2020 - Sputnik Azərbaycan
RUSİYA
Böyük Vətən Müharibəsinin həqiqətlərinin qorunmasına ehtiyac var – Putin

10 may, "The New York Times": "Reyxdəki sovet siyasəti (yəni Almaniyanın işğal edilmiş ərazilərində mülki əhaliyə münasibətdə – red.) liberal olaraq qəbul edilir".

Paradoksal görünsə də, sanki Rusiya "müharibə cinayətlərini" son illərdə törədib.

Xeyr, əlbəttə ki, hər şey on illərlə tədricən baş verib. Böyük rusiyalı müttəfiqi Avropaya tərəf hərəkət edən qara bir buluda çevirmiş Çörçillin Fulton çıxışından sonra Qərb üçün Sovet İttifaqı faşizmə qarşı vuruşan "müqəddəs" qüvvələr koalisiyasının tam üzvü olaraq qala bilməzdi.

Ancaq həmin vaxt Qırmızı Ordunu birdən-birə nasizmin belini qırmış qəhrəmanlar ordusundan təcavüzkarlar ordusuna çevirmək sadə bir səbəbdən mümkün deyildi: hamı – müharibənin iştirakçıları və zərər çəkmişlər müharibəni yaxşı xatırlayırdılar.

1940, 1960 və hətta 1980-ci illərin fransızları Almaniyanın işğalını xatırlayırdılar. 1970-1980-ci illərin ingilisləri isə həmin o ingilislər idi ki, illərlə gərgin sükutda radioya qulaq asır və Almaniyanın bombardmanlarından və raket hücumlarından gizlənirdilər. Hətta nasizmdən qaçaraq anti-kommunizmin qalası ABŞ-a gəlmiş və orada yaşayan yüz minlərlə yəhudi üçün Auşvitzi azad etmiş sovet əsgərinin iblisləşdirilməsi küfrə bərabər idi.

Buna görə də, dünya salnamələrində "münasib olmayan qəhrəmanın", yəni rus əsgərinin varlığına on illər boyu dözmək və aksentləri yavaş-yavaş dəyişmək lazım olub.

Belə ki:

1980-ci illərdə sosialist Polşanın sistemlərin döyüş meydanına çevrildiyi bir vaxtda (polyaklar demokratiya tələb edir, polyaklar repressiyaya etiraz edir, qdansklı elektrik Lex Valensa Nobel Sülh Mükafatını alır) ön plana Molotov-Ribbentrop paktı çəkilir.

İkinci Dünya Müharibəsi dövründə əsir düşən hərbçilər, arxiv şəkli - Sputnik Azərbaycan
RUSİYA
Əgər babanız Böyük Vətən müharibəsində itkin düşübsə...

1990-cı illərin əvvəllərində Almaniyanın birləşdiyi və sovet qoşunlarının onun ərazisindən çıxarılması ilə bağlı təkidin ortaya çıxdığı zaman "təcavüz olunmuş iki milyon alman qadını" barədə iddia ortaya atılır.

1990-cı illərin sonu – 2000-ci illərin əvvəllərində Baltikyanı post-sovet ölkələrinin NATO və Avropa İttifaqı tərəfindən udulduğu və yerli rus dilli əhalinin əzildiyi bir vaxtda Qərb mediasında "qula çevrilmiş Baltikyanı ölkələr" ritorikası üzə çıxır.

2010-cu illərin ikinci yarısında isə qəhrəman rus əsgərinin döyüş tarixindən tamamilə silinməsi üçün ideal bir məlumat bazası yaranır. Bu kampaniyanın əsasını 2014-cü ildə ABŞ-ın Serbiyadakı səfiri Maykl Kirbinin və 2015-ci ildə Polşanın Xarici İşlər naziri Qjeqoj Sxetinanın "Auşvitzi ruslar yox, Birinci Ukrayna Cəbhəsi azad edib" ifadələri ilə qoyulub. Bu mövzuya "Le Monde" nəşrində dərhal yeddi məqalə həsr olunub. Bu kampaniyanın pik həddinə bu qış şahid olduq – Auşvitzin azad edilməsinin 75-ci ildönümündə ABŞ vitse-prezidenti Maykl Pens nitqində (orada heç olmamış) Amerika əsgərlərindən danışıb və (həbs düşərgəsini canı bahasına azad etmiş) sovet əsgərlərinin adını çəkməyib.

Sadəcə olaraq illər keçir və müharibə tarixi yenidən yazılır. Şahidlər demək olar ki, qalmayıb – 1945-ci ildə uşaq bağçasında olanların bu gün 80 yaşı var. "The New York Times"da isə heç kəs xatırlamır ki, məhz bu qəzet nə vaxtsa Almaniyadakı sovet əsgərlərini yerlilərə liberal münasibətə görə tərifləyib.

Və 75 ildən sonra Qərb salnamələrində İkinci Dünya müharibəsi əsasən aşağıdakı hadisələrdən ibarətdir:

Ветеран Великой Отечественной войны Сафар Мусаев - Sputnik Azərbaycan
Böyük Vətən müharibəsinin ağ xələtli şahidi

1) Molotov-Ribbentrop paktı;

2) Fransanın işğalı və Britaniya uğrunda müharibə;

3) Holokost və Perl Harbor;

4) Normandiyaya desant çıxarılması, Afrika kampaniyası və İvo Cima;

5) Qərbi Avropanın qəddar nasistlərdən azad edilməsi və Şərqi Avropanın qəddar ruslar tərəfindən ələ keçirilməsi.

Əgər 1945-ci ildə Qərbin aparıcı kütləvi informasiya vasitələrində SSRİ ilə bağlı mənfi rəylər az həcmdə olurdusa, hazırda məhz həmin rəylər müasir diskursu müəyyən edir və keçmişin portretini formalaşdırır – lap Vallerstaynın "keçmiş həmişə bu gündən asılıdır" konsepsiyasına uyğun olaraq.

Keçmişin idarə pultunu əlində tutan Qərb böyük müharibənin portretindən xoşuna gəlməyən hər şeyi silib və oraya istədiyini əlavə edib. Lakin onların yaratdıqları sadəcə tarixi faktlardan tam fərqli olan ayrı bir hekayədir.

Xəbər lenti
0