CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qayda var, xəbəri olan yox - belə getsə, virus iyulda da "qonağımızdır"

© Photo : Baku Transport AgencyBakıda avtobus dayanacağı, arxiv şəkli
Bakıda avtobus dayanacağı, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
"Biz belə fikirləşirdik ki, may ayının sonuna kimi ölkə üzrə koronavirusa yoluxmanı minimuma endirək. Amma vətəndaşlarımızın belə məsuliyyətsizliyi üzündən, görünür, virusdan heç iyulda da yaxa qurtarmaq mümkün olmayacaq!"

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 6 may — Sputnik. Artıq marşrut avtobuslarının və taksilərin fəaliyyətinə dair yeni qaydalar işə düşür. İctimai nəqliyyatda koronavirusa yoluxma hallarının qarşısını almaq üçün bir sıra tələblərə əməl edilməlidir. Qaydalara görə, avtobuslarda sərnişinlər sosial məsafə saxlamalı, tibbi maskadan istifadə etməli, sərnişinlərlə sürücünün fiziki təmasının istisna edilməsi üçün nəqliyyat vasitələrində kabina olmadıqda onların arasında şəffaf arakəsmələr quraşdırılmalıdır. Qaydalarda şəhərdaxili taksilərdən istifadə edən müştərilərin yalnız arxa oturacaqlarda daşınması da öz əksini tapıb. Bundan əlavə, taksi sürücüsü ilə arxadakı oturacaqların arası şəffaf, hava keçirməyən arakəsmələrlə ayrılmalıdır.

Bakıda xüsusi rejimə nəzarət - Sputnik Azərbaycan
CƏMİYYƏT
Sağlamlığımız üçün sağlamlıqlarını riskə atanlar - Söhbət həkimlərdən getmir

Amma apardığımız müşahidələr göstərir ki, hələ ki, nə avtobuslarda, nə də taksilərdə qoyulan qaydalara əməl edilmir. Avtobuslarda sərnişinlər tibbi maskadan istifadə etmir, ara məsafəsi saxlamırlar. Taksilər isə sərnişinləri əvvəlki qaydada daşımağa davam edir. Bəzi taksilər istisna olmaqla mütləq əksəriyyətində sərnişinlərlə sürücü arasında şəffaf arakəsmə quraşdırılmayıb.

Taksi sürücülərin əksəriyyəti isə qoyulmuş tələblərdən xəbərsizdir.

Səhiyyə Nazirliyinin baş infeksionisti Cəlal İsayev sərnişindaşımada karantin qaydalarına ciddi əməl edilməzsə, koronavirusa yoluxma hallarının sürətlənməsinin istisna olmadığını söyləyir. C.İsayev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, sərnişinlərin avtobusda tibbi maska taxması vacibdir: "Bu qaydalar boş-boşuna hazırlanmayıb. İctimai nəqliyyatda karantin qaydalarının pozulması virusun yayılmasını daha da sürətləndirə bilər. Sərnişinlər birmənalı olaraq tibbi maskadan istifadə etməlidirlər. Sosial məsafənin qorunması vacibdir. Amma çox təəssüf ki, bu gün bunların əksini görürük.

Sərnişinlərin çoxu virus olmamış kimi əvvəlki qaydada ictimai nəqliyyatdan istifadə edirlər. Belə çıxır ki, avtobuslarda bir nəfər nəzarətçi olmalı, tibbi maskanı taxmayanı avtobusa buraxmamalıdır? Halbuki sərnişinlər bu virusun yayılma təhlükəsinin davam etdiyini unutmamalıdırlar. Biz belə fikirləşirdik ki, may ayının sonuna kimi ölkə üzrə koronavirusa yoluxmanı minimuma endirək. Amma vətəndaşlarımızın belə məsuliyyətsizliyi üzündən, görünür, virusdan heç iyulda da yaxa qurtarmaq mümkün olmayacaq!"

Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, artıq avtobuslarda sosial məsafənin saxlanılması üçün şəffaf kabinələrin quraşdırılmasına başlanılıb. M.Ağayev bu barədə bütün daşıyıcılara xəbərdarlıq edildiyini bildirib. M.Ağayev bildirib ki, taksi xidməti göstərən minik maşınlarında da bu qaydalar tətbiq edilməlidir.

Bakıda xüsusi rejimə nəzarət - Sputnik Azərbaycan
CƏMİYYƏT
Avtobusda maska taxmayanlar cərimələnə bilərlər

Nəqliyyat məsələləri üzrə ekspert Azər Allahverənov bildirib ki, koronavirus pandemiyası ilə əlaqədar sərnişindaşıma üçün müəyyən edilmiş qaydalara əməl etmək hər bir sərnişinin borcudur. A.Allahverənovun sözlərinə görə, sərnişindaşıma sahəsində nəzarətin aparılması vacibdir. Amma ekspert deyir ki, təkcə aidiyyəti qurumların nəzarəti heç nəyi dəyişməyəcək: "İctimai nəqliyyatdan istifadə edən sərnişinlər pandemiya dövründə tələblərə əməl etməlidirlər. Amma bu gün paytaxtda bütün avtobuslara, taksilərə polisin nəzarət etməsi mümkün deyil. Düşünürəm ki, insanlar özləri məsuliyyətli davranmalıdırlar. Avtobusda maskadan istifadə etmək, sosial məsafə saxlamaq kimi qaydalara hər gün əməl edilib-edilmədiyinə gündəlik olaraq polisin nəzarət etmək imkanı yoxdur. Hər bir vətəndaş öz sosial məsuliyyətini dərk etməlidir. Əks halda, ictimai nəqliyyatda koronavirusla bağlı qoyulmuş qaydalara əməl edilməsinə nəzarət çətin olacaq".

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" (TƏBİB) ictimai nəqliyyatda koronavirus infeksiyasının profilaktikasına dair metodiki göstərişlər siyahısını tərtib edib. Sənəd ictimai nəqliyyat işçilərinin və sərnişinlərin sağlamlığının qorunması məqsədi ilə koronavirus (COVID-19) infeksiyasının hazırda olan elmi araşdırma faktlarına əsaslanaraq tərtib olunub. Bu sənəddə qeyd olunub ki, sərnişindaşımanın fasiləsizliyinin təmini üçün vəzifələrin paylanması və onların həyata keçirilməsi üçün iş yerində və evdən işləmə üçün müvafiq şəraitin yaradılması olduqca vacibdir. İşçi heyətin nəzərinə şəxsi gigiyena tədbirləri haqqında məlumat çatdırılmalıdır. İşəgötürən tərəfindən işçilər qoruyucu vasitələr və dezinfeksiyaedici ləvazimatlarla (70%-li spirt tərkibli gel və ya məhlul) mütəmadi təmin edilməlidirlər. İnfeksiyanın yayılmasının profilaktikasına dair məlumatların və maarifləndirici materialların elektron tablolar, nəqliyyat vasitələrində quraşdırılmış planşetlər vasitəsilə sərnişinlərə çatdırılması təmin edilməlidir. 

Остановки для такси - Sputnik Azərbaycan
CƏMİYYƏT
Bakıda 1 manatlıq taksilər əvəzlənəcək
Dayanacaqlarda, yeraltı nəqliyyatın platformalarında və nəqliyyat vasitələrində nəqliyyatdan mümkün qədər az istifadə edib piyada getməyi təşviq edən plakatlar və videomonitorlarda maarifləndirici təşviqat materialları yerləşdirilməlidir. Bilet kassalarının, ödəmə terminallarının qarşısında, nəqliyyat vasitəsini gözləyərkən və yola düşdükdə/metro stansiyalarına daxil olduqda tibbi maska taxmaları tələb olunmalı və məsafə saxlamaları üçün nəqliyyat vasitələrinin gözləmə məntəqələrində - yerdə/platformalarda və s. müvafiq işarələnmə aparılmalıdır. Sərnişinlərlə sürücünün fiziki təmasının istisna edilməsi üçün nəqliyyat vasitələrində kabina olmadıqda onların arasında şəffaf arakəsmələr quraşdırılmalıdır. Şəhərdaxili taksilərdən istifadə edən müştərilər yalnız arxa oturacaqlarda otura bilərlər. Taksi sürücüsü ilə arxadakı oturacaqların arası şəffaf, hava keçirməyən arakəsmələrlə ayrılmalıdır. Bütün ictimai nəqliyyat vasitələrinin, o cümlədən taksilərin içərisinin havası vaxtaşırı dəyişdirilməli, fasilələr zamanı dezinfeksiya işləri aparılmalıdır. Sürücülər bir yerə yığışmamalı və öz aralarında sosial məsafənin saxlanılması tapşırılmalıdır. Sürücülər arasında təmaslar minimuma endirilməlidir.

Xəbər lenti
0