CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sağlamlığımız üçün sağlamlıqlarını riskə atanlar - Söhbət həkimlərdən getmir

© Sputnik / Irade JELILBakıda xüsusi rejimə nəzarət
Bakıda xüsusi rejimə nəzarət - Sputnik Azərbaycan
Abunə olmaq
Polis 24 saat iş başındadır. Karantin rejimində müəyyən məhdudiyyətlər aradan qalxdıqca, küçə və yollarda insanların sayı artır. Say artıqca polisin işi də ağırlaşır.

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 5 may — Sputnik. Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargah martın 16-dan ölkədə xüsusi karantin rejiminin tətbiq edilməsi ilə bağlı qərar verdi.

Aprelin 4-dən etibarən vətəndaşlardan xüsusi icazələr və 8103-ə müvafiq mesaj yazmaqla evdən çıxmaq tələb edildi.

Beləliklə, bütün dünyanın cənginə almış pandemiyadan can qurtarmaq üçün Azərbaycan da sərt mübarizəyə başladı.

Ölkə sərhədləri bağlandı, Bakı və digər rayonlara gediş-gəliş dayandırıldı.

© Sputnik / Irade JELILBakıda polis əməkdaşlarının xüsusi rejimə nəzarət zamanı fəaliyyəti
Sağlamlığımız üçün sağlamlıqlarını riskə atanlar - Söhbət həkimlərdən getmir - Sputnik Azərbaycan
Bakıda polis əməkdaşlarının xüsusi rejimə nəzarət zamanı fəaliyyəti

Azərbaycan olaraq ağır günlər yaşamağa başladıq. Bu günlərdə vətəndaşların karantin rejimini pozmasının qarşısını almaq məqsədilə şəhər və qəsəbələrdə polis postları quruldu. Polislərimiz gecə-gündüz xidmət edərək, vətəndaşlara evdə qalmağı tövsiyyə etməklə yanaşı, karantin rejimini pozanlara qarşı tədbirlər gördülər.

Aprelin 27-də və mayın 4-dən xüsusi karantin rejimi yumşaldıldı və bəzi məhdudiyyətlər aradan qaldırıldı.

Qərargah mayın 31-ə qədər ölkədə xüsusi karantin rejiminin davam edəcəyinə qərar verdi.

© Sputnik / Irade JELILBakıda polis əməkdaşlarının xüsusi rejimə nəzarət zamanı fəaliyyəti
Sağlamlığımız üçün sağlamlıqlarını riskə atanlar - Söhbət həkimlərdən getmir - Sputnik Azərbaycan
Bakıda polis əməkdaşlarının xüsusi rejimə nəzarət zamanı fəaliyyəti

Xatırladaq ki, bu günə qədər respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə 47963 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.

Ötən gün isə, respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 486 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.

Sputnik Azərbaycan paytaxtın bəzi polis postlarında müşahidələr aparıb.

Polis əməkdaşları sürücülərə yaxınlaşır, onların sənədlərini yoxlayır və müvafiq icazələrinin olub-olmaması ilə maraqlanır.

© Sputnik / Irade JELILBakıda polis əməkdaşlarının xüsusi rejimə nəzarət zamanı fəaliyyəti
Sağlamlığımız üçün sağlamlıqlarını riskə atanlar - Söhbət həkimlərdən getmir - Sputnik Azərbaycan
Bakıda polis əməkdaşlarının xüsusi rejimə nəzarət zamanı fəaliyyəti

Müvafiq icazələri olmayan sürücülər inzibati məsuliyyətə cəlb edilir. Polis əməkdaşlaır sərnişin avtobuslarına da daxil olur, sərnişinlərin icazə və sənədlərini yoxlayırlar.

Yol-nəqliyyat məsələri üzrə ekspert Elməddin Muradlı Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, xüsusi karantin rejimində polisin bütün strukturları, eləcə də yol polisi gücləndirilmiş iş rejimində çalışır.

"Polis 24 saat iş başındadır. Karantin rejimində müəyyən məhdudiyyətlər aradan qalxdıqca, küçə və yollarda insanların sayı artır. Say artıqca polisin işi də ağırlaşır. Çünki yoxlama nəzarət məntəqələrində - karantin postlarında gərginlik yaşanır" - deyən ekspert vurğulayb ki, bu da günün pik saatlarına təsadüf edir.

© Sputnik / Irade JELILBakıda polis əməkdaşlarının xüsusi rejimə nəzarət zamanı fəaliyyəti
Sağlamlığımız üçün sağlamlıqlarını riskə atanlar - Söhbət həkimlərdən getmir - Sputnik Azərbaycan
Bakıda polis əməkdaşlarının xüsusi rejimə nəzarət zamanı fəaliyyəti

Bununla əlaqədar olaraq postlarda polis əməkdaşlarının sayı artırılır ki, böyük sıxlıq və tıxaclar yaşanmasın. Buna baxmayaraq bu gün də şəhərin küçələrində sıxlıq müşahidə edilir.

Ekspert vurğulayıb ki, karantin rejiminin ilk günlərində qaydalara zidd hərəkət edən sürüclər daha çox olsa da, bu gün bu rəqəm xeyli azalıb.

Şəhərdə avtomobillərin artması məsələsinə gəldikdə isə, o bildirib ki, buna səbəb verilən icazələrdən sui-istifadə edən sürücülərdir. Bu sürücülərlə bağlı Daxili İşlər Nazirliyi tərəfindən xüsusi müraciət də edilmişdi.

© Sputnik / Irade JELIL
Bakıda polis əməkdaşlarının xüsusi rejimə nəzarət zamanı fəaliyyəti - Sputnik Azərbaycan
1/5
Bakıda polis əməkdaşlarının xüsusi rejimə nəzarət zamanı fəaliyyəti
© Sputnik / Irade JELIL
Bakıda polis əməkdaşlarının xüsusi rejimə nəzarət zamanı fəaliyyəti - Sputnik Azərbaycan
2/5
Bakıda polis əməkdaşlarının xüsusi rejimə nəzarət zamanı fəaliyyəti
© Sputnik / Irade JELIL
Bakıda polis əməkdaşlarının xüsusi rejimə nəzarət zamanı fəaliyyəti - Sputnik Azərbaycan
3/5
Bakıda polis əməkdaşlarının xüsusi rejimə nəzarət zamanı fəaliyyəti
© Sputnik / Irade JELIL
Bakıda polis əməkdaşlarının xüsusi rejimə nəzarət zamanı fəaliyyəti - Sputnik Azərbaycan
4/5
Bakıda polis əməkdaşlarının xüsusi rejimə nəzarət zamanı fəaliyyəti
© Sputnik / Irade JELIL
Bakıda polis əməkdaşlarının xüsusi rejimə nəzarət zamanı fəaliyyəti - Sputnik Azərbaycan
5/5
Bakıda polis əməkdaşlarının xüsusi rejimə nəzarət zamanı fəaliyyəti
1/5
Bakıda polis əməkdaşlarının xüsusi rejimə nəzarət zamanı fəaliyyəti
2/5
Bakıda polis əməkdaşlarının xüsusi rejimə nəzarət zamanı fəaliyyəti
3/5
Bakıda polis əməkdaşlarının xüsusi rejimə nəzarət zamanı fəaliyyəti
4/5
Bakıda polis əməkdaşlarının xüsusi rejimə nəzarət zamanı fəaliyyəti
5/5
Bakıda polis əməkdaşlarının xüsusi rejimə nəzarət zamanı fəaliyyəti

"Vətəndaşların çoxu 8103-dən icazə alaraq boş-boşuna gəzməyə çıxır. Buna görə də şəhərdə avtomobillərin sayı çoxdur" - deyə Muradlı bildirib.

Ekspert hesab edir ki, nəzarət postları qəsəbələrin, yaşayış məntəqələrinin giriş-çıxışına qoyulsa, sıxlıq azalar.

Küçə və yollarda vətəndaşların sayının artması isə koronavirus faktlarının artmasına səbəb olur. Belə ki, bu günə qədər ölkəmizdə 2 060 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 1 508 nəfər müalicə olunaraq sağalıb, 26 nəfər vəfat edib, 526 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 21 nəfərin vəziyyəti ağır, 27 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Xəbər lenti
0