Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Ya zəlzələdən, ya vəlvələdən: Deyirlər, qiymət düşəcək, bizim də əlimiz çatacaq

© Photo : Baku City Chief Police DepartmentTaksi, arxiv şəkli
Taksi, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
"Hazırda bazarda rəqabət gedir. Pandemiya və pandemiyadan sonrakı dövrdə də əhalinin gəlirlərinin azalması taksi xidmətlərinə tələbi aşağı salacaq. Və bu fonda ümumi bir təzyiq formalaşacaq və qiymətlərdə rəqabət nəticəsində ucuzlaşma ola bilər"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 5 may — Sputnik. Azərbaycanda taksi fəaliyyəti ilə məşğul olan şəxslərin vergi və sosial yükü azaldılır.

Парикмахерская, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
Taksi sürücülərinə və bərbərlərə şad xəbər - vergiləri yarıbayarı azalır

Sputnik Azərbaycan-ın məlumatına görə, bununla bağlı Vergi Məcəlləsinə və "Sosial sığorta haqqında" qanuna dəyişikliklər təklif edilib. Fərqlənmə nişanı əldə etməklə fəaliyyət göstərən vergi ödəyicilərinin sosial sığorta yükünün azaldılması məqsədilə sosial sığorta haqqının regionlar üzrə diferensial qaydada minimum aylıq əməkhaqqının müəyyən misli məbləğində hesablanması təklif olunub.

Qeyd edək ki, bu dəyişikliklər qəbul edilsə, bu ilin aprelin 1-dən qüvvəyə minəcək. Məsələn, Bakı şəhərində taksi fəaliyyəti ilə məşğul olan şəxslər hazırda 18 manat vergi və 62.5 manat sosial sığorta haqqı ödəyirlər. Onların cəmi vergi və sosial yükü 80.5 manat təşkil edir. Dəyişiklikdən sonra bu şəxslər 9 manat vergi, 30 manat sosial sığorta ayırması həyata keçirəcək və onun cəmi vergi və sosial yükü 39 manata enəcək. Bu, bütövlükdə 51,5 faiz azalma deməkdir.

Bəs, taksi fəaliyyəti ilə məşğul olan şəxslərin vergi və sosial yükü azaldılsa, bu, taksinin qiymətlərinə təsir edəcəkmi? Taksi xidmətləri ucuzlaşa bilərmi?

İqtisadçı-ekspert Rəşad Həsənov Sputnik Azərbaycan-a deyib ki, taksi fəaliyyəti ilə məşğul olan şəxslərin vergi və sosial yükünün azaldılması səbəbindən taksi qiymətləri ucuzlaşmayacaq: "Amma hazırda bazarda rəqabət gedir. Pandemiya və pandemiyadan sonrakı dövrdə də əhalinin gəlirlərinin azalması taksi xidmətlərinə tələbi aşağı salacaq. Və bu fonda ümumi bir təzyiq formalaşacaq və qiymətlərdə rəqabət nəticəsində ucuzlaşma ola bilər. Bəzi taksi şirkətləri qiymətləri aşağı sala bilər. Amma düşünmürəm ki, məhz vergi və sosial yükün azaldılması səbəbindən taksi qiymətləri aşağı düşsün. Düşünmürəm ki, sosial və vergi yükünün azaldılması taksi qiymətlərində birbaşa ucuzlaşmaya meyllilik formalaşdırsın".

Vergi və sosial yükün azaldılmasına münasibət bildirən ekspert bildirib ki, bu sferada fəaliyyət göstərən subyektlərin bir çoxu xüsusilə də indiki şərtlər daxilində azgəlirli sosial qrupdur: "Və onların ödədiyi sosial sığorta minimum pensiya kapitalının toplanması imkanlarını məhdudlaşdırır. Yəni onlar sadəcə sığorta stajına görə pensiyaya çıxacaqlar və minimum pensiya alacaqlar. Amma indiki halda onların gəlirlərinin aşağı olması taksi fəaliyyətinin leqallaşması qarşısında dayanan əsas maneələrdən biri hesab olunur. Bu baxımdan vergi və sosial yükün azaldılması bəlkə də bu istiqamətdə rəsmi olaraq qeydiyyatdan keçən taksilərin sayının artmasına və nəticədə ən azından uçotun dəqiqləşməsinə gətirib çıxarda bilər. Digər tərəfdən, fəaliyyət göstərən taksi sürücülərinin bu qanuniləşmə nəticəsində sosial müdafiə mexanizmlərinə çıxış hüququ yaranır".

"Pandemiya və pandemiyadan sonrakı dövrdə bir sıra fəaliyyət sahələri güzəştlər əldə edib. Taksi fəaliyyəti də pandemiyadan zərər çəkən fəaliyyət istiqamətlərinə daxildir. Bu baxımdan güzəştlərin tətbiq edilməsi sektoral diskriminasiyanın da əhatə dairəsinin kiçilməsinə gətirib çıxardıb", – deyə o əlavə edib.

Остановки для такси - Sputnik Azərbaycan
Taksi fəaliyyətinə icazə verilən sürücülərin sayı açıqlandı

İqtisadçı-ekspert Qalib Toğrulun fikrincə isə bu dəyişikliklə taksi xidmətləri ucuzlaşa bilər. Ekspert şəhərlər üzrə taksi sürücülərinin nə qədər ödəyəcəyini də açıqlayıb: "Bakı şəhərində və Bakı şəhəri ilə ölkənin digər yaşayış məntəqələri arasında sərnişin daşıyanlar hazırda 18 manat sadələşdirilmiş vergi, 62.50 manat məcburi sosial sığorta haqqı ödəyir ki, bu da ayda cəmi 80.50 manat edir. Bundan sonra isə 9 manat sadələşdirilmiş vergi, 30 manat məcburi sosial sığorta haqqı ödəyəcək. Yəni ayda cəmi 39 manat. Beləliklə, 41.50 manat (80.50 manat – 39 manat) az ödəyəcəklər. Abşeron rayonu, Sumqayıt, Gəncə şəhərlərində və həmin rayon və şəhərlərlə digər yaşayış məntəqələri arasında sərnişin daşıyanlar isə 13,50 manat sadələşdirilmiş vergi, 62.50 manat məcburi sosial sığorta haqqı ödəyirdi (ayda cəmi 76.0 manat). Bundan sonra isə 6,75 manat sadələşdirilmiş vergi, 22,50 manat məcburi sosial sığorta haqqı, yəni ayda cəmi 29,25 manat ödəyəcəklər. Beləliklə, 46.75 manat (76.0 manat – 29.25 manat) az ödəyəcəklər. Digər şəhər və rayonlarda və həmin şəhər və rayonlarla digər yaşayış məntəqələri arasında sərnişin daşıyanlar 9 manat sadələşdirilmiş vergi, 62.50 manat məcburi sosial sığorta haqqı ödəyir (ayda cəmi 71.50 manat). Bundan sonra isə 4.5 manat sadələşdirilmiş vergi, 15 manat məcburi sosial sığorta haqqı, yəni ayda cəmi 19,50 manat ödəyəcəklər. Beləliklə 50.0 manat (71.50 manat – 19.50 manat) az ödəyəcəklər".

Ekspertin sözlərinə görə, taksi fəaliyyəti ilə məşğul olanlar üçün bir sevindirici xəbər də ondan ibarətdir ki, onlar məcburi dövlət sığorta haqqını daha sadə şəkildə - "Fərqlənmə nişanı" alarkən ödəyəcəklər.

Xəbər lenti
0