CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Taksi sürücülərinə və bərbərlərə şad xəbər - vergiləri yarıbayarı azalır

© AFP 2023 / ANDREAS SOLAROПарикмахерская, фото из архива
Парикмахерская, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Bu məsələlər İqtisadiyyat Nazirliyinin hazırladığı pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə (o cümlədən, kiçik və orta sahibkarlığa) vergi güzəştləri və tətilləri mexanizmində öz əksini tapıb

BAKI, 22 aprel — Sputnik. Sabit qəbz və fərqlənmə nişanı ilə çalışanların sosial sığorta yükü azaldılacaq.

Sputnik Azərbaycan-ın məlumatına görə, sabit qəbz və fərqlənmə nişanı əldə etməklə fəaliyyət göstərən vergi ödəyicilərinin sosial sığorta yükünün azaldılması məqsədilə sosial sığorta haqqının regionlar üzrə diferensial qaydada minimum aylıq əməkhaqqının müəyyən misli məbləğində hesablanması, habelə məcburi dövlət sosial sığorta üzrə inzibatçılığın və sosial sığorta ödənişləri üzrə prosedurların sadələşdirilməsi məqsədilə məcburi dövlət sosial sığorta haqqı ödənişlərini də sabit qəbz almaqla həyata keçirmələri təklif edilib.

Купюра номиналом в  100 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Fiziki şəxslər cari vergi ödəmələrindən azad ediləcəklər

Məsələn, Bakı şəhərində fərdi qaydada bərbər fəaliyyəti ilə məşğul olan şəxslər hazırda 30 manat vergi və 62.5 manat sosial sığorta haqqı ödəyirlər. Onların cəmi vergi və sosial yükü 92.5 manat təşkil edir. Dəyişiklikdən sonra bərbər 30 manat vergi, 15 manat sosial sığorta ayırması həyata keçirəcək və onun cəmi vergi və sosial yükü 45 manata enəcək. Bu, bütövlükdə 47,5 faiz azalma deməkdir.

Digər bir misal olaraq Bakı şəhərində taksi fəaliyyəti ilə məşğul olan şəxslər hazırda 18 manat vergi və 62.5 manat sosial sığorta haqqı ödəyirlər. Onların cəmi vergi və sosial yükü 80.5 manat təşkil edir. Dəyişiklikdən sonra bu şəxslər 9 manat vergi, 30 manat sosial sığorta ayırması həyata keçirəcək və onun cəmi vergi və sosial yükü 39 manata enəcək. Bu, bütövlükdə 51,5 faiz azalma deməkdir.

Qeyd edək ki, bu məsələlər İqtisadiyyat Nazirliyinin hazırladığı pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə (o cümlədən, kiçik və orta sahibkarlığa) vergi güzəştləri və tətilləri mexanizmində öz əksini tapıb. Təkliflər paketi parlamentə təqdim edilib.

Xəbər lenti
0