"Məsləhətçilərin işidir!" Maduro Trampın cangüdənini tutduğunu iddia edir

© Sputnik / Karolina Kabral / Mediabanka keçidПрезидент Венесуэлы Николас Мадуро во время акции протеста, фото из архива
Президент Венесуэлы Николас Мадуро во время акции протеста, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Venesuela mayın 3-də ölkəyə dəniz müdaxiləsinin baş verdiyini deyib. Karakasın verdiyi məlumata görə, muzdlular La Quayra ştatından ölkəyə girməyə çalışıblar və bunun üçün sürətli katerlərdən istifadə ediblər.

BAKI, 5 may — Sputnik. Venesuela Prezidenti Nikolas Maduro bildirib ki, ölkəyə dəniz müdaxiləsi zamanı saxlanılanlar arasında ABŞ Prezidenti Donald Trampın şəxsi mühafizəsinin əməkdaşları olan iki Amerika vətəndaşı var.

Nikolas Maduro - Sputnik Azərbaycan
Venesuela hakimiyyəti müxalifətlə danışıqlara başlayıb

Sputnik Azərbaycan xəbər verir ki, Maduro "Twitter" səhifəsində yayım zamanı bu bəyanatı verib.

Venesuela mayın 3-də ölkəyə dəniz müdaxiləsinin baş verdiyini deyib. Karakasın verdiyi məlumata görə, muzdlular La Quayra ştatından ölkəyə girməyə çalışıblar və bunun üçün sürətli katerlərdən istifadə ediblər. Onlar dövlət çevrilişi etmək niyyətində olublar, lakin müdaxilənin qarşısı alınıb.

Venesuelanın Konstitusiya Assambleyasının spikeri Diosdado Kabelo bildirib ki, hücum edənlərdən səkkizi öldürülüb, ikisi həbs edilib. Onun sözlərinə görə, muzdlulardan biri ABŞ-ın Narkotiklərlə Mübarizə İdarəsinin agenti olub.

Maduro müdaxilənin ABŞ və Kolumbiyanın maliyyələşdirilməsi və dəstəyi ilə baş verdiyini iddia edir. Kolumbiya bu hadisələrdə iştirakını inkar edib.

Venesuela dövlət başçısının çıxışından sonra təqdim olunmuş videogörüntülərə əsasən, saxlanılanlardan biri etiraf edib ki, amerikalılar ona "Trampın təhlükəsizlik məsələləri üzrə məsləhətçiləri ilə işlədiklərini" deyiblər.

Xəbər lenti
0