CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Pandemiya dövründə ofislərdə belə çalışmalıyıq - Yeni qaydalar açıqlandı

© AFP 2024 / ANTHONY WALLACEЧиновник, фото из архива
Чиновник, фото из архива  - Sputnik Azərbaycan
Abunə olmaq
Xidmət sahəsi müəssisələrində çalışan işçilərin gün ərzində bir çox insanla yaxın təmasda olduğunu nəzərə alaraq, birdəfəlik istifadə edilən maska, həmçinin dezinfeksiya məhlulundan düzgün istifadə etmələri təmin edilməlidir

BAKI, 4 may — Sputnik. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) müxtəlif ticarət və xidmət sahələrində, ofislərdə koronavirus infeksiyasının (COVID-19) profilaktikasına dair metodiki göstərişlər hazırlayıb. Sputnik Azərbaycan-ın məlumatına görə, sənəd müxtəlif ticarət və xidmət sahələrində, ofislərdə çalışan əməkdaşların və vətəndaşların sağlamlığının qorunması məqsədi ilə hazırda koronavirus (COVID-19) infeksiyasına dair aparılan elmi araşdırma faktlarına əsaslanaraq tərtib olunub.

Mövcud olan məlumatlara əsasən, COVID-19 insanlar arasında birbaşa hava-damcı yolu ilə və ya dolayı yolla kontaminasiya olunmuş səthlərə təmasdan sonra əllərlə ağız boşluğu, gözlərə, buruna və s. toxunduqda ötürülür. Bir çox hallarda yoluxmuş insanlarda xəstəliyin gedişatında yüngül simptomlara rast gəlinir, lakin yaşlı və/və ya yanaşı xəstəliyi olan yoluxmuş insanlarda kəskin ağırlaşmalar müşahidə olunur. Xəstəliyin profilaktik tədbirlərinə əl gigiyenası, sosial məsafənin saxlanması, gözlərə, ağız boşluğuna, buruna toxunulmaması və tənəffüs gigiyenası aid edilir. İctimai yerlərdə ortaq istifadə edilən səthlərin mütəmadi təmizlənməsi və dezinfeksiya edilməsi xəstəliyə yoluxma riskini azaldır.

Ümumi göstərişlərə aşağıdakılar daxildir:

Горничная убирает ванную комнату в отеле, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
Otellərin fəaliyyəti ilə bağlı yeni qaydalar hazırlandı - Su da dezinfeksiya edilməlidir

Xidmət sahəsi müəssisələrində COVID-19-la mübarizə çərçivəsində görülməli tədbirlər:

Müəssisələrdə sanitar məişət otaqlarının (sanitar qovşaq, soyunub geyinmə otağı və s.) sanitar gigiyenik qaydalara uyğun, işlək və təmiz vəziyyətdə saxlanması;

Müəssisənin təmizlik vasitələri və dezinfeksiyaedici maddələrlə daimi olaraq təmin edilməsi;

Bütün ərazilərin əl dezinfektantları üçün nəzərdə tutulmuş dispenserlər ilə təmin edilməsi;

Birdəfəlik istifadə üçün salfetlərlə təmin edilməsi;

Əməkdaşların yetərli sayda tibbi maska və əlcəklərlə (zəruri sahələrdə) təmin olunması;

Xidmət sahəsi müəssisələrində çalışan işçilərin gün ərzində bir çox insanla yaxın təmasda olduğunu nəzərə alaraq, birdəfəlik istifadə edilən maska, həmçinin dezinfeksiya məhlulundan düzgün istifadə etmələrinin təmin edilməsi;

İstifadə edilmiş tibbi maskaların atılması üçün ayrıca qapalı torbaların qoyulması və bu tullantıların müvafiq qaydada məhv edilməsi;

Müəssisədə növbə ilə çalışan əməkdaşların eyni heyətdə işləmələri və rotasiya edilməmələrinin təmin olunması;

Ehtimal edilən yoluxma riskinin azaldılması məqsədi ilə təchizatçılar və müştəri-lər ilə rəhbərlik tərəfindən təyin olunmuş eyni əməkdaşların ünsiyyətdə olması;

Mətbəxdə, heyət otaqlarında, sanitar qovşaqlarda və xidmət zallarında mütəmadi dezinfeksiya işlərinin aparılmasının təmin edilməsi,

Qida qəbulu zallarında oturacaqların ara məsafəsinin 1m-dən az olmamasının təmin edilməsi;

Qida qəbulu zallarında yemək masaları arasındakı məsafənin 2 m-dən az olmamasının təmin edilməsi;

Zalların və otaqların mütəmadi havalandırılması;

Evlərdə təmizlik xidməti - Sputnik Azərbaycan
SƏHİYYƏ
Təmizkar anaların ən böyük səhvi: bilmədən uşaqlarını təhlükəyə atırlar

İşçi heyətin mütəmadi olaraq maarifləndirilməsi, həmçinin infeksiyanın yayılmasının qarşısının alınması ilə bağlı ən son məlumatlara sahib olması;

Tullantıların vaxtında kənarlaşdırılması, həmçinin tullantı qablarının təmiz saxlanılması;

Müştəriləri məlumatlandırmaq məqsədilə infoqrafın müəssisənin giriş-çıxış qapılarında, soyuducuların qapılarında, rəflərdə, piştaxtalarda və rahat görünən di-gər yerlərdə asılması, həmçinin ödəniş həyata keçirilən zaman hər bir istehlak-çıya təqdim olunması.

Təmizlik və dezinfeksiya işləri:

Həyata keçirilən təmizlik-dezinfeksiya işləri xidmətin növü, təmasda olunan məhsul-ların xüsusiyyətləri, təmizlik-dezinfeksiya qaydaları nəzərə alınmaqla və müxtəlif təmiz-lik vasitələrindən istifadə etməklə aparılır. Təmizlik-dezinfeksiya işləri iş saatı ərzində mütəmadi olaraq əsasən işlək sahələrdə (giriş-çıxış, kassa və s.), iş saatlarından sonra isə bütün sahələrdə həyata keçirilməlidir.

Təmizlik-dezinfeksiya işləri həyata keçirilərkən aşağıdakı ardıcıllığa riayət edilməlidir:

Mexaniki təmizlik: quru çirklər və tullantılar səthlərdən və məkandan uzaqlaşdı-rılır;

Təmizləmə: isti su və lazımi hallarda yuyucu vasitələrdən istifadə etməklə həyata keçirilir;

Durulama: istifadə edilmiş yuyucu vasitə qalıqlarının səthdən tamamilə uzaqlaşdırılması məqsədilə isti sudan istifadə edilir;

Dezinfeksiya: istifadəsinə icazə verilən dezinfeksiyaedici maddələr istifadə təlimatına uyğun olaraq tətbiq edilir.

Dezinfeksiyaedici maddələrdən istifadə zamanı diqqət yetirilməli məqamlar:

İstifadə təlimatında qeyd edilmiş yararlılıq müddəti və istifadə qaydası mütləq nəzərə alınmalıdır;

Lazım olan konsentrasiyadan (qatılıq) artıq istifadə edilməməlidir;

Digər şəxslərin yanlış istifadəsinin qarşısını almaq məqsədilə dezinfeksiyaedici məhlul hazırlandıqdan sonra qablaşdırma üzərində tərkibi və hazırlanma tarixi barədə qeyd yazılmalıdır;

Dezinfeksiya işlərinin aparılması tezliyi planlaşdırılmalıdır;

Dezinfeksiya işlərini həyata keçirən işçi heyət xüsusi qoruyucu vasitələrlə (əlcək, maska və s.) mütləq təmin edilməlidir;

Dezinfeksiya işlərinin həyata keçirildiyi sahə bu işlər başa çatdıqdan sonra havalandırılmalıdır;

Dezinfeksiyaedici maddələrin istifadə təlimatında qeyd edilən səth üzərində tövsiyə olunan qalma müddətinə ciddi riayət edilməlidir.

İstifadə edilmiş qoruyucu maska  - Sputnik Azərbaycan
CƏMİYYƏT
Ayağımızın altındakı koronavirus təhlükəsi - Əvvəl qorudular, indi yoluxdururlar

Səthlərdə virusun qalma müddəti

Xidmət sahələrində dezinfeksiya edilməsi vacib olan sahələr və tövsiyə edilən dezinfeksiya maddələri:

Giriş-çıxışlardakı ayaqaltlıqlar (xlor tərkibli məhlul və ya digər);

Qapı və qapı tutacaqları (spirt tərkibli məhlul və ya digər);

İstehlakçıların şəxsi əşyalarının saxlanılması üçün nəzərdə tutulan dolablar və onların tutacaqları (spirt tərkibli məhlul və ya digər);

Məhsulların saxlandığı rəflər, stellajlar, daşındığı araba və səbətlər (spirt tərkibli məhlul və ya digər);

Çoxmərtəbəli müəssisələrdəki eskalatorlar və onların tutacaqları, liftlər (spirt tərkibli məhlul və ya digər);

Döşəmələr (xlor tərkibli məhlul və ya digər);

Soyuducuların tutacaqları (spirt tərkibli məhlul və ya digər);

Soyunub-geyinmə otaqları (xlor tərkibli məhlul və ya digər);

Sanitar qovşaqlar (xlor tərkibli məhlul və ya digər);

Anbarlar (xlor tərkibli məhlul və ya digər);

Tullantıların yığıldığı sahələr (xlor tərkibli məhlul və ya digər);

Tullantı qabları (spirt tərkibli məhlul və ya digər);

Ödənişli terminalları (spirt tərkibli məhlul və ya digər);

Kassada yerləşən konveyerlər (spirt tərkibli məhlul və ya digər).

İşçi heyətinin şəxsi gigiyenası

Şəxsi gigiyena qaydalarına riayət edilməli, işə başlamazdan, tullantılarla təmas-dan, təmizlik işlərindən, sanitar qovşaqdan istifadədən, asqırma və öskürmədən, pulla təmasdan, siqaret çəkdikdən sonra işçilərin əllərini təmiz yumasına və ya dezinfeksiyasına nəzarət edilməlidir;

İşçi heyətin əllərində istənilən kəsik, açıq, qapalı yaralar mütləq su keçirməyən sar-ğı ilə örtülməli, bununla bağlı tibb müəssisəsinə dərhal müraciət olunmalıdır.

Tibbi maskalardan ümumi istifadə qaydaları:

Qapalı məkanlarda maskanın istifadəsi mütləq şərtdir;

Maskalar ağız və burun nahiyəsini səliqəli örtməklə, üz və maska arasındakı boş-luqları minimuma endirmək şərti ilə taxılmalıdır;

İstifadə zamanı maskanın ağızla təmasda olan hissəsinə toxunmaq olmaz;

Maska çıxarılan zaman müvafiq texnikaya əməl edilməlidir (maskanın ön hissə-sinə toxunmaq olmaz, arxa hissəsindəki ipləri vasitəsilə çıxarılmalıdır);

Maskanı çıxardıqdan sonra əllər spirtlə təmizlənməli, yaxud sabun və su ilə təmiz yuyulmalıdır;

Maska çirkləndikdə və ya nəmləndikdə dəyişdirilməsi vacibdir;

Birdəfəlik maskalardan təkrar istifadə edilməməlidir;

Продажа медицинских масок в аптеках, фото из архива - Sputnik Azərbaycan
SƏHİYYƏ
Onlar indi dərman əvəzinə xəstəlik "satır", biz də öz istəyimizlə alırıq

Birdəfəlik maskaların istifadəsindən sonra onların zərərsizləşdirilməsi və kənarlaşdırılması vacibdir.

Əllərin gigiyenasına dair tövsiyələr:

Əllər axar su ilə isladılmalı və sabun ilə sürtülməlidir;

Əllər sabunla birlikdə ovuşdurulmalıdır. Barmaqların və dırnaqların arası yaxşı sabunlanmalıdır;

Sabunlu əllər ən azı 20 saniyə ovuşdurulmalıdır;

Əllər axar suyun altında mükəmməl durulanmalıdır;

Əllər təmiz salfetlərlə qurulanmalıdır;

Sabun və ya su istifadəsi mümkün olmadıqda, etanol (spirt) tərkibli dezinfeksiya-edici məhlullardan istifadə edilməlidir.

İŞÇİ HEYƏTİN MÜAYİNƏSİ

İş zamanı özündə COVID-19-a spesifik olan əlamət(ləri) hiss edən işçi (qızdırma, quru öskürək, nəfəs darlığı, ishal və s.) dərhal işini dayandırmalı, tibbi maska ilə təmin olunaraq qapalı otaqda izolyasiya edilməlidir. Həmin şəxsə tibbi xidmətin göstərilməsi üçün 103 TTTY müraciət edilməlidir;

İşə gəlməzdən əvvəl özündə COVID-19-a spesifik olan əlamət(ləri) hiss edən işçi (qızdırma, quru öskürək, nəfəs darlığı, ishal və s.) rəhbərinə xəbər verərək evdə izolyasiya olunmalıdır və tibbi xidmətin təmin olunması məqsədi ilə 103 TTTY müraciət etməlidir;

Xəstəlik əlaməti olan işçinin iş yeri dezinfeksiya edilməlidir;

Həmin işçidə laborator üsul ilə COVID-19 təsdiqləndiyi halda, onunla sıx təmasda olan əməkdaşlardan test götürülməli və cavabları aşkarlanana qədər onlar evdə izolyasiya olunmalıdır.

Xəbər lenti
0