CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda oynayan futbolçu koronavirusa görə karyerasını başa vurdu

© Photo : SABAH FC Экс-игрок сборной Украины и азербайджанского футбольного клуба "Сабах" Марко Девич, фото из архива
 Экс-игрок сборной Украины и азербайджанского футбольного клуба Сабах Марко Девич, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Ukrayna yığmasının və Azərbaycanın "Sabah" futbol klubunun keçmiş oyunçusu Marko Deviç məşqçi karyerasına başlamaq niyyətindədir.

BAKI, 4 may — Sputnik, Teymur Tuşiyev. Azərbaycanın "Sabah" futbol klubunun ukraynalı legioneri koronavirus pandemiyası səbəbindən karyerasını başa vurub. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "Zurnal" nəşri məlumat yayıb.

Ukrayna futbol yığmasının sabiq oyunçusunun Azərbaycan Premyer Liqasının "Sabah" klubu ilə müqaviləsi bu ilin yayında başa çatır. Amma koronavirus pandemiyası səbəbindən Deviç öz tarixi vətəninə - Serbiyaya bir qədər tez qayıdıb və orada futbolçu karyerasını başa vurmaq qərarına gəlib.

"Koronavirusla bağlı vəziyyət və Azərbaycan klubu ilə hazırkı müqaviləmin başa çatması mənim peşəkar karyeramı başa çatdırmaq qərarıma təsir edib", - deyə 37 yaşlı futbolçu bildirib.

O qeyd edib ki, artıq özünü tammiqyaslı məşqlər aparmağa və yüzfaizli nəticələrə həvəsləndirə bilmir.

"Mənim ailəm var. Sadəcə oturdum, düşündüm və futbolla vidalaşmaq qərarına gəldim. Nə ilə məşğul olmaq niyyətim barədə suala isə cavabım budur ki, əvvəlcə istirahət edəcəm, sonra ola bilsin ki, futbol meneceri oldum, ya da hətta təlim keçməyə başladım. Mənim A kateqoriyası üzrə məşqçi lisenziyam var. Təhsilimi davam etirmək niyyətindəyəm", - deyə Deviç əlavə edib.

Əlavə edək ki, Ukrayna yığmasının serb əsilli sabiq oyunçusu 2018-ci ildən Azərbaycanın "Sabah" klubunda çıxış edir. 2019/20 futbol mövsümünün əvvəlində o, Serbiyanın "Voydovats" klubu ilə müqavilə imzalayıb və oradan da "Sabah"a icarəyə verilib.

Xəbər lenti
0