Ölənlərini maşınla yuyacaqlar – Türkiyədə buna da getdilər

© AP Photo / John MinchilloСитуация в связи с эпидемиологической обстановкой в США
Ситуация в связи с эпидемиологической обстановкой в США  - Sputnik Azərbaycan
Abunə olmaq
Meyit sabunlu su ilə yuyulur, sonra cihazdan çıxarılaraq qurulanar və kəfənlənir. "Belə meyit yuma dinin şərtlərinə uyğundurmu" sualı isə cavabsız olaraq qalır.

BAKI, 3 may — Sputnik. Konya Böyükşəhər Bələdiyyəsi meyit yuma işlərini həyata keçirmək üçün avtomatik yuma maşınından istifadə etməyə başlayıb.

Sputnik Türkiyə xəbər verir ki, dünyasını dəyişən şəxsin nəşi maşına qoyulur və maşının düyməsi basılır. Bundan sonra meyit insan əli dəymədən yuyulur.

Человек скончавшийся от COVİD-19, фото из архива - Sputnik Azərbaycan
SƏHİYYƏ
COVID-19-dan ölənlərin cənazələrinin nəqli qaydaları açıqlandı - tabut lehimlənmiş...

Meyit sabunlu su ilə yuyulur, sonra cihazdan çıxarılaraq qurulanar və kəfənlənir.

"Belə meyit yuma dinin şərtlərinə uyğundurmu" sualı isə cavabsız olaraq qalır.

"Ölü yuyan maşın" hələ ki, Konyada xəstəxanalardan birində quraşdırılıb. Bələdiyyə sədri bu addımın hətta digər ərazilərdə də təkrarlanmasınıln tərəfdarı olduğunu deyib. Bələdiyyə sədri Altay qeyd edib ki, bu alət yoluxucu xəstəliklər zamanı daha böyük əhəmiyyətə malik olacaq.

"Xüsusilə koronavirus xəstəliyinin ilk günlərində dəfn prosesləri zamanı əhəmiyyətli problemlər yaşandı. Böyük məsələhətləşmələrdən sonra bu sistem işə salındı. Bu cihaz meyitə əl dəymədən əvvəlcə dezinfeksiya edir, sonra yuyulma və kəfənləmə işləri həyata keçirilir. Eyni zamanda bir qadın və bir kişi əməkdaş prosesə nəzarət edir. İslam qaydalarına uyğun olaraq kəfənləmə prosesindən sonra dua edilir" – deyən bələdiyyə sədri bildirib ki, bu sadəcə koronavirus səbəbindən ölənlər üçün deyil, eyni zamanda yoluxucu xəstəliklər, avtomobil qəzaları, yanğın zamanı ölənlər və cəsədi uzun müddətdən sonra tapılmış şəxslərin yuyulması üçün də istifadə edilə bilər.

Xəbər lenti
0