CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

COVID-19-dan ölənlərin cənazələrinin nəqli qaydaları açıqlandı - tabut lehimlənmiş...

© AP Photo / Francisco SecoЧеловек скончавшийся от COVİD-19, фото из архива
Человек скончавшийся от COVİD-19, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
COVID-19 infeksiyası nəticəsində ölən şəxslərin ölkədaxili və beynəlxalq daşınma qaydaları Hava yolları, avtomobil yolları və dəmir yolları vasitəsilə ölkə daxilində və xaricdə cənazənin nəqli tabut içərisində həyata keçirilməli, cənazə tabutla birlikdə dəfn edilməlidir

 

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 24 aprel — Sputnik. COVID-19 diaqnozu ilə ölən şəxslərin cənazələrinin hava, dəmiryolu və avtomobillə nəqli qaydaları hazırlanıb. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə məlumat Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən tibb işçiləri üçün COVID-19 xəstəliyinə dair yenilənən müvəqqəti rəhbərlikdə öz əksini tapıb.

Qaydalarda bildirilir ki, COVID-19 infeksiyası nəticəsində ölən şəxslərin ölkədaxili və beynəlxalq daşınma qaydaları Hava yolları, avtomobil yolları və dəmir yolları vasitəsilə ölkə daxilində və xaricdə cənazənin nəqli tabut içərisində həyata keçirilməli və cənazə tabutla birlikdə dəfn edilməlidir: "Hava yolları vasitəsilə cənazələrin nəqli COVID-19 səbəbilə ölənlərin cənazələrinin ölkə xaricində və ölkə daxilində daşınması əsnasında milli və beynəlxalq hava yollarının cənazə nəqli qaydaları qüvvədədir. Ölüm səbəbi yoluxucu xəstəlik olan cənazələrə aid olan tabutların qəbul mərhələsində tabutun mütləq lehimlənmiş, möhkəm bağlanmış və sızmalara imkan verməyəcək şəkildə olmasına diqqət yetirilməlidir. Müvafiq qaydalara uyğun prosedurlar həyata keçirilməli, COVID-19 xəstəliyindən ölənlərin ölüm səbəbi yoluxucu xəstəlik olduğundan cənazələrinin ölkə xaricində və ölkə daxilində hava yolları ilə nəqli bu meyara uyğun olmalıdır. Avtomobil və dəmir yolu ilə cənazələrin nəqli hər növ quru yol və dəmir yolu ilə cənazələrin nəqli, hava yolları ilə cənazə nəqlində olduğu kimi, nəqliyyat vasitələrinə qəbul mərhələsində tabutların ciddi bir şəkildə lehimlənmiş, möhkəm bağlanmış və sızmalara imkan verməyəcək şəkildə olmasına diqqət yetirilməlidir. 

Xəbər lenti
0