Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

FIFA-nın yardımları nəyə sərf olunacaq – idman şərhçisi danışır

Abunə olmaq
İdman şərhçisi Sənan Şəfizadə deyir ki, oyunların təxirə salınması futbol federasiyaları üçün böyük maliyyə itkisidir
Sənan Şəfizadə: “AFFA ayrılan vəsaitdən səmərəli istifadə etməyə çalışacaq”

FIFA koronavirus pandemiyasından əziyyət çəkən milli assosiasiyalara təcili maliyyə yardımı edəcək. Bu barədə ali futbol qurumunun rəsmi saytı xəbər yayıb.

İdman şərhçisi Sənan Şəfizadə Sputnik Azərbaycan-a deyir ki, koronavirus pandemiyasına görə, idman da karantinə düşüb:

“Belə bir vaxtda FIFA və UEFA həm klublara, həm federasiyalara yardım etməklə bağlı qərar qəbul ediblər. Oyunların təxirə salınması futbol federasiyaları üçün böyük maliyyə itkisidir. FIFA ayrılacaq vəsaitin xərclənməsi üçün federasiyalara sərbəstlik verib. Hesab edirəm ki, AFFA da ayrılan vəsaitdən səmərəli istifadə etməyə çalışacaq. Bu yardımlar  FIFA və UEFA-nın nə dərəcədə güclü təşkilatlar olduğunu göstərir”.

Sənan Şəfizadənin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0