CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Baş Nazir müəllimlərin işi ilə bağlı qərar verdi

© pixabay / Free-PhotosSənəddə imza, arxiv şəkli
Sənəddə imza, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Müvafiq ixtisas üzrə pedaqoji təhsilə malik olan şəxslər Azərbaycan Respublikasının ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olmaq hüququna malikdirlər

BAKI, 1 may — Sputnik. Nazirlər Kabineti "Pedaqoji fəaliyyətlə məşğul olma Qaydası"nı təsdiq edib.

Sputnik Azərbaycan bildirir ki, bununla bağlı Baş Nazir Əli Əsədov müvafiq qərar imzalayıb.

Bu Qayda “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 36-1.1-ci və “Ümumi təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 27.1-ci maddələrinə uyğun olaraq hazırlanmışdır və pedaqoji fəaliyyətlə məşğul olma qaydasını müəyyən edir.

Bu Qaydanın tələbləri Qanunun 2.3-cü maddəsi nəzərə alınmaqla Azərbaycan Respublikasının bütün ümumi təhsil müəssisələrinə şamil edilir.

Müvafiq ixtisas üzrə pedaqoji təhsilə malik olan şəxslər Azərbaycan Respublikasının ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olmaq hüququna malikdirlər. 

Ситуация в связи с эпидемиологической обстановкой в школах - Sputnik Azərbaycan
ELM
İyunun 1-dən məktəblər açıla bilər

Bu Qaydanın 3.2-ci və 3.3-cü bəndlərinin tələbləri nəzərə alınmaqla, müvafiq ixtisas üzrə pedaqoji təhsili olmayan ali təhsilli mütəxəssislərin də pedaqoji fəaliyyətlə məşğul olmaq hüququ vardır.

Qanunun 36-1.2-ci maddəsinə uyğun olaraq, aşağıdakı şəxslər pedaqoji fəaliyyətlə məşğul ola bilməzlər:

- məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə pedaqoji fəaliyyətlə məşğul olması qadağan edilən şəxslər;

- ağır, xüsusilə ağır cinayət törətməsinə görə məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslər;

- fəaliyyət qabiliyyətsizliyinə və ya məhdud fəaliyyət qabiliyyətli olmasına, habelə barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olan şəxslər;

- Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 18 fevral tarixli 57 nömrəli Qərarı ilə təsdiq edilmiş siyahıda göstərilən xəstəliklərə görə pedaqoji fəaliyyətlə məşğul olmasına qadağa qoyulmuş şəxslər.

Qaydaların tam mətni ilə buradan tanış ola bilərsiniz.

Qeyd edək ki, Baş Nazir "Ali təhsil müəssisələrində orta ixtisas təhsilinin təşkili", "Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma" və "Təhsil müəssisələrində psixoloji xidmətin təşkili" Qaydalarını da təsdiq edib.

Xəbər lenti
0