CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İyunun 1-dən məktəblər açıla bilər

© AR Ministry of EducationСитуация в связи с эпидемиологической обстановкой в школах
Ситуация в связи с эпидемиологической обстановкой в школах - Sputnik Azərbaycan
Abunə olmaq
Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzi ümumtəhsil müəssisələrində yekun qiymətləndirmə və monitorinqlərin aparılması, təhsilalanların bir sinifdən digərinə keçirilməsi və s. barədə məlumatı növbəti həftə ərzində ictimaiyyətə təqdim edəcək

BAKI, 1 may — Sputnik. Dövlət İmtahan Mərkəzi və Təhsil Nazirliyi birgə məlumat yayıb.

Sputnik Azərbaycan bildirir ki, məlumatda deyilir: "Məlum olduğu kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 may 2020-ci il tarixli sərəncamına əsasən, ölkə ərazisində yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə 2020-ci il mayın 4-dən mayın 31-dək Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi dayandırılıb.

Bu qərara uyğun olaraq Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzi ümumtəhsil müəssisələrində yekun qiymətləndirmə və monitorinqlərin aparılması, birinci sinfə qəbulun təşkili, təhsilalanların bir sinifdən digərinə keçirilməsi, buraxılış və qəbul imtahanlarının təşkili, ali təhsil müəssisələrində və təhsilin digər pillələrində yay imtahan sessiyalarının təşkili, habelə dövlət qulluğuna qəbul və müəllimlərin işə qəbulu imtahanlarının keçirilmə vaxtı, formatı və qaydalarına dair məlumatı növbəti həftə ərzində ictimaiyyətə təqdim edəcək.

1 iyun tarixindən sonra təhsil müəssisələri yalnız yuxarıda qeyd olunmuş istiqamətlər üzrə tədbirlərin keçirilməsi üçün məhdud şəkildə fəaliyyət göstərə bilər. Tədris ilinin sonunadək təhsil müəssisələrində dərslərin keçirilməsi nəzərdə tutulmur".

Xəbər lenti
0