Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Amerika şirkətləri neft hasilatının azaldılmasına qarşı çıxır. Səbəb nədir?

© REUTERS / Todd Korol / File PhotoНефтяная качалка, фото из архива
Нефтяная качалка, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Texasda neft hasilatına qoyulan məhdudiyyətlərə qarşı çıxırlar. Analitik Valeri Vaysberq Sputnik radiosunun efirində amerikalı neft istehsalçılarının nə istədiyini deyib.

BAKI, 30 aprel — Sputnik. Amerikanın Texas ştatının neft hasilatını tənzimləyən Dəmir Yolu Komissiyasının sədri Ueyn Kristian hasilata qoyulan məhdudiyyətlərə qarşı çıxıb.

"Mən Texasda neft məhdudiyyətlərinə qarşı səs verəcəyəm və sərbəst bazar prinsiplərinə sadiq qalacağam", - Kristian tvitində deyib.

"Houston Chronicle" qəzeti üçün yazdığı məqaləsində Kristian 1950-ci ildə Texasın dünya neft tədarükünün 20 faizdən çoxunu idarə etdiyini və bu gün bu rəqəmin təxminən 5 faiz olduğunu, buna görə də hasilatın azalmasının qlobal tədarükə əhəmiyyətli təsir göstərməyəcəyini iddia edib.

"Bundan əlavə, sənaye artıq özü istehsalı azaldır. Sərbəst bazarın işləməsinə imkan yaradaraq istehsalçılar hansı hasilat səviyyəsinin iqtisadi baxımdan məqbul olduğunu özləri qərar verə bilərlər", - Kristian hesab edir.

O, qeyd edib ki, bütün əsas neftçi assosiasiyaları hasilatın tənzimlənməsinə qarşı çıxıblar. Ştat 1973-cü ildən bu təcrübəyə əl atmır.

Sputnik radiosunun efirində "REGİON" investisiya şirkətinin analitik şöbəsinin direktoru Valeri Vaysberq texaslı neftçilərin niyə belə mövqe tutduqlarını izah edib.

"Hazırda ABŞ-da sənayeni dəstəkləmək üçün əlavə tədbirlər müzakirə edilir. Xüsusilə, birbaşa yatırımlarla yardım etmək və strateji ehtiyatda yer təmin etmək müzakirə olunur. Bir çox sənaye veteranları 30-cu illərdə nefti hətta taxta çəlləklərdə saxladıqlarını xatırlayırlar. İstehsalçıların hazırda etdikləri əsas şey kapital xərclərini azaltmaqdır, yəni yeni hasilata investisiya qoymurlar və eyni zamanda biznesdə qalmaq üçün mümkün olanı hasil etməyə və satmağa çalışırlar", - Vaysberq bildirib.

Onun fikrincə, texaslı neftçilərin gözləntiləri, qismən də olsa, gerçəkləşə bilər.

"Tələbatla bağlı vəziyyət getdikcə yaxşılaşır və əgər mayın 1-də ABŞ ştatlarının əhəmiyyətli bir hissəsi məhdudiyyətləri yüngülləşdirməyə başlasa və yanacağa tələbat qayıtsa vəziyyət tədricən normallaşa bilər. Hərçənd aylıq hasilat sutkada 800 min barel azalıb və yəqin ki, daha da azalacaq. Kiçik hasilatçılar bu vəziyyətdə sağ qala bilməyəcəklər, bəzi şirkətlər iflasa uğrayacaq", - analitik bildirib.

Xəbər lenti
0