CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Üzümüzə virus üfürənlərlə mübarizə: Azərbaycanda hər kəs məcburi maska taxacaq?

© Sputnik / Murad OrujovПрохожие в медицинских масках на улице в Баку, фото из архива
Прохожие в медицинских масках на улице в Баку, фото из архива  - Sputnik Azərbaycan
Abunə olmaq
Bəzi ölkələr karantin rejiminin yumşaldılmasının şərti kimi maska taxılmasını əsas götürürlər. Azərbaycanda da bu addımı təqdir edənlər var.

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 30 aprel — Sputnik. Bütün dünyanı əhatə edən koronavirus pandemiyası bir çox ölkələrin tətbiq etdiyi sərt karantin tədbirləri nəticəsində bir qədər səngiyib. 

ASAN Xidmətin binası - Sputnik Azərbaycan
CƏMİYYƏT
Maska taxmayanlar "ASAN Xidmət"ə buraxılmayacaq
Virusun yayılmasının qarşısının alındığını söyləmək hələ çox tez olsa da, artıq bir çox ölkələrdə sərt tədbirlər qismən yumşaldılır.

Amma karantini yumşaldan ölkələrin çoxu bəzi şərtlər də qoyur. Ölkələrin hökumətləri iş yerləri, ictimai-iaşə obyektlərin açılması üçün sərt tədbirlər tətbiq edir – sosial məsafə qorunmalı, evindən çıxan hər bir şəxs mütləq şəkildə maska taxmalıdır.

Azərbaycan da karantin rejimini yumşaldan ölkələr arasındadır. Amma nədənsə, azacıq azadlıq alan insanlar küçələrə axışan zaman sosial məsafə saxlamır, qoruyucu maskalardan istifadə etmir. Maraqlıdır, Azərbaycanda maskanın taıxlmasını məcburi etməklə virusa yoluxma hallarının azalmasına nail olmaq olarmı?

Milli Məclisin Səhiyyə komitəsinin üzvi, millət vəkili Müşfiq Məmmədli Sputnik Azərbaycan-a açıqlamasında maska taxılmasının zəruriliyindən danışıb: "Karantin rejiminin yumşaldılması ilə bağlı tədbirlərə keçid olduqdan sonra müəyyən qoruyucu vasitələrdən istifadə zəruriliyi meydana çıxacaq. Bu tədbirlərin görülməsinin zəruriliyi həm sosial məsafənin saxlanılması, həm də maska və dezinfeksiya maddələrindən istifadənin məcburiliyidir. Belə düşünürəm ki, maskalardan istifadə də məcburi olacaq və davamlı inzibati hal alacaq".

"Zamanla digər karantin tədbirləri bir qədər yumşaldıla bilər. Hazırkı durumda isə maskanın taxılması və sosial məsafənin qorunması vacib şərtdir", - deyə millət vəkili əlavə edib.

O, belə bir şəraitdə steril əlcəklərdən istifadənin seçimə bağlı olacağını vurğulayıb: "Çünki dezinfeksiya məhlullarından istifadə daha çox effekt verir, nəinki əlcəkdən istifadə".

Медицинская маска и перчатки на парте - Sputnik Azərbaycan
CƏMİYYƏT
Ölkədən maska çıxarmaq qadağası uzadıldı

Ümumdünya Səhiyyə Təşkilatının Bakı nümayəndəliyinin rəsmisi Hande Harmancı Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, belə bir qərarın verilib-verilməməsi hökumətin qərarından asılıdır. O qeyd edib ki, hətta belə bir qərar verilərsə, tək maska taxmaqla deyil, bir sıra nüanslara, məsələn sosial məsafənin olmasına, gigiyenik qaydalara riayət etməklə də virusdan qorunmaq olar. 

REACT-C19 layihəsi çərçivəsində Azərbaycana qayıdan Türkiyənin Hacettepe xəstəxanasının daxili xəstəliklər üzrə həkimi Cəbrayıl Cəbrayılov da virusdan qorunmada gigiyena qaydalarına əməl edilməsinin vacibliyindən və Türkiyədəki təcrübədən danışıb: "Bilirsiniz, başqa ölkələrdən fərqli olaraq Türkiyədə maskanın taxılması məcburi deyil. Rəqəmlərdə artımın olmaması üçün biz sadəcə olaraq insanları gigiyena qaydalarına əməl etməyə, sosial məsafəni qorumağa səsləyirik".

Tibb üzrə ekspert Adil Qeybulla isə Sputnik Azərbaycan-a açıqlamasında  bir sıra önəmli nüanslara toxunub: "Belə hesab edirəm ki, maska taxılması məcburi olmalıdır. Bu gün bir çox ölkələr karantin rejimini yumşaldaraq bildirir ki, insanların maska taxması məcburidir. Məsələn, Almaniyada da bu təcrübəni görə bilərik. Azərbaycanda insanlar sosial məsafəni gözləmədikləri üçün maska taxmaq zəruri olmalıdır. Ünsiyyət zaman hava vasitəsilə yoluxmanın qarşısının alınmasında maska önəmlidir".

Xəbər lenti
0