CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ölkədən maska çıxarmaq qadağası uzadıldı

© Sputnik / Evgeniy Epanchintsev / Mediabanka keçidМедицинская маска и перчатки на парте
Медицинская маска и перчатки на парте - Sputnik Azərbaycan
Abunə olmaq
14 fevral 2020-ci il tarixli qərarında dəyişiklik edilib və ölkədən maska və steril əlcək çıxarmaq qadağası mayın 1-dən iyulun 1-dək uzadılıb

BAKI, 27 aprel — Sputnik. Yeni koronavirusla (2019-nCoV) mübarizədə istifadə olunan bəzi tibbi ləvazimat və preparatların (steril əlcək, baxil, tibbi maska və eynəklər, dezinfeksiyaedici maddə və avadanlıqlar, xüsusi geyimlər və zəruri olan digər tibbi ləvazimat və preparatlar) Azərbaycan Respublikasının ərazisindən aparılmasının məhdudlaşdırılmasına dair müddət daha 2 ay uzadılıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, Nazirlər Kabineti bununla bağlı "Bəzi tibbi ləvazimat və preparatların ölkə ərazisindən aparılmasının müvəqqəti olaraq məhdudlaşdırılmasına dair tədbirlər haqqında" 14 fevral 2020-ci il tarixli qərarında dəyişiklik edib.

Bu müddət mayın 1-dən  iyulun 1-dək uzadılıb.

Xəbər lenti
0