Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Şist inqilabı əzilib və "dizləri üstə çöküb"

© AP Photo / Charlie NeibergallНПЗ Mandan штате Северная Дакота, фото из архива
НПЗ Mandan штате Северная Дакота, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Amerikanın şist sektorunun, yəqin ki, inqilablardan bir qədər dincəlməsi və orada tamamilə başqa, digər neft hasilatçıları üçün daha xoş neft qiymətləri qeydə alınandan sonra bazara qayıtması yaxşı olardı.

BAKI, 27 aprel — İvan Danilov, Sputnik. Qlobal maliyyə elitasının gündəminin təşviqində ixtisaslaşan nüfuzlu Britaniya nəşri "Financial Times" neft bazarında yaranmış vəziyyətdə müsbət nə isə axtarmağa məcbur qalıb. Üstəlik, qəzetin oxuyucularının xüsusiyyətləri nəzərə alınsa, sadəcə olaraq Rusiya iqtisadiyyatının aşağı neft qiymətlərindən əziyyət çəkdiyini demək kifayət etmir, çünki geosiyasi aspektlər Atlantik okeanın hər iki tərəfindəki oxucuyuları yalnız öz ciblərinə ziyan dəymədiyi halda maraqlandırır.

Neft buruğu, arxiv şəkli - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Neft ilin ortasında 40 dollar ola bilər - OPEC

Nəticədə, Londonun aparıcı nəşrinin redaksiyası belə etiraf edir ki, hələlik hər şey pis gedir, amma bütövlükdə Amerika və Amerikanın şist sektoru, xüsusilə, Rusiya və Səudiyyə Ərəbistanından nə vaxtsa bunun qisasını alacaqlar. Hələlik isə "Financial Times"ın yazdığına görə vəziyyət, təxminən, belə görünür: Amerika neft sənayesinin şist sektoru böyük əzab-əziyyət çəkir və özünü alçalmış hiss edir, lakin o, böyük gələcək arzulayır.

Britaniya nəşrinin analitikləri bildirirlər ki, ABŞ-ın şist sektoru hazırda dizləri üstə çöküb. Jurnalistlərin bu dəyərləndirməsini şişirtməyə və çaxnaşma yaratmağa meyliliyin ayağına yazmaq olardı, lakin neft hasilatı və neft treydinqi şirkətlərinin nümayəndələri də neft bazarının perspektivlərini təsvir etmək üçün heç də az emosional ifadələr işlətmirlər.

Ümumilikdə, belə bir obraz təsvir olunur: şist sənayesi sanki dizləri üstə çöküb və onu üzünə vururlar. Bu vəziyyətdə nikbinliyi necə tapmaq olar? Nikbinlik üçün isə ABŞ-ın "Council on Foreign Relations" analitik mərkəzindən olan xüsusi ekspertlər var. "Financial Times" da bu analitik mərkəzin ekspertinin neft bazarına dair mövqeyini paylaşır:

"Rusiya və Səudiyyə Ərəbistanı (Amerikanın - red.) şist sənayesini bağlaya biləcəklərini düşünürlərsə, səhv edirlər. Onların yalnız edə biləcəkləri şist şirkətlərinin sahiblərini dəyişdirmək olacaq", - Emi Mayers Caffe hesab edir.

Analitik əslində şist şirkətlərinin müflisləşməsinin əhəmiyyətsiz olduğunu və onların yalnız sahiblərinin dəyişəcəyini iddia edən çox populyar bir mövqeni təkrar edir – yeni sahiblərin üzərində köhnə borcların yükü olmur və onlar məmnunluq hissi ilə ABŞ-ın geosiyasi maraqlarını təşviq etmək naminə bazarda ucuz neft satacaqlar. Bu nəzəriyyənin problemi ondadır ki, yeni sahiblər məhz şist inqilabının baş verməsini maliyyələşdirmiş kreditorlar (banklardan və ya investisiya şirkətlərindən tutmuş pensiya fondlarına qədər) olacaqlar. İndi isə bu kreditorlara ziyanlı şist yataqları veriləcək və yataqlarda iş davam edərsə, onların daha çox pul itirmək perspektivi yaranacaq.

Газодобывающее предприятие - Sputnik Azərbaycan
TƏHLİL
Neft böhranından sonra qaz böhranı gəlir: İndi nə olacaq?

Kapital bazarlarında şist şirkətlərinin işinin davam etdirməsinə kömək edəcək sərmayədarları axtarmaq olar, lakin bunu etmək çox çətin olacaq: şistin perspektivinə inanan sərmayədarların hamısı ona artıq yatırımlar ediblər və kütləvi müflisləşmə prosesində neft şirkətlərinin aktivlərinin qalıqlarına məhz onlar sahibi olmalıdırlar. Şist imperiyalarının qalıqlarına iri neft şirkətləri sahib olsa belə, fərqi yoxdur, Amerika və ya beynəlxalq şirkətlər – onlar da çətin ki, şist hasilatını artırsınlar.

Amerikanın Enerji İnformasiya Agentliyinin (EIA) dəyərləndirməsinə görə, ABŞ artıq 2020-ci ilin sonunda xalis neft idxalçısı statusuna qayıdacaq. Hərçənd "Financial Times" qəzetindən olan jurnalistlər neftin qiymətinin bir barelə görə 80 dollara qədər artması və ABŞ-ın şist sektorunun dirçəlməsi kimi nikbin ssenarini səsləndirirlər. Etiraf etmək lazımdır ki, bu, həqiqətən də mümkün ssenaridir, yalnız bunu Ər-Riyadın və ya Moskvanın hansısa məğlubiyyəti kimi şərh etmək lazım deyil, çünki bir barrel üçün 80 dollar həm Rusiya, həm Səudiyyə Ərəbistanı, həm də digər OPEC ölkələri üçün olduqca maraqlı və sərfəli qiymətdir.

OPEC+ sövdələşməsinin iştirakçıları qarşısında heç vaxt Amerikanın neft sənayesinin məhz şist seqmentini "məhv etmək" vəzifəsi durmayıb. Vəzifə özgə pulları ilə dempinqlə məşğul olan və digər hasilatçılara zərər vuran Amerika şirkətlərinə dərs verməkdən (və ya onları bazardan çıxarmaqdan) ibarət idi. Müəyyən mənada "dərs vermək" mümkün olmasa da, "bazardan çıxarmaq" variantı — özü də sözün əsl mənasında fiziki olaraq — hələ ki, pis alınmır. Belə ki, Texasın "Houston Chronicle" qəzetinin verdiyi məlumata görə, "Texasda neft quyularının kütləvi bağlanması başlayıb".

Təcrübə artıq göstərir ki, əgər cari böhran kifayət etməsə, bazar şist şirkətlərinin üzünə öz silləsini bir daha vura bilər. Amerikanın şist sektorunun, yəqin ki, inqilablardan bir qədər dincəlməsi və orada tamamilə başqa, digər neft hasilatçıları üçün daha xoş neft qiymətləri qeydə alınandan sonra bazara qayıtması yaxşı olardı.

Xəbər lenti
0