Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Neft böhranından sonra qaz böhranı gəlir: İndi nə olacaq?

© Sputnik / Stringer / Mediabanka keçidГазодобывающее предприятие
Газодобывающее предприятие - Sputnik Azərbaycan
Abunə olmaq
Dünya iqtisadiyyatının yavaşlaması karantinlərin ləğvindən sonra da qaza tələbatın artım tempini azaldacaq. Buna görə də, yeni istehsal obyektlərinin gözləniləndən bir qədər gec işə düşməsi ortamüddətli perspektivdə dünya qaz və maye qaz qiymətlərini dəstəkləyəcək.

BAKI, 23 aprel — Aleksandr Sobko, Sputnik. Neft bazarı kimi, qaz bazarı da tələbatın azalması ilə üzləşib. Əlbəttə ki, istilik və kommunal-məişət sektorunda tələbat sabitdir, lakin sənaye və elektroenergetikada obyektiv səbəblərə görə düşmə izlənilir. Neft sənayesindən fərqli olaraq, qaz sektorunda OPEC++ tipli sazişlər yoxdur, deməli, burada yalnız bazar qüvvələri diktə edir. Qaz sektorunun öz OPEC-i olsaydı, neft sənayesi ilə müqayisədə qiymətləri saxlamaq daha asan olardı. Çünki qaza olan tələbat neft sektoru ilə müqayisədə daha az aşağı düşür və qaz hasilatını tənzimləmək daha asandır. Qaz sənayesi üçün əlavə çətinliklər yaradan faktorlar da var. Belə ki bu sektorda hələ karantindən əvvəl də təklifin çoxluğu müşahidə olunurdu. Buna səbəb isə maye təbii qazın həddindən artıq istehsalı, mülayim qış və Avropada bir çox anbarın dolması olub.

Монитор показывающий курсы валют - Sputnik Azərbaycan
İQTİSADİYYAT
"Neft ixrac edən və tam üzən rejimə malik ölkələrin valyutası devalvasiyaya uğrayıb"

İstənilən halda, qaz sektorunda rəqabət kəskinləşir, idxalçılar az qaz alır, qiymətlər isə aşağı düşür. Lakin hələ ki neft sahəsində olduğu kimi qiymətlər çökmür. Hazırda dünyada qaza tələbatın azalması ilə bağlı tam təsəvvür yoxdur, belə ki, müxtəlif ölkələrdə mənzərə çox fərqlidir: hər bir ölkənin istehlak sektorlarında qazın öz payı var. Məsələn, ABŞ-da sənayedə və elektrik enerjisi istehsalında qaz istehlakı demək olar ki, azalmır. Hindistanda isə vəziyyət fərqlidir: dövlət şirkəti "ONGC" öz hasilatını tələbatın azalması səbəbindən 15 faiz kəsib. Və əgər ölkə öz hasilatını azaldırsa, deməli qazı idxal etmək də məntiqsiz olardı. Avropada isə elektrik enerjisi istehsalında qazın istifadəsi dörddə birə qədər düşüb. Nəticədə, maye qazın spot qiyməti rekord həcmdə azalaraq 1 milyon Britaniya İstilik Vahidi (BİV) üçün təxminən iki dollar səviyyəsində dayanıb. Qeyd edək ki, neftin qiyməti 25 dollar olsa 1 milyon BİV maye qazın qiyməti təxminən 3 dollar olacaq.

Bəs Rusiyanın boru kəməri ilə Avropaya qaz ixracı nə yerdədir?

Hazırda Rusiya qazının boru kəməri ilə Avropaya nəqli azalmır və cari ildə maksimuma yaxın səviyyədə dayanıb. Düzdür, qeyd etmək lazımdır ki, 2020-ci il ixrac həcmlərinin azalması ilə başlayıb. Lakin tezliklə ixracın həcmi yenidən artıb – keçən ildəkindən bir qədər aşağı səviyyədə olsa da. İstənilən halda, Avropa İttifaqındakı (Aİ) karantinlər hələ ki, Rusiyanın qaz ixracına təsir göstərmir. Hərçənd Liviya və Əlcəzairdən İtaliyaya ixracat iki dəfədən çox azalıb. Buna baxmayaraq, onsuz da istilik mövsümündə boşalmamış Avropa qaz anbarları hazırda sürətlə dolur. Buna görə də maraqlıdır ki, bu il Ukraynanın yeraltı qaz anbarlarının da Avropanın qaz bazarının işində fəal iştirak etmək şansı yaranıb. Aydındır ki, karantin tədbirləri davam etdiriləcəyi təqdirdə, neft sahəsində olduğu kimi, qaz anbarları da dolacaq. Bu halda, Ukraynadakı yeraltı qaz anbarları yayda ucuz qazı doldurmaq üçün treyderlərdə maraq oyada bilər.

Бакинский нефтеперерабатывающий завод имени Гейдара Алиева - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Nə “halva, halva” deyəndə ağız şirin olmur, nə də “neft, neft” deyəndə benzin ucuzlaşmır

Eyni zamanda, ixracın azalması da mümkündür. Ənənəvi olaraq hesab edilir ki, maye qaz ixracını azaltmaq üçün ilk namizəd ABŞ-dır. Buna səbəb mayeləşdirmə üçün ayrılan qazın ölkədaxili qiymətinin yüksək olmasıdır. Digər istehsalçı ölkələrin maya dəyəri ilə bağlı itkiləri olsa da, onlar cari xərcləri ödəmək üçün maye qaz və qaz istehsalını qoruyub saxlayacaqlar.

Biz hələ ki, maye qaz zavodlarının işinin tam dayanmasını görmürük. Hərçənd faktiki əlamətlərə görə iş artıq dayana bilərdi. ABŞ-da 1 milyon BİV qazın qiyməti 1,8 dollardır, mayeləşmə üçün 15 faiz və çatdırılma üçün daha 1 dollar əlavə etsək Avropada qazın qiyməti 3 dollar olur. Hazırda isə Aİ-də qiymətlər aşağıdır, təxminən iki dollar, amma ixrac hansısa səbəbdən davam edir.

Burada əsas məsələ nəyin əməliyyat xərci kimi qəbul edilməsindədir. Buna ən parlaq misal daşınma dəyəridir. Formal olaraq daşınma dəyəri məhz əməliyyat xərcidir. Əslində isə bəzi hallarda daşınma haqqı uzunmüddətli sazişə uyğun olaraq daşıyıcılara əvvəldən ödənilir. Yəni daşınma xərcləri artıq çəkilmiş olur. Belə olan halda isə maye qazın çatdırılması zamanı yalnız istifadə olunan yanacaq xərcləri nəzərə alınır. Yanacaq kimi isə neftlə birgə ucuzlaşmış gəmi yanacağından və ya gəminin hərəkəti zamanı maye qazından buxarlanaraq ayrılan qazdan istifadə olunur.

Buna baxmayaraq, biz ABŞ və Avropada qaz qiymətlərinin eyniləşəcəyi (iki dollar ətrafında) vəziyyətə yaxınlaşırıq! Doğrudur, qeyd etmək lazımdır ki, söhbət Amerikanın əsas qovşaqlarındakı qiymətlərdən gedir, regional qovşaqlarda kotirovkalar aşağı ola bilər. İstənilən halda, hələlik ixrac istehsalatının tam dayanmasından söhbət getmir, lakin artıq yaxın aylarda Amerikanın bir sıra maye qaz tədarüklərinin ləğv edilməsi barədə məlumatlar peyda olub.

Мужчина перед графти с нефтяной качалкой, фото из архива - Sputnik Azərbaycan
TƏHLİL
Bazarı birlikdə xilas edək: ABŞ neft hasilatını azaldır

Maraqlıdır ki, Birləşmiş Ştatlarda daxili qaz qiymətləri aşağı düşmür, hətta bir qədər artır: kotirovkalar bir milyon BİV üçün iki dollara qədər artıb (!). Əlbəttə ki, bu, adi vəziyyətdə çox deyil, amma pandemiya şəraitində bu çox yaxşı göstəricidir. Bu nə ilə bağlıdır? Birincisi, yazdığımız kimi, ABŞ-da qaza tələbat demək olar ki, azalmayıb. İkincisi, hasilat aşağı düşür – çünki bir milyon BİV üçün iki dollardan aşağı qiymət istehsalçılar üçün əlverişsizdir və bununla bağlı olaraq qaz hasil edən qazma qurğularının sayı ardıcıl surətdə azaldılır (neft sektorunda olduğu kimi sürətlə olmasa da). Üçüncüsü, xatırladaq ki, ABŞ-da hasil edilən qazın təxminən 20 faizi neftin hasilatı zamanı səmt qazı kimi əldə edilir. Deməli neft hasilatının azalması qaz hasilatının da azalmasına səbəb olacaq. Birləşmiş Ştatlarda daxili qaz qiymətlərinin artması yaxşı xəbərdir, çünki cari şəraitdə məhz bu kotirovkalar qlobal qaz qiymətləri üçün müəyyən bir zəmin rolunu oynayır.

Daha bir xoş xəbər: "Platts" informasiya agentliyinin proqnozlarına görə, 2020-ci ildə qlobal maye qaz bazarı hətta 4 faiz artacaq. Müqayisə üçün qeyd edək ki, 2019-cu ildə sektor 13 faiz (355 milyon tona qədər) artıb və bu, çox yaxşı artım hesab olunur. Yaxın illərdə, hətta koronavirusun olmadığı senaridə belə artım rəqəmlərinin az olacağı gözlənilirdi. Ötən ilin artımına Rusiyadakı istehsal – ilk növbədə Yamal MTQ-nin ikinci və üçüncü xətləri öz töhfəsini verib.

Qaz və maye qaz qiymətlərini daha hansı amillər dəstəkləyə bilər?

Belə bir fikir var ki, tələbin koronavirusa görə çökməsi, heç olmasa qismən də olsa, təklifin üzləşəcəyi məhdudiyyətlərlə kompensasiya edilə bilər. Belə bir hal bəzi hasilat sahələrində karantin tədbirlərinə görə baş verə bilər. Hələ ki, qaz sektorunda biz bunu aydın müşahidə etmirik.

Мужчина перед графти с нефтяной качалкой, фото из архива - Sputnik Azərbaycan
TƏHLİL
Bazarı birlikdə xilas edək: ABŞ neft hasilatını azaldır

Hərçənd, bəzi qaz hasilatı obyektlərində koronavirusun yayılması artıq qeydə alınıb. Tikilməkdə olan istehsalatlar üçün artıq belə bir problem var: məsələn, Arktik MTQ-2 üçün qravitasiya platformaları inşa edilən Murmanskda. Lakin, koronavirusun ən güclü təsiri Mozambikdə həyata keçirilən maye qaz layihəsində özünü göstərib. Bu ölkədəki maye qaz layihələrinə çox diqqət yetiririk, çünki yaxın illərdə məhz orada (eləcə də qonşu Tanzaniyada) şelf qaz ehtiyatlarına əsaslanan ən böyük maye qaz istehsalı mərkəzlərindən biri yaradılacaq.

Hazırda (tikilən kiçik üzən zavoddan başqa) orada iri "Mozambique LNG" zavodu tikilir və "Rovuma LNG" zavodunun tikintisinə hazırlıq gedir. Adını çəkdiyimiz birinci layihədə artıq koronavirus epidemiyası qeydə alınıb. Bundan başqa, Mozambikdə ekstremist qruplar fəallaşıb. Ümumilikdə, bu iki amil tikinti prosesini çətinləşdirə bilər və bunun nəticəsi olaraq, gələcəkdə Mozambikdəki zavodların işə salınması gecikə bilər (Tanzaniyanın kağız üzərində qalan layihələrini heç demirik). Doğrudur, söhbətin ortamüddətli perspektivdən getdiyini xatırlatmaq lazımdır.

Bununla yanaşı, dünya iqtisadiyyatının yavaşlaması karantinlərin ləğvindən sonra da qaza tələbatın artım tempini azaldacaq. Buna görə də, yeni istehsal obyektlərinin gözləniləndən bir qədər gec işə düşməsi ortamüddətli perspektivdə dünya qaz və maye qaz qiymətlərini dəstəkləyəcək.

Xəbər lenti
0