CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Hamı öz dərdinin hayındadır, onlar yaddan çıxıb – Uşaq evləri, sığınacaqlar necə qorunur

© REUTERS / Sebastian CastanedaМальчик в защитной маске, фото из архива
Мальчик в защитной маске, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Onların əməyi, əziyyəti daha böyükdür. Çünki onlar xüsusi şəraitdə heç nə anlamayan, heç kimi olmayan körpələri qoruyurlar

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 26 aprel — Sputnik. Koronavirus Azərbaycanda da həyatı iflic edib. Əksər iş yerləri fəaliyyətini dayandırıb, bağça və məktəblər bağlanıb. Lakin xüsusi müəssisələr var ki, onlar qapalı rejimdə də olsa fəaliyyətlərini davam etdirirlər. Buna da səbəb həmin müəssisə sakinlərinin gedəcək bir yerinin olmamasıdır. Uşaq evləri və uşaq sığınacaqları da qapalı fəaliyyətə keçib.

Sputnik Azərbaycan bu müəssisələrdəki vəziyyəti öyrənməyə çalışıb.

Тест на коронавирус - Sputnik Azərbaycan
SƏHİYYƏ
Azərbaycanda daha 28 nəfər koronavirusa yoluxdu

"Azərbaycan Uşaqlar Birliyi"nin sədri Kəmalə Ağazadə Sputnik Azərbaycan-a açıqlamasında müəssisənin tamamilə qapalı şəraitdə fəaliyyət göstərdiyini deyib: "Karantin başlayandan ilk olaraq sığınacağın dezinfeksiya edilməsi ilə bağlı müraciət etdik. Binəqədi rayon İcra Hakimiyyəti bu işi üzərinə götürdü və uşaqlar bir günlük başqa əraziyə köçürüldü. Hazırda sığınacağımızda 30 uşaq və iki valideyn var. Müvafiq qərara əsasən bizim də əməkdaşlar evdən işləyir. Çünki bu əməkdaşlarımızın da evdən bağça, məktəbli yaşında olan azyaşlıları, ahıl və xəstələri var. Onlar onlayn olaraq uşaqlarla maraqlanırlar, hüquqi, psixoloji, sosial işlər aparırlar. "Skype" vasitəsilə uşaqların dərslərinə nəzarət həyata keçirilir".

"Mən xeyli müddətdir özüm də sığınacağa köçmüşəm, burada yaşayıram. Uşaqların bütün rejimlərinə özüm nəzarət edirəm. Karantindən əsasən balacalar daha çox sıxılır. 1-3 yaşlı uşaqlara karantinin olduğunu izah etmək olmur, əlimdən tutur, deyir gedək "oppa". Müxtəlif yollarla onların başlarını qatmağa çalışırıq. Hərəkətsizlik uşağa problem yaradır. Bu səbəbdən gündə bir dəfə, təxminən 5 dəqiqəlik onları özümüzün kiçik həyətimizə çıxarırıq. Amma karantin müddətini sevən uşaqlarımız da var", - deyə K.Ağazadə əlavə edib.

Birlik sədri müraciətlərlə bağlı da danışıb: "Birdən-birə sanki bir bum baş verdi. Çoxsaylı müraciətlər oldu. Onlara izah etdim ki, karantindir. Bildirdim ki, arayış verin, bilim ki, xəstəlik yoxdur. Bu səbəbdən bu dövrdə məndən çox incikliklər oldu. Halbuki, biz hansısa uşağı polis, hüquq-mühafizə orqanları və İcra Hakimiyyətinin rəsmi müraciəti olmadan qəbul etmirik. Bəlkə gətirilən azyaşlı həmin şəxsin uşağı deyil, bu məsələlər də var? Sonrakı mərhələdə bizə müraciət etdilər, bildirdilər ki, xahiş edirik, kömək edin, övladımız acdır. Xeyriyyəçi dostlarımızın bizə göndərdiyi azuqələrdən həmin adamlara vermişik. Biz 50-ə yaxın ailəyə belə qida məsulları vermişik ki, heç olmasa evlərində övladlarına baxsınlar".

"Polis tərəfindən əkiz uşağa hamilə qadınla bağlı bizə müraciət daxil olmuşdu. Son anda bəlli oldu ki, qadının tək özü yox, anası, qohum-əqrəbaları da sığınmaq üçün yer axtarır. Beləcə, həmin şəxsləri sığınacağa qəbul etmədik. Uşaqlarla bağlı onu deyə bilərəm ki, hüquq-mühafizə orqanları tərəfindən istiqamətlənən uşaqların hamısını qəbul edəcəyik", - deyə sığınacaq rəhbəri əlavə edib.

Ситуация в связи с эпидемиологической обстановкой в США - Sputnik Azərbaycan
SƏHİYYƏ
Daha bir azərbaycanlı koronavirusdan vəfat edib

Artıq bir neçə həftədir sığınacaqda körpələrlə birgə yaşayan K.Ağazadə gündəlik rejimdən də danışıb: "Günümün təxminən 15 saatı mətbəxdə keçir. Ümumiyyətlə, mətbəxi çox sevirəm. Mətbəxdə işlədiyim müddətdə, təxminən 7-8 saat ərzində onlar da mənim yanımda olur. Gecə 2-də yatıb, səhər 6-da durub balacamıza sıyıq bişirirəm. Onu da bildirim ki, sığınacaqda çəkdiyimiz videoların heç biri özümüzü təbliğ etmək üçün deyil. Sadəcə mesaj olaraq paylaşırıq ki, siz də balalarınıza münasibətdə təmkinli olun. Bu vəziyyəti dəyərləndirib, övladlarınıza daha çox sevgi verin".

Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsindəki 2 nömrəli uşaq evinin direktoru Sevda Hacıyeva Sputnik Azərbaycan-a açıqlamasında görüşlərin dayandırıldığını bildirib: "Karantin müddətində atılmış uşağın müəssisəmizə yerləşdirilməsi üçün müraciət edilməyib. Müəssisə karantin şəraitində fəaliyyət göstərsə də, işçilərimiz evə gedib-gəlirlər. Biz çoxdan onların bu vəziyyətdə iş rejimi ilə bağlı siyahı tərtib edərək Bakı Şəhər İcra Hakimiyyətinə vermişik. Bu şəxslərə görə rəsmi icazələr verilib, arayışlar alınıb".

Maraqlıdır, işçilərin müəssisəyə girib-çıxması uşaqlar üçün potensial təhlükəyə çevrilə bilərmi? Bu suala cavab olaraq isə müəssisə rəhbəri qabaqlayıcı tədbirlərin görüldüyünü vurğulayıb: "24 saat ərzində növbəli olaraq 33 nəfər işçimiz işə çıxır. İşçilərimiz evə gedəndə gedib-qayıtmaq üçün onlara 2 dəst əlcək və iki maska veririk. Onlar işə gəldikdə spirtlənir, termometrlə temperaturları ölçülür. Heç bir işçi yoxlanılmadan içəri buraxılmır. Bundan başqa, qeyd edim ki, burada daimi qalan uşaqların da temperaturları yoxlanılır. Bu xüsusi günlərdə uşaqlarda temperatur olmayıb".

"Bağça tipli günərzi qayğı mərkəzləri isə elə bağçalar bağlanan gün bağlandı", - deyə S.Hacıyeva əlavə edib.

O bildirib ki, dərhal maarifləndirmə işləri aparıldığı üçün uşaqların yarısından çoxu artıq valideynlərinin yanında, evdədir: "141 uşağı birgə saxlamaq qorxulu idi. Hazırda müəssisəmizdəki uşaqların sayı 59-dur. Bundan başqa, qeyd edim ki, hazırda müəssisəmizdə 8 kimsəsiz uşaq var. 6 uşağın isə anaları həbsxanadadır".

Xəbər lenti
0