CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Karantini dərhal aradan qaldırsaq, rəqəmlər artacaq - Hande Harmancı

© Sputnik / Ilham MustafayevGəncədə vəziyyət
Gəncədə vəziyyət - Sputnik Azərbaycan
Abunə olmaq
"Bu gün Azərbaycanda rəqəmlərdə azalmalar var. 9 apreldən etibarən biz bunu müşahidə edirik. Bu bizi ümidləndirir"

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 24 aprel — Sputnik. Ümumdünya Səhiyyə Təşkilatının Bakı ofisi jurnalistlər üçün virtual konfrans keçirib. ÜST-ün Bakı ofisinin rəhbəri Hande Harmancı ümumi vəziyyət haqda danışıb: "Bu gün dünyada 2.5 milyondan çox insan COVİD-19-a yoluxub, 175 mindən çox insan vəfat edib. Azərbaycanla bağlı vəziyyətə gəldikdə isə, hazırkı dövrədək 1548 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 948 nəfər müalicə olunaraq sağalıb, 20 nəfər vəfat edib, 580 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 16 nəfərin vəziyyəti ağır, 25 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Тест на коронавирус, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
Azərbaycanda və Bakıda koronavirusa yoluxma statistikası açıqlanıb

Virusla mübarizədə Azərbaycan dünyadakı ən yaxşı təcrübələri tətbiq edir. ÜST yerli və beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində virusun qarşısının alınması istiqamətində addımlar atır. Biz COVİD-19 pandemiyası ilə əlaqədar olaraq Azərbaycanda aidiyyəti qurumlarla birgə çiyin-çiyinə çalışırıq. Bu gün Azərbaycanda rəqəmlərdə azalmalar var. 9 apreldən etibarən biz bunu müşahidə edirik. Bu bizi ümidləndirir. Lakin hələ ki, virus buradadır. Anidən öncəki vəziyyətimizə qayıda bilmərik. Bu səbəbdən də hökumət tərəfindən mərhələli addımlar atılacaq. Bu 2x2=4 demək deyil".

"Karantinlə əlaqədar olaraq insanlar arasında məsafə qoyduq və rəqəmlər düşdü. Lakin karantini dərhal aradan qaldırsaq, rəqəmlər artacaq", - deyə H.Harmancı əlavə edib.

ÜST rəsmisi Azərbaycanın bir çox təcrübələrə görə nümunəvi olduğunu bildirib: "Azərbaycan sərhədlərdə ilkin olaraq yoxlanışlara başladı və dərhal kimdə varsa, bu virusu aşkarladılar. İzolyasiya və karantinlə bağlı atılan addımlar, ictimai sosial addımlar, iş yerlərinin bağlanması, insanların küçələrə çıxmasının əngəllənməsi, insanlar arasında fiziki məsafələrin olması rəqəmlərin müsbətə doğru irəliləməsinə səbəb oldu. Biz bir daha unutmamalıyıq ki, bu gün virusla mübarizədə dərman və vaksin yoxdur".

Xəbər lenti
0