CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda və Bakıda koronavirusa yoluxma statistikası açıqlanıb

© REUTERS / BRIAN SNYDERТест на коронавирус, фото из архива
Тест на коронавирус, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Bakının rayonlarında koronavirusa ən çox yoluxma Yasamal, Sabunçu, Nəsimi və Binəqədi rayonlarında qeydə alınıb. Bunun da səbəbi orada əhalinin sıxlığı ilə bağlıdır.

BAKI, 24 aprel — Sputnik. Azərbaycan Respublikasında bölgələr üzrə koronavirusa yoluxma halları üzrə statistika açıqlanıb. 

Metro loqosu - Sputnik Azərbaycan
CƏMİYYƏT
Metronun və dərslərin açılmasından danışıldı

Sputnik Azərbaycan xəbər verir ki, statistikanı TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı açıqlayıb.

O bildirib ki, koronavirusa yoluxan şəxslərin 52,1 faizindən çoxu Bakı üzrə qeydə alınıb:

"Yoluxma hallarında xarici vətəndaşların sayı 13,16%, Aran zonasında 6,88%, Lənkəranda 8,28%, Abşeronda 5,54%, Gəncə- Qazax zonasında 7,62%, Quba-Xaçmazda 2,4%, Yuxarı Qarabağda 1,07%, Şəki- Zaqatalada 1,27%, Dağlıq Şirvanda 1,4%, Naxçıvanda 0,27% təşkil edib".

Bakının rayonlarında koronavirusa ən çox yoluxma Yasamal, Sabunçu, Nəsimi və Binəqədi rayonlarında qeydə alınıb. Bunun da səbəbi orada əhalinin sıxlığı ilə bağlıdır.

Onun sözlərinə görə, yoluxanlar arasında Yasamal 22.43 %, Sabunçu 12.2 %, Nəsimi 11.15 %, Binəqədi 11.37 %, Nizami 5.11 %,Xətai 5.31 %, Nərimanov 6.27 %, Qaradağ 3.02 %, Səbail 2.3%, Suraxanı 5.11 %, Xəzər 4,53 %, Pirallahı 0.93 % təşkil edib. 

Yoluxanların 3.72 %-i Sumqayıt, 5.49 %-i Abşeronun payına düşür.

Xəbər lenti
0